Məhkəmə qərarları › İş №3(009)-1521/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1521/2024

17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1521/2024 17.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Təhqiqat şöbəsinin böyük təhqiqatçısı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş 21 iyun 2024-cü il tarixli 00100-01462/24 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddətdə rəsmiləşdirilən 2 (iki) gömrük bəyannaməsi üzrə ümumilikdə 25406.35 ABŞ dolları məbləğində vəsait müvəkkil bankda olan hesaba köçürülməmişdir. Raporta qoşma edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, hüquqi şəxsin adından Səudiyyə Ərəbistanında və İraqda fəaliyyət göstərən şirkətlərlə arasında bağlanılmış müqavilələr üzrə aparılan ixrac əməliyyatları ilə həvata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş ümumilikdə 25406.35 ABS dolları məbləğində xarici valyutada pul vəsaiti qaytarılmamışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Təhqiqat şöbəsinin böyük təhqiqatçısı X6 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, əməliyyat üzrə ödəniş yalnız müvəkkil olmuş bank hesabına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X5 inzibati xəta haqqında protokola etiraz edərək izahatında göstərmişdir ki, protokolu qəbul etmir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenum Qərarı vardır. Əgər avans ödənişi olsa idi və onu müvəkkil təyin olunmuş banka ödəməsə idilər, o zaman qəbul edərdi. Göstərilənləri nəzərə alaraq inzibati icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan Bakı Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları”nın 12.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Belə ki, ixracatçı şirkətlər konsiqnasiya yolu ilə ixrac etdiyi malların müqabilində köçürülən vəsaitin müvəkkil banklar tərəfindən portala köçürülməsini təmin etmək üçün müvafiq banka yönləndirilmişdir. "xxxx" MMC-yə (VÖEN **********) bu barədə Xəbərdarlıq (3-33-1100/2- 001557/2024 xx.xx.2024 10:24:20) və Bildiriş (3-33-1100/2-002179/2024 xx.xx.2024 12:21:46) məktubları göndərilmişdir. X1 Sistemində, banklarla Dövlət Gömrük Komitəsi arasında olan “Forma 3.9.2.1" elektron hesabat sistemindən xx.xx.2024-cü il tarixində alınmış məlumata əsasən "xxxx" MMC xx.xx.2017-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər rəsmiləşdirilən 2 gömrük bəyannaməsi üzrə 25406.35 ABŞ dolları məbləğində vəsait sözü gedən hesabatda öz əksini tapmamışdır. İş materiallarında olan konsiqnasiya əməliyyatları üzrə hesabatdan görünür ki, Şəxs MMC tərəfindən 16435,20 ABŞ dolları və 8971,15 ABŞ dollarındakı qalıq pul vəsaiti qaytarılmamışdır. İş materiallarında olan konsiqnasiya yolu ilə ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesablara köçürülməsinin təmin edilməsinə dair xəbərdarlıqdan görünür ki, Şəxs MMC Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan konsiqnasiya yolu ilə ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesablara köçürülməsinin təmin edilməsinə dair bildirişdən görünür ki, Şəxs MMC göstərilən bəyannamələr üzrə ixrac edilən malların müqabilində vəsaitlərin bankda olan hesaba köçürülməsi təmin edilməmişdir. İş materiallarında olan 008801 nömrəli kassa mədaxil orderindən görünür ki, “X7” şirkətindən Contract №1 və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən konsiqnasiya ilə ixrac edilmiş 8971,15 ABŞ dolları məbləğində pul kassaya mədaxil edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli hesab üzrə çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə 6950,00 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 9382,00 ABŞ dolları məbləğində vəsait Şəxs MMC-nin hesabına mədaxil edilmişdir. İş materiallarında olan Bakı Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” (VAİS) informasiya resursunun banklarla Dövlət Gömrük Komitəsi arasında “Forma 3.9.2.1” elektron hesabat sistemindən 30 aprel 2024cü il tarixdə alınmış məlumata əsasən ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) tərəfindən 11,07.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddətdə rəsmiləşdirilən 2 (iki) gömrük bəyannaməsi üzrə ümumilikdə 25406.35 ABŞ dolları məbləğində vəsait müvəkkil bankda olan hesaba köçürülməmişdir. Raporta qoşma edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, hüquqi şəxsin adından bağlanılmış müqavilələr üzrə aparılan ixrac əməliyyatları ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş külli miqdarda, yəni ümumilikdə 25406.35 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti qaytarılmamışdır. Qeyd edilən faktla bağlı Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində aparılan araşdırma zamanı hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X2 izahatı alınmış, o, zahatında qeyd etmişdir ki, ixrac edilmiş mallar müqabilində əldə edilmiş valyuta vəsaiti qaytarılmışdır. İş materiallarında olan Bakı Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, X1 Sistemində, banklarla Dövlət Gömrük Komitəsi arasında olan “Forma 3.9.2.1” elektron hesabat sistemindən xx.xx.2024-cü il tarixinə alınmış məlumata əsasən X3 3-33- 1100/012/010202 nömrəli xx.xx.2024-cü il tarixli raportunda göstərilən Şəxs MMC (VÖEN: **********) tərəfindən 11 iyul 2023-cü tarixindən 19 iyul 2023-cü il tarixədək müddətdə rəsmiləşdirilən gömrük bəyannamələrind konsiqnasiya əməliyyatları üzrə 1 gömrük bəyannaməsi (**********8887) üzrə 8971.15 ABŞ dolları qalıq məbləği müəyyən olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ixracatçı Şəxs MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankdakı hesablarına köçürülməsi təmin edilməmişdir. Halbuki Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli fərmanının 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115 və 483-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 8971,15 (səkkiz min doqquz yüz yetmiş bir ABŞ dolları, on beş sent) ABŞ dolları valyuta vəsaiti məbləğinin 30 (otuz) faizi həddində, 2691,00 (iki min altı yüz doxsan bir) ABŞ dolları, yəni – 4575 (dörd min beş yüz yetmiş beş) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar