Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1523/2024 07.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Hüseyxanova Sevinc Eynur qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X4, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X5 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin inzibati tənbehvermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsinə dair X4 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMXnin Bakı şəhər İdarəsinin xx.xx.2024 cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına asasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X9 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərda tutulan inzibati xətanı törətməkdə şübhəli bilinərək, barəsində 4000 AZN məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Hesab edirlər ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 barəsindəki Azərbaycan Respublikas ƏƏSMN yanında DƏMX-nin Baki şəhər idarasinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı asassiz olduğundan ləğv edilməli va onun barasində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddas ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-ci maddəsinə əsasən bu Məcəllənin 7 ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada malumat göndərilməsindən sonra yaranır. Bununla bağlı Məhkəmənin nəzərinə çatdırıram ki, həmin dövrdə elektron imzada baş verən texniki nasazlıqlar səbəbindən əmək müqaviləsi bildirişinin tərəfimizdən elektron informasiva sistemina daxil edilməsi xx.xx.2024-cü il tarixində mümkün olmuşdur. Elektron informasiya sisteminə daxil edilmis xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişində də işçinin işə başlamali olduğu tarix xx.xx.2023-cü il göstərilmişdir. Lakin əmək müqaviləsi xx.xx.2023-cü il tarixindən qeyd edilməsinə baxmayaraq, elektron imzada baş verən texniki nasazlıqlara görə işçi işçini sistəmə daxil edə bilmədiklərinə görə xx.xx.2023xx.xx.2023 tarixlərində fiziki olaraq işə cəlb edilməmişdir. Həmçinin nəzərə çatdırır ki, əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə xx.xx.2024-cü il tarixində daxil edilsə də X8 əmək haqqı, vergi, məcburi sosial siğorta haqqı tərəflərindən xx.xx.2023-cü il tarixindən hesablanaraq tam ödənilmişdir. Bu da onu sübut edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X9 tərəfindən heç bir maddi maraq güdülməyib və işçinin huquqları pozulmayıb. Göstərilənlərdən də məlum olur ki. "xxxx" Məhdud Masulivyətli Cəmiyyətinin direktoru X6 barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilsə də A.A.Abdullayevin əməlində İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmus inzibati xətanın tərkibi də olmamışdır. Belə olan halda isə X4 hər hansı təqsirli əməli olmamış, həmçinin də onun əməli İXM ilə qorunan ictimai münasibətlərə qəsd etməmişdir. Odur ki, əməldə inzibati xəta tərkibi yaranmır. Yuxarıda sadalanan bütün xüsusatlar onu deməyə əsas verir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 barəsində çıxarılmış Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci və 53.1.2-ci maddələrində deyilir ki, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatina xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə garardan verilan şikayətə va ya protesta baxilaraq bu Məcəllanin 53-cü maddəsinda nazarda tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 barəsində çıxarılmış Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMXnin Baki şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və A.A.Abdullayevin barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ila başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X9 şikayəti müdafiə edərək bildirmişdir ki, X13 faktiki olaraq xx.xx.2023-cü il tarixdən işə başlasa da, fiziki olaraq xx.xx.2023-cü il tarixdən işə çıxmışdır. Texniki səbəblərdən, yəni “Əmək və Məşğulluq” altsisteminin işləməməsi nəticəsində sistemə xx.xx.2024-cü il tarixdə salınmışdır. Ona görə də işçi xx.xx.2023-cü il tarixdən işə çıxmışdır. Bundan başqa həmin vaxt baş mühasib olmadığı üçün cədvəldə texniki səhvlər olmuşdur. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X10 izahatında bildirmişdir ki, X9 özü tabeli imzalamışdır ki, X13 xx.xx.2023-cü il tarixdən işə başlamışdır. Xidmətə təqdim edilən sənədlərdə bu öz əksini tapmışdır. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında qərarı məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə proses iştirakçılarını dinləyib və şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından görünür ki, X13 "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən “aqronom” vəzifəsi üzrə işləri yerinə yetirməyə cəlb edilmişdir. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarında olan əmək müqaviləsinin surəti və əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC ilə X13 arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan "xxxx" ASC-nin ödəniş tapşırıqlarından görünür ki, "xxxx" MMC şirkət olaraq Dövlət Sosial Müdafiə Fonduna avqust ayı üçün ümumi əmək haqqlarını və işsizlikdən tutulan sığorta və DSMF ödənişlərini tam olaraq həyata keçirmişdir. İş materiallarında olan xx.xx.2023-xx.xx.2023-cü il müddət üzrə X8 aid tabeldən çıxarışdan görünür ki, X13 əmək fəaliyyətinə xx.xx.2023-cü il tarixdən başlamışdır. İş materiallarına əlavə edilmiş tabeldən görünür ki, X13 “aqronom” vəzifəsi üzrə xx.xx.2023cü il tarixdən işə başlamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X13 "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən “aqronom” vəzifəsi üzrə işləri yerinə yetirməyə cəlb edildiyindən X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 (dörd min) manat cərimə edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. X3 məhkəmə iclasındakı izahatından görünür ki, X7 xx.xx.2023-cü il tarixli əmək müqaviləsini sistemdə yaranan nasazlığa görə həmin gün yerləşdirmək mümkün olmamışdır. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə sistemə daxil edilmişdir. X1 əmək haqqı xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Bundan başqa məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi icraata xitam verilməsinə etiraz etməmişdir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən inzibati məsuliyyətə cəlb olunan X4 təqsirli olması barədə sübutları məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində qeyd edilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən əhəmiyyətli olan hallar sübuta yetirilmədən, inzibati xəta tərkibinin olub-olmaması araşdırılmadan X9 barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış X4 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin inzibati tənbehvermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin inzibati tənbehvermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1523/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1523/2024
07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver