Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1525/2025 28.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1, 482.2 və 505-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1, 482.2 və 505-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən tərtib edilmiş 13 yanvar 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 13 yanvar 2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 333- 1100/013/020369 saylı xx.xx.2024-cü il tarixli raporta əsasən Fiziki şəxs Şəxs adına Bolqarıstan Respublikasından Azərbaycan Respublikasına 0460AM dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə daxil olan yüklərin düzgün bəyan edilməməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında "İpək Yolu" G/P-na daxil olan və BBGİ-də **********1814 sorğu nömrəli G/B ilə bəyan edilən yükə tərəfimizdən baxış keçirilmiş gb-nin 1 ci mal mövqeyində istifadə olunmuş saatlar 13 ədəd bəyan olunduğu halda 15 ədəd olduğu, gb-nin 4 cü mal mövqeyində istifadə olunmuş foto üçün çərçivələr 15 ədəd bəyan olunduğu halda 17 ədəd olduğu, vazalar 2 ədəd bəyan olunduğu halda 7 ədəd olduğu, suvenir fiqurlar 25 ədəd bəyan olunduğu halda 96 ədəd olduğu, gb-nin 6 cı mal mövqeyində istifadə olunmuş çılçıraqlar 2 ədəd yazıldığı halda ədəd 6 ədəd olduğu aşkar edilmişdir.Həmçinin qeyd olunan gömrük bəyannaməsi üzrə bəyan olunmayan 2 ədəd yǝher (istifadə olunmuş), 2 ədəd samovar (istifadə olunmuş), 2 ədəd avtomobil maqnitofonu (istifadə olunmuş), 16 ədəd gecə işıq lampası (istifadə olunmuş), 26 ədəd keramik boşqab (istifadə olunmuş), 6 ədəd boyun bağı, 1 ədəd bilərzik, 7 ədəd üzük, 2 ədəd yaxalıq (istifadə olunmuş), 1 ədəd boyun bağı klonu (istifadə olunmuş), 1 ədəd durolane yazılı dərman vasitəsi (yeni), 14 ədəd bitki çayı (yeni), 3 ədəd qara zirə yağı (yeni), qida əlavəsi 5 ədəd (yeni), aloe vera gel 2 ədəd (yeni), D-Colerol FORT 1 ədəd (yeni) tərəfimizdən aşkar edilmişdir. Qeyd edilən faktla bağlı Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində Şəxs izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatdadır, hal-hazırda ünvan 2 ünvanında yaşayır, Bolqarıstandan 0460AM nömrə nişanlı avtomaşında onun adına daxil olmuş mallar həqiqətən də ona məxsusdur, tərəfindən sifariş edilmişdir, bildirir ki, yazılı olaraq heç bir müqaviləsi yoxdur, telefon vasitəsi ilə şifahi olaraq mallar sifariş vermiş, qeyd edir ki, ona məxsus olan üzərində VL258R nömrə nişanı olan "wolsfagen" markalı grafter modelli yük avtomobili ilə şəxsi əşyalar da daxil olmaqla sifariş veridiyi yükləri Bolqarıstanda qəbul etmiş, həmin nəqliyyat vasitəsinə malları yükləmiş və təyinatı üzrə yola düşmüş, gəmi vasitəsilə Gürcüstan Respublikasının Batumi şəhərinə gəlmiş və üzərində VL258R nömrə nişanı olan "wolsfagen" markalı grafter modelli yük avtomobili yüklə birlikdə limanda tərəzidə çəkilmiş, maşında olan yükün çəkisi ilə sənəddə qeyd olunan çəki arasında uyğunsuzluq, yəni maşında olan yüklərin cəkisi artıq olduğundan həmin limanda artıq yüklərin başqa bir digər maşına yüklənməsini bildirmişdilər, onun də gəmidə olan ayrı bir boş nəqliyyat vasitəsinin sürücüsünə müraciət etdi, o da artıq yükləri götürüb Azərbaycan Respublikasına gətirməyə razılaşdı, əlavə olaraq bildirir ki, həmin sürücü də olan nəqliyyat vasitəsinin markası mercedesdir, dövlət nömrə nişanlı Batumidə olduğu zaman Almaniyaya məxsus dövlət nömrə nişanı olmuşdur, ümumiyyətlə, Gürcüstan Respublikasında həmin ölkənin qanunlarına görə onun idarə etdiyi "wolsfagen" markalı grafter modelli yük avtomobilinə və digər sürücüdə olan mercedes markalı yük avtomobiline tranzit nömrə məcburən quraşdırılmışdır, onun idarə etdiyi "wolsfagen" markalı grafter modelli yük avtomobilinə 0460AM nömrə nişanı, digər sürücünün idarə etdiyi mercedes markalı yük avtomobilinə isə 0459AM nömrə nişanlı quraşdırılmışdır, ümumən, 0459AM nömrə nişanlı və 0460AM nömrə nişanlı nəqliyyat vasitələrində olan mallar ona məxsusdur, bildirmək istəyirdi ki, yazılı müqavilə olmadığımdan şifahi veridiyi sifariş əsasında mallar çox adda olduğundan bəzilərinin sayını, bəzilərinin də adını unutmuşdur, həmin malların ümumilikdə dəyəri 6000 avro təşkil edir, qeyd etmək istərdi ki, idxal edilmiş malların çeşidinin çox olması səbəbindən nəqliyyat vasitəsinə yüklənən mallarla mal-müşayiət sənədlərində qeyd edilən mallar arasında uyğunsuzluqlar aşkar edilmişdir, ümumiyyətlə, 0459AM və 0460AM nömrə nişanlı avtomaşlarında daxil olmuş mallara dair mal-müşayiət sənədlərini Bolqarıstanda yaşayan "Stefan" adlı şəxs ona vermişdir. Gürcüstanda Stefanın veridiyi invoys əsasında 0459AM nömrə nişanlı avtomaşına yığılmış yüklərə aid ayrıca 122 nömrəli invoys, 0460AM nömrə nişanlı avtomaşına yığılmış yüklərə aid ayrıca 121 nömrəli invoys tərtib etdirdim, həmin invoysları da qısa idxal bəyannaməsinin və gömrük bəyannaməsinin tərtib edilməsi məqsədilə tərəfindən bəyannaməçiyə göndərilmişdir, bu mallardan ilk dəfədir ki, Azərbaycan Respublikasına idxal edir. Aparılan araşdırma zamanı Şəxs tərəfindən gömrük orqanına bəyan edilməyən 6 ədəd boyun bağı, 1 ədəd bilərzik, 7 ədəd üzük, 2 ədəd yaxalıq (istifadə olunmuş), 1 ədəd boyun bağı klonu (istifadə olunmuş), 1 ədəd durolane yazılı dərman vasitəsi (yeni), 14 ədəd bitki çayı (yeni), 3 ədəd qara zirə yağı (yeni), qida əlavəsi 5 ədəd (yeni), aloe vera gel 2 ədəd (yeni), D-Colerol FORT 1 ədəd (yeni) yükləri işin halları ilə uyğun olub-olmamasının və əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədi ilə elmi cəhətdən əsaslandırılmış müvafiq tədqiqatlar aparılmalı olduğundan məhkəmə ekspertiza tədqiqatlarının aparılmasına zərurət yaranmışdır. Qeyd olunan zərurətlə əlaqədar xx.xx.2024-cü il tarixli "fiziki-kimyəvi ekspertizanın təyin edilməsi haqqında" Qərar əsasında ekspertizanın keçirilməsi üçün ekspertlərə sözügedən 1 ədəd durolane yazılı dərman vasitəsi, 14 ədəd bitki çayı, 3 ədəd qara zirə yağı, 5 ədəd qida əlavəsi, 2 ədəd aloe vera gel, 1 ədəd D-Colerol FORT, 6 ədəd boyun bağı, 1 ədəd bilərzik, 7 ədəd üzük, 2 ədəd yaxalıq, 1 ədəd boyun bağı klonu yükləri 000961, 000987, 000988, 201075 nömrəli polietilen qablaşma paketlərinə qablaşdırılmış halda 3-33-1100/2- 004961/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə təqdim olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən Bakı Baş Gömrük İdarəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş 6/4126-6/4127 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən zərgəlik məmulatlarının tədqiqində aparılmış tədqiqatların nəticəsində aşağıdakılar müəyyən edilmişdir: 1 ədəd sarı-qara-gümüşü rəngli metaldan, çəkic formalı kulonu olan boyunbağı – metalı dəmir və qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, ümumi çəkisi 146,45 qramdır; 1 ədəd sarı (qaralmış) rəngli metaldan, balıq formalı kulonu olan boyunbağı- metalı qiymətsiz əlvan metal erintisindən hazırlanmışdır, ümumi çəkisi 70,70 gramdır; 1 ədəd gümüşü rəngli metaldan boyunbağı metali qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, ümumi çəkisi 68,30 qramdır; 1 ədəd gümüşü rəngli metaldan, üzərində sarı rəngli metaldan, çəkic formalı kulonu olan boyunbağı-metalı dəmir ve qiymətsiz elvan metal ǝrintisindən hazırlanmışdır, ümumi çəkisi 44,82 qramdır; 1 ədəd sarı rəngli metaldan, üzərində sarı-qara rəngli metaldan, qoç başı formalı kulonu olan boyunbağı-metalı dəmir ve qiymətsiz əlvan metal ǝrintisindən hazırlanmışdır, ümumi çəkisi 39,96 qramdır; 1 ədəd gümüşü rəngli metaldan boyunbağı — üzərində "925" əyar damğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur, çəkisi 35,83 qramdır; 1 ədəd sarı rəngli metaldan qolbaq - metalı dəmir və qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 12,58 qramdır, qaşları qiymətli qaşlara aid deyil: 1 ədəd sarı rəngli metal hissəsi, qara rəngli daş üzərində qadın təsviri olan yaxa sancağı – metalı dəmir və qiymətsiz əlvan metal erintisindən hazırlanmışdır, çəkisi 5,02 qramdır, daş qiymətli daşlara aid deyil; 1 ədəd sarı (qaralmış) rəngli metaldan, xərçəng formalı kulon - metalı qiymətsiz elvan metal erintisindən hazırlanmışdır, çəkisi 38,72 qramdır; 5 ədəd gümüşü rəngli metaldan, müxtəlif formalı, 2 ədədinin üzərində qaşları olan üzük (1 ədədinin qaş yeri boşdur) - metalı dəmir və qiymətsiz əlvan metal erintisindən hazırlanmışdır, ümumi çəkisi 51 qramdır, qaşları qiymətli qaşlara aid deyil; 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ-şəffaf qaşları olan üzük - metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 3,40 qramdır, qaşları qiymətli qaşlara aid deyil; 1 ədəd sarı rəngli metaldan üzük - metalı qiymetsiz elvan metal ǝrintisindən hazırlanmışdır, çəkisi 7,63 qramdır. Həmçinin, 6/4126–6/4127 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən zərgərlik məmulatlarının tədqiqatında aparılmış tədqiqatların nəticəsində aşağıdakı cədvəldə qeyd olunanlar müəyyən edilmişdir: Araşdırmalar nəticəsində aşağıdakı preparatlar müəyyən olunmuşdur: “Qara Zirə yağı” – Ümumi miqdarı 3 qutu təşkil etmişdir. Hər bir qutuda 01 ədəd şüşə flakonda spesifik qoxulu yağlı maye mövcuddur. Nəzarətdə olan maddə müəyyən edilməmişdir. Yararllıq müddəti xx.xx.2024 tarixində başa çatır. Bu məhsuldan 1 qutu istifadə olunmuşdur “Udin 10” – 5 qutu miqdarında olmuşdur. Qutuda 01 ədəd şüşə flakonda yaşıl rəngli dərman kapsulları yerləşir. Nəzarətdə olan maddə müəyyən edilməmişdir. Yararllıq müddəti 10.2024 göstərilmişdir. 1 qutu istifadə olunmuşdur. “D-Colerol FORT” – 1 qutu miqdarındadır. Qutuda 01 ədəd şüşə flakonda yağlı maye yerləşmişdir. Nəzarətdə olan maddə müəyyən edilməmişdir. Yararllıq müddəti 02.2024 tarixində başa çatmışdır. İstifadə olunmamışdır. “Durolane” – 1 qutu miqdarındadır. Qutuda 01 ədəd inyeksiya şprisi formasında maye vardır. Nəzarətdə olan maddə müəyyən edilməmişdir. Yararllıq müddəti 05.2026 göstərilmişdir. İstifadə olunmamışdır. “Aloe Vera…1000 ml” – 2 qab şəklində təqdim edilmişdir. Plastik qabda gel formasında mayedir. Nəzarətdə olan maddə müəyyən edilməmişdir. Yararllıq müddəti 11.2024 göstərilmişdir. 10 ml istifadə olunmuşdur. “Daziotu…Herba Flora” – 8 qutu miqdarındadır. Qutuda kağız paketdə təqdim edilmişdir. Nəzarətdə olan maddə müəyyən edilməmişdir. Yararllıq müddəti xx.xx.2024 göstərilmişdir. 1 qutu istifadə olunmuşdur. “Çöl Qatırquyruğu…Herba Flora” – 2 qutu miqdarındadır. Qutuda kağız paketdə qurudulmuş bitki kütləsi formasındadır. Nəzarətdə olan maddə müəyyən edilməmişdir. Yararllıq müddəti xx.xx.2024 tarixidir. 1 qutu istifadə olunmuşdur. “Bədrənc…Herba Flora” – 4 qutu miqdarındadır. Qutuda kağız paketdə qurudulmuş bitki kütləsi formasındadır. Nəzarətdə olan maddə müəyyən edilməmişdir. Yararllıq müddəti xx.xx.2024 tarixidir. 1 qutu istifadə olunmuşdur. Şəxs tərəfindən gömrük orqanına bəyan edilməyən, düzgün bəyan edilməyən malların dəyəri işin halları ilə uyğun olub-olmamasının və əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədi ilə elmi cəhətdən əsaslandırılmış müvafiq tədqiqatlar aparılmalı olduğundan ekspertiza tədqiqatlarının aparılmasına zərurət yaranmışdır. Aparılmış araşdırma zamanı xx.xx.2024-cü il tarixli "nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürülməsi haqqında" protokola əsasında **********1814 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, bəyan edilmiş mallardan artıq aşkar edilən, eləcə də gömrük orqanına bəyan edilməyən aşkar edilən malların (15 ədəd istifadə olunmuş saatlar, 3 ədəd istifadə olunmuş suvenirlər üçün sandıklar, 6 ədəd istifadə olunmuş xalçalar, 96 istifadə olunmuş suvenir fiqurlar, 17 ədəd istifadə olunmuş foto üçün çərçivələr, 7 ədəd istifadə olunmuş vazalar, 6 ədəd istifadə olunmuş şamdanlar, 2 ədəd istifadə olunmuş heykəlciklər, 10 ədəd istifadə olunmuş çaynik suveniri, 1 ədəd istifadə olunmuş asılqan, 6 ədəd istifadə olunmuş çilçıraq, 1 ədəd istifadə olunmuş ventilyator, 1 ədəd istifadə olunmuş səs gücləndirici, 2 ədəd istifadə olunmuş yəhər, 2 ədəd istifadə olunmuş somavar, 2 ədəd istifadə olunmuş avtomobil maqnitofonu, 16 ədəd istifadə olunmuş gecə İşıq lampası, 26 ədəd istifadə olunmuş keramik boşqab, 1 ədədi gümüş olmaqla ümumilikdə 6 ədəd boyunbağı (yuxarıda texniki göstəriciləri qeyd olunub), 1 ədəd qolbaq (yuxarıda texniki göstəriciləri qeyd olunub), 7 ədəd üzük (yuxarıda texniki göstəriciləri qeyd olunub), 2 ədəd istifadə olunmuş yaxalıq (yuxarıda texniki göstəriciləri qeyd olunub), 1 ədəd istifadə olunmuş boyunbağı kulonu (yuxarıda texniki göstəriciləri qeyd olunub), 5 qutu “Udin 10” adlı, 1 qutu “Durolane” adlı, 2 qab "Aloe Vera...1000 ml" adlı, 8 qutu "Daziotu... Herba Flora" adlı, 2 qutu “Çöl Qatırquyruğu...Herba Flora" adlı, 4 qutu "Bədrǝnc...Herba Flora" adlı yüklərinin) xx.xx.2024-cü il tarixə orta bazar qiymətinin müəyyən edilməsi 3-33-1100/2-005361/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının "Azərekspertiza” birliyinə müraciət edərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının "Azərekspertiza" birliyinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının "Azərekspertiza" birliyindən Bakı Baş Gömrük İdarəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş 111 nömrəli ekspertiza rəyinə əsasən malların ümumilikdə xx.xx.2024-cü il tarixə orta bazar qiyməti 25770.30 (iyirmi beş min yeddiz yüz yetmiş manat otuz qəpik) manat müəyyən edilmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq **********1814 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların dəyəri yuxarıda qeyd olunan cədvələ uyğun olaraq 11445(on bir min dörd yüz qırx beş) manat olduğu təqdirdə gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi, təsir etdiyi təqdirdə Şəxs tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə qısa müddət ərzində məlumat verilməsi üçün Rəsmiləşdirmə Mərkəzinə xx.xx.2024-cü il tarixdə 3-33-1100/013/029049 nömrəli raportla müraciət olunmuş, həmin raporta cavab olaraq Rəsmiləşdirmə Mərkəzindən xx.xx.2024-cü il tarixdə daxil olmuş 3-33- 1100/012/031056 nömrəli raporta əsasən **********1814 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların dəyəri 11445(on bir min dörd yüz qırx beş) manat olduğu təqdirdə Şəxs tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 868.43 manat, əlavə dəyər vergisi üzrə 1198.42 manat olmaqla, ümumilikdə 2066.85(iki min altmış altı manat səksən beş qəpik) manat təşkil edir. Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/013/020237 saylı xx.xx.2024-cü il tarixli raporta əsasən Fiziki şəxs Şəxs adına Bolqarıstan Respublikasından Azərbaycan Respublikasına 0459AM dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə daxil olan yüklərin düzgün bəyan edilməməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında “İpək Yolu" G/P-na daxil olan və BBGİ-də **********1819 sorğu nömrəli GB ilə bəyan edilən yükə tərəfimizdən baxış keçirilmiş və gbnin 1 ci mal mövqeyində İstifadə olunmuş saatlar 15 ədəd bəyan olunduğu halda 21 ədəd olduğu, gb-nin 2 ci mal mövqeyində istifadə olunmuş şamdan 10 ədəd bəyan olunduğu halda 13 ədəd olduğu, fiqurlar 30 ədəd bəyan olunduğu halda 43 ədəd olduğu, vazalar 5 ədəd bəyan olunduğu halda 11 ədəd olduğu, gb-nin 4 cü mal mövqeyində istifadə olunmuş ventilyator yazıldığı halda yeni olduğu, gb-nin 5 ci mal mövqeyində istifadə olunmuş səs gücləndiricilər yazıldığı halda yeni olduğu, gb-nin 6 ci mal mövqeyində istifadə olunmuş samovarlar 2 ədəd bəyan olunduğu halda 3 ədəd olduğu aşkar edilmişdir. Həmçinin qeyd olunan gömrük bəyannaməsi üzrə bəyan olunmayan 2 ədəd avtomobil sükanı(yeni), 3 ədəd ətir(yeni), 2 ədəd qol saatı (yeni), 2 ədəd compas dəsti(yeni), 1 ədəd noutbuk (istifadə olunmuş), 1 ədəd yəhər (istifadə olunmuş) tərəfimizdən aşkar edilmişdir. Eyni zamanda bunu da qeyd edirik ki, **********1819 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların ümumi dəyərinin aşağı olması ilə bağlı şübhələr yaranmışdır. Qeyd edilən faktla bağlı Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində Şəxs izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatdayam, hal-hazırda ünvan 2 ünvanında yaşayıram, Bolqarıstandan 0459AM nömrə nişanlı avtomaşında mənim adıma adına daxil olmuş mallar heqiqətən də mənə məxsusdur, mənim tərəfimdən sifariş edilmişdir, bildirim ki, yazılı olaraq heç bir müqaviləm yoxdur, telefon vasitəsi ilə şifahi olaraq mallar sifariş vermişəm, qeyd edim ki, mənə məxsus olan üzərində VL258R nömrə nişanı olan "wolsfagen" markalı grafter modelli yük avtomobili ilə şəxsi əşyalar da daxil olmaqla sifariş veridiyim yükləri Bolqarıstanda qəbul etmişəm, həmin nəqliyyat vasitəsinə malları yükləmişəm və təyinatı üzrə yola düşmüşəm, gəmi vasitəsilə Gürcüstan Respublikasının Batumi şəhərinə gəlmişəm və üzərində VL258R nömrə nişanı olan wolsfagen" markalı grafter modelli yük avtomobili yüklə birlikdə limanda tərəzidə çəkilmiş, maşında olan yükün çəkisi ilə sənəddə qeyd olunan çəki arasında uyğunsuzluq, yəni maşında olan yüklərin çəkisi artıq olduğundan həmin limanda artıq yüklərin başqa bir digər maşına yüklənməsini bildirmişdilər, mən də gəmidə olan ayrı bir boş nəqliyyat vasitəsinin sürücüsünə müraciət etdim, o da artıq yükləri götürüb Azərbaycan Respublikasına gətirməyə razılaşdı, əlavə olaraq bildirim ki, həmin sürücü də olan nəqliyyat vasitəsinin markası mercedesdir, dövlət nömrə nişanlı Batumidə olduğu zaman Almaniyaya məxsus dövlət nömrə nişanı olmuşdur, ümumiyyətlə, Gürcüstan Respublikasında həmin ölkənin qanunlarına görə mənim idarə etdiyim "wolsfagen" markalı grafter modelli yük avtomobilinə və digər sürücüdə olan mercedes markalı yük avtomobiline tranzit nömrə məcburən quraşdırılmışdır, mənim idarə etdiyim "wolsfagen" markalı grafter modelli yük avtomobilinə 0460AM nömrə nişanı, digər sürücünün idarə etdiyi mercedes markalı yük avtomobilinə isə 0459AM nömrə nişanlı quraşdırılmışdır, ümumən, 0459AM nömrə nişanlı və 0460AM nömrə nişanlı nəqliyyat vasitələrində olan mallar mənə məxsusdur, bildirmək istərdim ki, yazılı müqaviləm olmadığımdan şifahi veridiyim sifariş əsasında mallar çox adda olduğundan bəzilərinin sayını, bəzilərinin də adını unutmuşam, həmin malların ümumilikdə dəyəri 6000 avro təşkil edir, qeyd etmək istərdim ki, idxal edilmiş malların çeşidinin çox olması səbəbindən nəqliyyat vasitəsinə yüklənən mallarla mal-müşayiət sənədlərində qeyd edilən mallar arasında uyğunsuzluqlar aşkar edilmişdir, ümumiyyətlə, 0459AM və 0460AM nömrə nişanlı avtomaşlarında daxil olmuş mallara dair mal-müşayiət sənədlərini Bolqarıstanda yaşayan "Stefan" adlı şəxs mənə vermişdir. Gürcüstanda Stefanın veridiyi invoys əsasında 0459AM nömrə nişanlı avtomaşına yığılmış yüklərə aid ayrıca 122 nömrəli invoys, 0460AM nömrə nişanlı avtomaşına yığılmış yüklərə aid ayrıca 121 nömrəli invoys tərtib etdirdim, həmin invoysları da qısa idxal bəyannaməsinin və gömrük bəyannaməsinin tərtib edilməsi məqsədilə tərəfimdən bəyannaməçiyə göndərilmişdir, bu mallardan ilk dəfədir ki, Azərbaycan Respublikasına idxal edirəm. Şəxs tərəfindən gömrük orqanına bəyan edilməyən, düzgün bəyan edilməyən malların dəyəri işin halları ilə uyğun olub-olmamasının və əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədi ilə elmi cəhətdən əsaslandırılmış müvafiq tədqiqatlar aparılmalı olduğundan ekspertiza tədqiqatlarının aparılmasına zərurət yaranmışdır. Aparılmış araşdırma zamanı xx.xx.2024-cü il tarixli "nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürülməsi haqqında" protokola əsasında **********1819 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, bəyan edilmiş mallardan artıq aşkar edilən, eləcə də gömrük orqanına bəyan edilməyən aşkar edilən malların (21 ədəd istifadə olunmuş divar və stolüstü saatlar, 43 ədəd istifadə olunmuş suvenir fiqurlar, 11 eded istifadə olunmuş vazalar, 13 ədəd istifadə olunmuş şamdanlar, 4 ədəd istifadə olunmuş heykəlciklər, 10 ədəd istifadə olunmuş gecə lampası, 1 ədəd yeni ventilyator, 1 ədəd yeni səs gücləndiricilər, 3 ədəd istifadə olunmuş samovarlar, 2 ədəd (2018- ci il)BMW nişanlı avtomobilin istifadə olunmuş kapotu, 1 ədəd (2018-ci il)BMW nişanlı avtomobilin istifadə olunmuş qapısı, 4 ədəd (2018-ci il)BMW nişanlı avtomobilin istifadə olunmuş qanadı, 1 eded (2018-ci il)BMW nişanlı avtomobilin istifadə olunmuş üzlüyü (obliçovkası), 3 ədəd (2016-cı BMW nişanlı avtomobilin istifadə olunmuş qluşiteli, 1 ədəd (2018-ci il) Hyundai markalı avtomobilin istifadə olunmuş buferi, 2 ədəd yeni avtomobil sükanı, 3 ədəd yeni ətir, 2 ədəd yeni qol saatı, 2 ədəd yeni compas desti, 1 ədəd istifadə olunmuş noutbuk, 1 ədəd istifadə olunmuş yəhər yüklərinin) xx.xx.2024-cü il tarixə orta bazar qiymətinin müəyyən edilməsi 3-33-1100/2- 004899/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının "Azərekspertiza" birliyinə müraciət edərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının "Azərekspertiza" birliyinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının "Azərekspertiza" birliyindən Bakı Baş Gömrük İdarəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş 115 nömrəli ekspertiza rəyinə əsasən malların ümumilikdə xx.xx.2024-cü il tarixə orta bazar qiyməti 20149(iyirmi min bir yüz qırx doqquz) manat müəyyən edilmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq **********1819 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların dəyəri yuxarıda qeyd olunan cədvələ uyğun olaraq 14450 (on dörd min dörd yüz əlli) manat olduğu təqdirdə gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi, təsir etdiyi təqdirdə Şəxs tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə qısa müddət ərzində məlumat verilməsi üçün Rəsmiləşdirmə Mərkəzinə xx.xx.2024-cü il tarixdə 3-33-1100/013/029048 nömrəli raportla müraciət olunmuş, həmin raporta cavab olaraq Rəsmiləşdirmə Mərkəzindən xx.xx.2024-cü il tarixdə daxil olmuş 3-33-1100/012/031054 nömrəli raporta əsasən **********1819 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların dəyəri 14450(on dörd min dörd yüz əlli) manat olduğu təqdirdə Şəxs tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 965.45 manat, əlavə dəyər vergisi üzrə 1332.33 manat olmaqla, ümumilikdə 2297.79(iki min iki yüz doxsan yeddi manat yetmiş doqquz qəpik) manat təşkil edir. Beləliklə də, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən dəyəri ümumilikdə 5214.30 (beş min iki yüz on dörd manat otuz qəpik) manat olan mallar gömrük orqanına bəyan edilməmiş, dəyəri ümumilikdə 15330(on beş min üç yüz otuz manat) manat olan mallar gömrük orqanına düzgün bəyan edilməmiş, həmçinin, xx.xx.2024-cü il tarixli **********1814 sorğu nömrəli və **********1819 sorğu nömrəli gömrük bəyannamələrində bəyan edilmiş malların ümumi dəyərinin 25895 manat olduğu təqdirdə Şəxs xx.xx.2024-cü il tarixli **********1814 sorğu nömrəli və **********1819 sorğu nömrəli gömrük bəyannamələri üzrə ümumilikdə idxal gömrük rüsumu üzrə 1833.88 manat, əlavə dəyər vergisi üzrə 2530.75 manat olmaqla, ümumilikdə 4364.63(dörd min üç yüz altmış dörd manat altmış üç qəpik) manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində protokol tərtib olunmuş şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan: "xxxx" MMC-nin 13 oktyabr 2025-ci il tarixli, ƏEM/O 54-652/25 saylı ekspert rəyindən görünür ki, xx.xx.2024-cü il tarixli "Nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürülməsi haqqında" protokola əsasında **********1819 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, bəyan edilmiş mallardan artıq aşkar edilən, eləcə də gömrük orqanına bəyan edilməyən aşkar edilən malların və xx.xx.2024-cü il tarixli "Nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürülməsi haqqında" protokola əsasında **********1814 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, bəyan edilmiş mallardan artıq aşkar edilən, eləcə də gömrük orqanına bəyan edilməyən aşkar edilən malların xx.xx.2024-cü il tarixə orta bazar qiyməti: xx.xx.2024-cü il tarixli, **********1814 sorğu nömrəli gömrük bəyannaməsi ilə: 9812,0 (doqquz min səkkiz yüz on iki manat) xx.xx.2024-cü il tarixli, **********1819 sorğu nömrəli gömrük bəyannaməsi ilə 8925,0 (səkkiz min doqquz yüz iyirmi beş manat) Ümumilikdə: 18737,0 (on səkkiz min yeddi yüz otuz yeddi manat) təşkil edir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Şəxs barəsində gömrük qaydaları əleyhinə olan malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi və gömrük ödənişlərinin (borcunun) ödənilməsindən yayınma faktı ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin iş üzrə təyin edilmiş ekspertiza rəyindən görünür ki, inzibati xəta haqqında protokolda göstərilmiş malın dəyəri 25.895 manat göstərilsədə, real bazar dəyəri isə bundan əhəmiyyətli dərəcədə aşağı yəni 18.737 manat təşkil edir. Ekspertiza rəyi inzibati xəta haqqında protokolda göstərilmiş dəyərin maddi gerçəkliyə uyğun olmadığını təsdiq etdiyindən, inzibati xəta haqqında protokolda göstərilən göstəricilər inzibati xəta tərkibinin müəyyən edilməsi üçün etibarlı sübut hesab edilə bilməz. Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün: obyektiv tərəf (əməl (hərəkət və ya hərəkətsizlik), yəni faktiki hüquqpozma), subyektiv tərəf (qəsd və ya ehtiyatsızlıq), predmet və nəticə kimi tərkib elementləri mövcud olmalıdır. Lakin bu işdə obyektiv tərəfi – yəni gömrük qaydaları əleyhinə olan malların və nəqliyyat vasitələrinin bəyan edilməməsinin və ya düzgün bəyan edilməməsi və gömrük ödənişlərinin (borcunun) ödənilməsindən yayınmanın baş verdiyini təsdiq edən əsas göstərici – malın düzgün müəyyən edilmiş dəyəri əsasında qiymətləndirilə bilər. İnzibati xəta haqqında protokolda dəyər düzgün göstərilmədiyindən, obyektiv tərəf sübuta yetirilmir, bu isə xəta tərkibinin formalaşmaması deməkdir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş inzibati xəta haqqında protokolda göstərilmiş faktiki məlumatlar əsasında araşdırılır. Əgər sözügedən protokoldakı əsas elementlərdən biri – malın dəyəri – yanlış göstərilibsə, bu hal şəxsin məsuliyyətini yaradan faktların sübut olunmaması ilə nəticələnir. Hətta düzgün dəyər tətbiq edilərsə belə xəta tərkibinin yaranması mümkün olsaydı belə, protokolda yanlış yazılması və işə yanlış dəyər əsasında baxılması şəxsin inzibati məsuliyyətini istisna edir. Çünki inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bununla yanaşı məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1, 482.2 və 505-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala baxılan zaman həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə görə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə görə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə görə Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. İş materiallarından göründüyü kimi inzibati xəta hadisəsi 05 avqust 2024-cü il tarixində baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Yuxarıda sadalananlardan göründüyü kimi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə sonuncunun əməlindən inzibati xəta tərkibi aşkar edilməmiş və həmçinin inzibati xəta haqqında protokol üzrə inzibati xətanın törədildiyi vaxtdan bir ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib olunmuş 13 yanvar 2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bundan başqa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə görə fiziki şəxslər barəsində işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Bu səbəbdən aparılmış ekspertiza tədqiqatın dəyəri 500 (beş yüz) manat dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 53.1.6, 105, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1, 482.2 və 505-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2 və 53.1.6-cı maddələrinə əsasən xitam verilsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri 500 (beş yüz) manat dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1525/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1525/2025
28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver