Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1517/2022 30.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 07 sentyabr 2022-ci il tarixli 00100-1906/** EP ***2017 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Çin Xalq Respublikasından ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin adına 82AA219/82AA220 nömrəli yük nəqliyyat vasitəsində MGY065801 nömrəli xx.xx.2022-ci il tarixli invoys üzrə, MİQU4820043 nömrəli konteynerdə idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində **********6874 sorğu nömrəli xx.xx.2022ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş ümumilikdə 1491 ədəd iki təkərli velosipedlər yüklərinə dair mal müşayiət sənədlərinin araşdırılması zamanı sözügedən mallara dair təgdim edilmiş MGY065801 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədində mal vahidinin qiyməti 16,00 ABŞ dolları göstərildiyi halda, həmin mallara dair gömrük bəyannaməsinə əlavə edilmiş MY7243 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədində isə mal vahidinin dəyərinin 50,00 ABŞ dolları qiyməti ilə göstərildiyi aşkar edilmişdir. Araşdırma zamanı **********6874 sorğu nömrəli xx.xx.2022ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə münasibətdə Şəxs MMC-nin əməlinə hüquqi qiymət verilməsi üçün ekspertiza keçirilməsi zərurəti yarandığından yuxarıda göstərilənləri nəzərə alaraq həm Şəxs MMC tərəfindən gömrük orqanına bəyan ediləndən artıq sayda aşkar edilmiş, həm də MMC tərəfindən gömrük orqanına bəyan edilən lakin, faktiki olaraq bəyan ediləndən az sayda və ya konteynerdən aşkar edilməyən malların, yəni 499 ədəd “Velocruz 12lik” markalı velosipedlərin, 650 ədəd “Velocruz 16lıq” markalı velosipedlərin, 496 ədəd “Sporttime 12lik” markalı velosipedlərin, 69 ədəd “Sporttime 16lıq” markalı, 61 ədəd “Velocruz 20lik” markalı və 225 ədəd “Sporttime 20lik” markalı velosipedlərin ayrı-ayrılıqda və ümumilikdə 06 iyul 2022-ci il tarixə respublika üzrə orta bazar qiymətinin öyrənilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında qərara əsasən tərəfimizdən 1400-013/0xx-xx/004466 saylı xx.xx.2022-ci il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət olunmuş, həmin Mərkəzin 9/5102 saylı 26 avqust 2022-ci il tarixli ekspert rəyində göstərilən mal vahidlərinin qiymətinə əsasən gömrük orqanına bəyan ediləndən artıq sayda aşkar edilmiş, yəni 49 ədəd “Velocruz 12lik” markalı velosipedlərin, 451 ədəd “Velocruz 16lıq” markalı velosipedlərin və 320 ədəd “Sporttime 12lik” markalı velosipedlərin ümumilikdə orta bazar qiymətinin 47355,00 manat olduğu, gömrük orqanına bəyan ediləndən az sayda və ya konteynerdən aşkar edilməyən 311 ədəd “Sporttime 16lıg” markalı, 61 ədəd “Velocruz 20lik” markalı və 225 ədəd “Sporttime 20lik” markalı velosipedlərin ümumilikdə orta bazar qiymətinin 38680,00 manat olduğu, beləliklə, 'VELO STAR” MMC tərəfindən gömrük orqanına bəyan olunandan artıq aşkar edilmiş velosipedlərin ümumilikdə orta bazar qiyməti ilə və gömrük orqanına bəyan olunandan az və ya aşkar edilməyən velosipedlərin orta bazar qiyməti arasındakı fərqə münasibətdə MMC tərəfindən ümumilikdə dəyəri 8675,00 manat (47355 - 38680=8675) olan iki təkərli velosipedlərin gömrük ərazisinə düzgün bəyan edilməməklə gətirildiyi müəyyən edilmişdir. Həmçinin, yuxarıda göstərilənləri nəzərə alaraq Şəxs MMC tərəfindən **********6874 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş velosipedlərin vahidinin orta bazar qiymətinə əsasən sözügedən velosipedlərin invoys dəyərinin 16 ABŞ dolları qiymətinə və ya 50 ABŞ dolları qiymətinə uyğun olduğu, həmçinin, Şəxs MMC tərəfindən gömrük ərazisinə düzgün bəyan edilməməklə gətirilmiş ümumilikdə orta bazar qiyməti 8675,00 manat (47355 - 38680=8675) olan iki təkərli velosipedlərə görə MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Təhqiqat şöbəsinə məlumat verilməsi üçün 34/013/020046 nömrəli xx.xx.2022-ci il tarixli raportla Gömrük Prosedurları və Ödənişləri şöbəsinə müraciət olunmuş, daxil olmuş 34/012/020234 nömrəli xx.xx.2022-ci il tarixli raporta əsasən aşkar edilmiş velosipedlərin orta bazar qiymətinə əsasən invoys dəyərinin 16 ABŞ dolları qiymətinə uyğun olduğu, həmçinin, gömrük orqanına düzgün bəyan edilməyən və ümumilikdə orta bazar qiyməti 8675,00 manat (47355 - 38680=8675) olan mallara görə MMC tərəfindən idxal gömrük rüsumu üzrə 800,00 azn, əlavə dəyər vergisi üzrə 1103,00 AZN olmaqla ümumilikdə 1903,00 AZN gömrük ödənişlərinin ödənilməli olduğu müəyyən edilmişdir. Beləliklə, araşdırma nəticəsində Çin Xalg Respublikasından Şəxs MMC-nin ünvanına 82AA219/82AA220 nömrəli yük nəqliyyat vasitəsində MGY065801 nömrəli xx.xx.2022- ci il tarixli invoys üzrə, MİQU4820043 nömrəli konteynerdə idxal edilmiş və ümumilikdə orta bazar giyməti 8675,00 manat olan “iki təkərli velosipedlər” yüklərinin gömrük organına düzgün bəyan edilməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlar tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.2-ci və 482.2-ci maddələrində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş “Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs MMC-nin ünvanına ÇİN XR-dan gələn yükə **********6874 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi tərtib edərək rəsmiləşdirilmə üçün təqdim etmişdir. Sənədlərin ilkin araşdırılması nəticəsində, MGY065801 nömrəli xx.xx.2022-ci il tarixli invoysda malın 1 (bir) ədədinin qiyməti 16 ABŞ dolları olmaqla, ümumi dəyəri 23856 ABŞ dolları göstərilsədə, yük müşaiyət sənədləri ilə birlikdə təqdim edilən MY7243 nömrəli 31,05.2021-ci il tarixli invoysda malın 1 (bir) ədədinin qiyməti 50 ABŞ dolları göstərilmişdir. İş materiallarına əlavə edilmiş 14 İyul 2022-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Çin Xalq Respublikasının “Mingyu İmp and Exp Co, LTD” şirkətindən Şəxs MMC-nin adına 82AA219/82AA220 nömrəli yük nəqliyyat vasitəsində MGY065801 nömrəli xx.xx.2022-ci il tarixli invoys üzrə, MİOU4820043 nömrəli konteynerdə idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində **********6874 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, Gömrük Prosedurları və Ödənişləri şöbəsindən daxil olmuş 34/012/014816 sorğu nömrəli raporta əsasən invoys dəyərində uyğunsuzluq aşkar edilmiş “iki təkərli velosipedlər” yüklərinə Bakı şəhəri, Salyan şossesi 14-cü km ünvanında yerləşən “İpək Yolu” gömrük postunun 1-ci anbarında baxış keçirildi. Baxış zamanı Şəxs MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində **********6874 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə 450 ədəd “Velocruz 12lik” kimi bəyan edilmiş velosipedlərin 499 ədəd olduğu, yəni 49 ədəd artıq olduğu, 199 ədəd “Velocruz 16lıq” kimi bəyan edilmiş velosipedlərin 650 ədəd olduğu, yəni 451 ədəd artıq olduğu, 176 ədəd “Sporttime 12lik” kimi bəyan edilmiş velosipedlərin 496 ədəd olduğu, yəni 320 ədəd artıq olduğu, 380 ədəd “Sporttime 16lıq” kimi bəyan edilmiş velosipedlərin 69 ədəd olduğu, yəni 311 ədəd az olduğu, həmçinin, gömrük orqanına bəyan edilmiş 61 ədəd “Velocruz 20lik" markalı və 225 ədəd “Sporttime 20lik” markalı velosipedlərin MİOU4820043 nömrəli konteynerdə olmadığı, eyni zamanda aşkar edilmiş velosipedlərin invoys dəyərində şübhə olduğu aşkar edildi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2022-ci il tarixli 9/5102 nömrəli Ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində 6 adda velosipedlərin ümumilikdə xx.xx.2022-ci il tarixə orta bazar qiyməti təxminən 117885,00 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs MMC tərəfindən **********6874 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların 16ABŞ dollarına uyğun olduğu, Şəxs MMC tərəfindən gömrük ərazisinə düzgün bəyan edilməməklə gətirilmiş, həmçinin gömrük orqanına bəyan ediləndən artıq aşkar edilmiş velosipedlərin ümumilikdə orta bazar qiyməti ilə və gömrük orqanına bəyan olunandan az və ya aşkar edilməyən velosipedlərin orta bazar qiyməti arasındakı fərq 8675.00 (səkkiz min altı yüz yetmiş beş) manat təşkil etdiyi təqdirdə, əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği əlavə dəyər vergisi üzrə 1103.00 azn, idxal gömrük rüsumları üzrə 800.00 AZN təşkil edəcəkdir. İş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı təmin edilmiş, Şəxs MMC-nin etibarnamə ilə nümayəndəsi olan X2 izahatında bildirmişdir ki, Şəxs MMC- nin adına Çin Xalq Respublikasının “Mingyu İmp and Exp Co, LTD” şirkətindən 82AA219/82AA220 nömrəli yük nəqliyyat vasitəsində MGY065801 nömrəli xx.xx.2022-ci il tarixli invoys üzrə, MİQU4820043 nömrəli konteynerdə idxal edilmiş və Bakı Bas Gömrük İdarəsində **********6874 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş “iki təkərli velosipedlər” yüklərinin invoys dəyərinin 23856,00 ABŞ dolları olduğunu, həmin malların dəyərinin əvvəlcədən ödənildiyini, qeyd olunan velosipedlərin 1 ədədi 16 ABŞ dolları qiyməti ilə razılaşdırılmaqla alındığını, müşayiət sənədlərində göstərilən 50 ABŞ dolları qiymətin həqiqəti əks etdirmədiyini, Şəxs MMC tərəfindən idxal edilmiş velosipedlərin Bakı səhərində satış qiymətinin araşdırılması zamanı həmin velosipedlərin dəyərinin 50 ABŞ dolları olmadığının aşkar olunacağını, həmçinin, **********6874 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərin göndərən “Mingyu İmp and Exp Co, LTD” şirkətindən verilmiş müşayiət sənədlərinə əsasən gömrük orqanına bəyan edildiyini, Şəxs MMC tərəfindən bəyannamədə qeyd edilən sayda və markalı velosipedlərin sifarişinin verildiyini, lakin, xx.xx.2022-ci il tarixdə qeyd olunan yüklərə baxış zamanı gömrük bəyannaməsi ilə 450 ədəd "Velocruz 12lik” kimi bəyan edilmiş velosipedlərin 499 ədəd olduğu, yəni 49 ədəd artıq olduğu, 199 ədəd ''Velocruz 16lıq" kimi bəyan edilmiş velosipedlərin 650 ədəd olduğu, yəni 451 ədəd artıq olduğu, 176 ədəd “Sporttime 12lik” kimi bəyan edilmiş velosipedlərin 496 ədəd olduğu, yəni 320 ədəd artıq olduğu, 380 ədəd “Sporttime 16lıq” kimi bəyan edilmiş velosipedlərin 69 ədəd olduğu, yəni 311 ədəd az olduğu, həmçinin, gömrük orqanına bəyan edilmiş 61 ədəd “Velocruz 20lik” markalı və 225 ədəd “Sporttime 20lik” markalı velosipedlərin MİQU4820043 nömrəli konteynerdə olmadığının aşkar edildiyini, malların sayının aşkar edilən sayda göndərildiyini və bəyannamədə gömrük orqanına təqdim edilən məlumatların düzgün olmadığını əvvəlcədən bilmədiklərini, araşdırma başa çatdıqdan sonra **********6874 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş və mallara baxış zamanı aşkar edilmiş velosipedlərin gömrük rəsmiləşdirilməsini başa çatdıracaqlarını bildirmişdir. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Beləliklə, həm iş materialları, həm də inzibati icraat zamanı izahatı alınmış Şəxs MMC-nin nümayəndəsinin izahatı ilə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasını İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəlsi ilə təqsirli bilinərək həmin maddədə nəzərdə tutulmuş inzibati cərimə tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114-117 və 482.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 (otuz) faizi məbləğində, yəni 2602 (iki min altı yüz iki) manat məbləğində inzibati cərimə edilsin. İnzibati xəta haqqında iş üzrə ekspertiza xərcinin dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1517/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1517/2022
30.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver