Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1516/2023 02.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru, polis kapitanı Əkbər İbayevin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bərdə rayonu, Hacallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1i ünvanında qeydiyyatda olan, ünvan 2anında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi 41-ci PBdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati materiallar, baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 02 avqust 2023-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə vətəndaş X3 aldadaraq kredit verməli adı ilə 100 manat pulun mənimsəmişdir. İş materiallarında olan 02 avqust 2023-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə vətəndaş X6 aldadaraq instaqram sosial şəbəkəsi vasitəsi ilə onun etibarından sui-istifadə edərək 225 manat pulun mənimsəmişdir. İş materiallarında olan 02 avqust 2023-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə vətəndaş X1 online kredit adı altında 100 manat pulunu mənimsəmişdir. İş materiallarında olan 02 avqust 2023-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə vətəndaş Mehbəliyev Hacıbaba Pərviz oğlunun kredit vermək adı ilə aldadaraq 76 manat pulunu mənimsəmişdir. İş materiallarında olan 02 avqust 2023-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə vətəndaş X4 aldadaraq kredit vermək adı ilə 50 manat pulunu mənimsəmişdir. İş materiallarında olan Səbail RPİ-nin 41-ci PB-nin təhqiqatçısı, polis leytenantı Samir Seyid tərəfindən qəbul edilmiş 13 fevral 2023-cü il tarixli qərarla fakt üzrə cinayət işi başlanması rədd edilmişdir. Həmin qərarın təsviri hissəsindən görünür ki, 08 fevral 2023cü il tarixdə saat 20:17 radələrində ünvan 3 ünvanında yaşayan X8 DİN-in “102” Xidmətizəng mərkəzinə sisteminə zəng vuraraq kredit götürmək məqsədilə “İnstagram” sosial şəbəkədə tanış olduğu ***-***-**-** saylı mobil nömrənin “Whatsapp” mobil tətbiqi ilə əlaqə saxlamış, şəxsin ona göndərdiyi M10 proqramı vasitəsilə ***-***-**-** saylı nömrənin hesabına 125 (yüz iyirmi beş) manat pul köçürmüş, daha sonra isə özünə məxsus elektron pul qabından 100 (yüz) manat pulun çıxarıldığını aşkar etməsi barədə məlumat vermişdir. İş materiallarında olan Səbail RPİ-nin 41-ci PB-nin təhqiqatçısı, polis leytenantı Samir Seyid tərəfindən qəbul edilmiş 13 fevral 2023-cü il tarixli qərarla fakt üzrə cinayət işi başlanması rədd edilmişdir. Həmin qərarın təsviri hissəsindən görünür ki, 10 fevral 2023cü il tarixdə saat 14:33 radələrində ünvan 4 ünvanında yaşayan X2 DİN-in “102” Xidmətizəng mərkəzinə sisteminə zəng vuraraq “instagram" sosial şəbəkəsində online kredit əldə etmək məqsədilə adını bilmədiyi şəxs ilə əlaqə saxladığını, telefon vasitəsilə kartdan karta 100 (yüz) manat pul göndərdikdən sonra şəxs tərəfindən zənglərə cavab verilməməsi barədə məlumat vermişdir. İş materiallarında olan Səbail RPİ-nin 41-ci PB-nin təhqiqatçısı, polis leytenantı Samir Seyid tərəfindən qəbul edilmiş 08 may 2023-cü il tarixli qərarla fakt üzrə cinayət işi başlanması rədd edilmişdir. Həmin qərarın təsviri hissəsindən görünür ki, “İnstagram” sosial şəbəkəsində tanış olduğu şəxsdən onlayn qaydada kredit götürmək müqabilində ***-***-**-** saylı mobil nömrənin istifadəçisinin ona göndərdiyi bank hesabına 100 (yüz) manat pul göndərməsi, lakin həmin şəxs tərəfindən aldadılaraq 100 (yüz) manat pulunun dələduzluq yolu ilə ələ keçirmişdir. İş materiallarında olan Səbail RPİ-nin 41-ci PB-nin təhqiqatçısı, polis leytenantı Samir Seyid tərəfindən qəbul edilmiş 08 may 2023-cü il tarixli qərarla fakt üzrə cinayət işi başlanması rədd edilmişdir. Həmin qərarın təsviri hissəsindən görünür ki, 28 aprel 2023-cü il tarixdə saat 20:52 radələrində ünvan 5 ünvanında yerləşən öztikilidə kirayə yaşayan Mehbəliyev Hacıbaba Pərviz oğlu DİN-in “102” Xidməti-zəng mərkəzinə sisteminə zəng vuraraq “Tik-Tok” sosial şəbəkəsində tanış olduğu şəxsdən onlayn qaydada kredit götürmək müqabilində ***-***-**-** saylı mobil nömrənin istifadəçisinin ona göndərdiyi bank hesabına 76 (yetmiş altı) manat pul göndərməsi, lakin həmin şəxs tərəfindən aldadılaraq 76 (yetmiş altı) manat pulunun dələduzluq yolu ilə ələ keçirilməsi barədə məlumat vermişdir. İş materiallarında olan Səbail RPİ-nin 41-ci PB-nin baş təhqiqatçısı, polis kapitanı Şükür Həsənov tərəfindən qəbul edilmiş 17 iyun 2023-cü il tarixli qərarla fakt üzrə cinayət işi başlanması rədd edilmişdir. Həmin qərarın təsviri hissəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Səbail rayonu Badamdar şossesi 1/2 mənzil 15-də yaşayan vət.X5, Azərbaycan Respublikası DlN-nin 102 xidmətinə zəng edərək və Səbail RPİ-nin 41-ci PBnə ərizə ilə müraciət edərək bildirmişdir ki, 07 iyun 2023-cü il tarixdə saat 18 radələrində Tik-Tok sosial şəbəkəsində «kredit online» adlı səhifədən tanımadığı şəxs ona kredit vermək adı ilə ilkin ödəniş üçün ona göndərdiyi naməlum şəxsin istifadəsində olan «Kapital Bank»a məxsus 4169-7388-3674-1136 nömrəli bank hesabına 80 manat pul köçürməsini bildirmiş, köçürdüyü təqdirdə 1000 manat kredit ayrılacağını vəd vermiş, o da naməlum şəxsin göndərmiş olduğu həmin bank hesabına 50 manat pul köçürdükdən sonra həmin şəxs tərəfindən dələduzluq yolu ilə aldanıldığını başa düşdüyündən həmin naməlum şəxsin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-1521/2023 saylı, 02 avqust 2023-cü il tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(009)-1521/2023 nömrəli, 3(009)-1520/2023 nömrəli, 3(009)-1519/2023 nömrəli, 3(009)-1518/2023 nömrəli işlər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(009)-1516/2023 nömrəli işə birləşdirilmişdir. İş materiallarında olan BB № 005657 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 01 avqust 2023-cü il tarixdə, saat 23:30 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru, polis kapitanı Əkbər İbayev inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləyərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək, peşman olduğunu bildirərək ona yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Məhkəmə, Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halı, eləcə də zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməməsini nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 02 (iki) ay müddətinə inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində 02 (iki) ay müddətinə inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli 01 avqust 2023-cü il tarixdən, saat 23:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 2 (iki) ay müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 01 avqust 2023-cü il tarixdən, saat 23:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılma məntəqəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №3(009)-1516/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1516/2023
02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver