Məhkəmə qərarları › İş №3(009)-1519/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1519/2024

10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1519/2024 10.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 13 iyun 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC 68000,00 ABŞ dolları vəsaiti 18 may 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 19210,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 19 may 2024-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X4 məhkəməyə təqdim edilmiş etirazı müdafiə edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmiş və Azərbaycan Respublikasının Mərkəzi Bankından işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC məhkəməyə elektron məhkəmə informasiya sistemi vasitəsilə etiraz təqdim edərək bildirmişdir ki, Şəxs (bundan sonra - Şəxs MMC) barəsində Azərbaycan Respublikası Mərkəzi Bankının hüquqi təşkilati işlər departamenti tərəfindən 2024-cü il iyun ayının 13-də EP seriyalı, ******* №li İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hesab edirik ki, Şəxs MMC tərəfindən qeyd edilən inzibati xəta hadisəsi törədilməmişdir. Ədalətli və qanunamüvafiq qərarın qəbul edilməsi üçün işin hallarını detallı formada diqqətinizə çatdırmaq məqsədəmüvafiqdir. Belə ki, xx.xx.2022-ci il tarixində Şəxs MMC HD65 №-li müqaviləyə əsasən 68.000 ABŞ dolları məbləğində vəsaiti mətbəx və otel avadanlıqlarının alınması məqsədilə “X3 LTD” şirkətinin xarici hesabına köçürmüşdür. Həmin tarixdən sonra vəsait hesabına alınan mallar hissə-hissə ölkəyə idxal edilmiş, son olaraq 19.210 ABŞ dolları dəyərindəki malların gətirilməsi ilə xarici ölkəyə köçürülən vəsaitin malları tam olaraq ölkəyə idxal olunmuşdur. İş materiallarına əlavə edilmiş 19.210 ABŞ dolları dəyərindəki malların idxal olunmasını özündə əks etdirən gömrük bəyannaməsindən də görünür ki, protokolda qeyd olunan inzibati xəta hadisəsi törədilməmişdir. Lakin üzürlü səbəbdən - Çin Xalq Respublikasında malların hazırlanması və ixrac edilməsinin yubanmasına görə müəyyən malların istehsal olunması və çatdırılması qanunvericilikdə müəyyən edilmiş müddətdən bir neçə gün gec yekunlaşdırılmışdır. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, İnziba Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsir hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət v ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Bun görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnziba Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsiriı dəqiq müəyyən etməlidir. İXM-nin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xariı valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılmaı Qaydalarının 4.3.1.3-cü yarımbəndinə dair” Azərbaycan Respublikası Konstitusiy Məhkəməsi Plenumunun 28 fevral 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, idxal hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeı tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Hər hansı hüquqa, o, cümlədən azad sahibkarlıq hüququna qanuni müdaxilə mütənasil olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarını: qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanı: törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiv edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasın müəyyən etmişdir. Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxımında: məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibal Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirin dəqiq müəyyən etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki hüquı subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin əsas prinsiplərindəndir. Mülki dövriyyəniı iştirakçıları mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əld; edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkd; və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Avans kim ödənilmiş və geri qayıtmamış məbləğ müqavilə tərəflərinin sərbəst şəkildə, beynəlxalq hüququı və milli qanunvericiliyin hamılıqla qəbul edilmiş prinsiplərinə uyğun olaraq müəyyən etdiyi şərtiı yerinə yetirilməsinə sərf edilmişdir. X2 Məcəlləsinin 75-ci maddəsinə əsasən, inzibati xəta haqqında i: üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bı Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan inzibati xəta haqqında işin icraatım xitam verilməsi haqqında qərar qəbul etməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə uyğun olaraq, yalnız İXM-də nəzərd; tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1 -ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o təqsirsiz hesab edilir. Göstərilənlərə əsasən Şəxs MMC barəsində inzibati xəta tərkibi olmadığı üçün cəmiyyət barəsində tərtib edilmiş 13 iyun 2024-cü il EP ******* №-li inzibati protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, siyahıda təqdim olunan müştərilər vəsaitini "xxxx" ASC-də olan bank hesablarından müvafiq rekvizitlər üzrə köçürmüşdür. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarına əsasən malların idxal edilmədiyi, xidmətlərin göstərilmədiyi və ya qabaqcadan ödənilmiş vəsaitin geri göndərilmədiyi nəzərə alınmaqla qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər əlavə edilməklə Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim olunmuşdur. Həmin məktuba əlavə edilmiş qoşmadan görünür ki, Şəxs MMC tərəfindən 19210,00 ABŞ dolları məbləğində vəsait bəyan olunmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC tərəfindən 68000,00 ABŞ dolları məbləğində vəsait HALYK BANK OF KAZAKHSTAN bank hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Şəxs MMC ilə “X3 LTD” şirkəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, 68000,00 ABŞ dolları məbləğində vəsaiti mətbəx və otel avadanlıqlarının alınması məqsədilə Çin Xalq Respublikasına müvəqqəti ixrac olunmuşdur. İş materiallarına əlavə edilmiş Şəxs MMC tərəfindən "xxxx" MMC-ə göndərilmiş 05 may 2024-cü il tarixli məktubdan görünür ki, Çin Xalq Respublikasından Azərbaycana çatdırılmasını həyata keçirdikləri mallar hələ də Azərbaycanın gömrük sərhədinə gətirilməmişdir. Çatdırılma prosesinin gecikmə səbəbi barədə məlumat verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən Şəxs MMC-ə göndərilmiş 08 may 2024-cü il tarixli məktubdan görünür ki, malların çatdırılması üzrlü səbəblərdən ləngilmişdir. Belə ki, hava şəraiti pis olduğu üçün yükün konteyneri daşıyacaq gəmi limanına yaxınlaşa bilməmişdir. Bundan əlavə gəmilərin limana yaxınlaşması gecikdiyi üçün malların yüklənməsi gecikmişdir. Buna görə də malların ölkəyə idxalında 20-25 gün kecikmə olacaq. İş materiallarına əlavə edilmiş gömrük bəyannaməsindən görünür ki, 19210,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar xx.xx.2024-cü il tarixdə bəyan edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 19210,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait köçürmə haqqında ərizəyə əsasən bankda olan hesabından 18 may 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin malların çatdırılması gəmilərin limana yaxınlaşması gecikdiyindən ləngidiyi üçün üzrlü səbəbdən qanunla müəyyən edilmiş müddətdə müvafiq malı idxal edə bilməmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində üzrlü səbəbdən xidmətlər vaxtında göstərilmədiyi üçün Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar