Məhkəmə qərarları › İş №3(009)-1526/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1526/2021

27.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1526/2021 27.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, X1 Bakı şəhəri DYPİ Yol Patrul Xidməti İnspektoru polis baş serjantı X5 tərəfindən tərtib edilmiş TP ******* nömrəli qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X3 Bakı şəhəri DYPİ Yol Patrul Xidməti İnspektoru Polis baş serjantı X5 tərəfindən tərtib edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 16 may 2021-ci il tarixində Bakı şəhəri, X9 Yol Patrul Xidməti İnspektoru polis baş serjantı X5 tərəfindən saxlanılmışdır. Yol ayrıcı işiqforun qırmızı işiğını keçdiyini polis ona bildirdi. Qırmızıdan keçdiyinin video görüntüsünü tələb etdi. Görüntü olmadığı halda protokol tətbiq olundu. Qərardan narazıdı xahiş edir qərar ləğv edilsin. Şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri DYPİ Yol Patrul Xidməti İnspektoru Polis baş serjantı X5 tərəfindən tərtib edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin qərar X4 barəsində tərtib edilmiş, lakin qərardan şikayət X3 tərəfindən verilmişdir. X3 şikayət ərizəsinə barəsində qərar çıxarılmış fiziki şəxsin nümayəndəsi qismində səlahiyyətini təsdiq edən sənəd əlavə etməmiş, eyni zamanda qərardan qanunvericilikdə nəzərdə tutulmuş şikayət vermə müddətini ötürmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarından və şikayət ərizəsindən görünür ki, inzibati tənbeh vermə haqqında qərar 16 may 2021-ci il tarixdə qəbul edilsə də, şikayət məhkəməyə 27 iyul 2021-ci il tarixdə daxil olmuşdur. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X4 özü məhkməyə müraciət etməmiş, X3 şikayətində barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxsin adından şikayət vermək hüququnu təsdiq edən heç bir sənəd əlavə etməmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı şəhəri DYPİ Yol Patrul Xidməti İnspektoru Polis baş serjantı X5 tərəfindən tərtib edilmiş TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından X3 verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Eyni zamanda X2 izah olunur ki, şikayətin verilmə müddəti üzrlü səbəblərə görə buraxılmışdırsa, şikayətinə buraxılmış müddətin bərpasına dair vəsatət əlavə etməklə barəsində qərar çıxarılmış fiziki şəxsin nümayəndəsi qismində səlahiyyətini təsdiq edən sənəd əsasında yenidən məhkəməyə müraciət edilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109 və 114, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 Bakı şəhəri DYPİ Yol Patrul Xidməti İnspektoru Polis baş serjantı X5 tərəfindən tərtib edilmiş TP ******* nömrəli qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar