Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1520/2024 28.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏNETDİ: X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 22 iyun 2024-cü il tarixli, 00100-01517/24 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokolu və digər materialları araşdıraraq hesab edirəm ki, iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. İnzibati xətta haqqında protokola əsasən Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun 3-cü anbarında İran İslam Respublikasından ayrı-ayrı şəxslərə məxsus yükləri daşıyan 42BX424/42ZA170 dövlət qeydiyyat nişanlı yük avtomobilinə “Hİ-SCAN 180180-2is pro” markalı rentgen qurğusu tətbiq etməklə Skanlaşdırma şöbəsinin əməkdaşları tərəfindən gömrük yoxlaması aparılmış, sözügedən rentgen qurğusunun monitorunda dörd künc formalı 01 (bir) ədəd bağlamada şübhəli cizgilər göründüyündən həmin bağlamaya fiziki yoxlama aparılmış, yoxlama zamanı avtomobilin yük hissəsində X1 adına **********2082 nömrəli gömrük bəyannaməsinin 2-ci mal mövqeyində 06 (altı) yer, 450 (dörd yüz əlli) ədəd Quran kitabları bəyan olunduğu halda, gömrük orqanına bəyan edilməyən 1330 (bir min üç yüz otuz) ədəd gümüşə bənzər üzüklər və 80 (səksən) ədəd kulonlu boyunbağı aşkar olunması faktına görə Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində araşdırma aparılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. Belə ki, iş materiallarından görünür ki, X1 qeydiyyatda olduğu ünvan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ŞTQ, O.Şabanov (keçmiş çöllük)-dür. Nəzərə alsaq ki, X2 qeyd olunan inzibati xətanı üzərinə düşən öhdəliyi qeydiyyatda olduğu ünvanda müvafiq tədbir görməyərək, 1330 (bir min üç yüz otuz) ədəd gümüşə bənzər üzük və 80 (səksən) ədəd kulonlu boyunbağı mallarını bəyan etməməklə hərəkətsizliyə yol vermişdir, belə olan halda, inzibati xəta hadisəsi X1 qeydiyyatda olduğu ünvanda baş vermişdir. Qeyd olunmalıdır ki, inzibati xətanın törədilmə yeri X1 qeydiyyatda olduğu ünvandır. Ona görə də inzibati işə aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında protokolun aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati xəta haqqında protokola Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7, 110 və və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanının törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən tərtib edilmiş 22 iyun 2024-cü il tarixli, 00100-01517/24 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1520/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1520/2024
28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver