Məhkəmə qərarları › İş №3(009)-1528/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1528/2023

31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1528/2023 31.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X5 qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinə əsasən Şəxs MMC barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-01910/23 saylı 28 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı səhəri, Səbail rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin adına İran İslam Respublikasından 73E94910/73E95010 nömrəli yük nəqliyyat vasitəsində 101/201 nömrəli xx.xx.2023-cü il tarixli invovs üzrə idxal edilmiş və Bakı Bas Gömrük İdarəsində **********5641 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəvan edilmiş malların “Ətraf mühitin mühafizəsi” haqqında 08 ivun 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin təsir dairəsinə düşüb-düşmədiyinin müəyyən edilməsi məqsədi ilə X3 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 3-33-5300/2-004343/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubla BBGİ-və göndərilmiş ekspert rəyinə əsasən “X9 Co” MMC-nin adına 101/201 nömrəli xx.xx.2023-cü il tarixli invoysun 2- ci mal mövqeyi üzrə idxal edilmiş “polietilen torbalar” adlı “X10 25x5cm2” nişanlı polietilendən hazırlanmış, qalınlığı 9 mikron (O.OOƏmm) olan torbaların “Ətraf mühitin mühafizəsi” haqqında 08 ivun 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iasə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağan edilmiş malların siyahısına aid olduğu müəyyən edilmişdir. Araşdırma zamanı “X9 Co” MMC-nin adına 101/201 nömrəli xx.xx.2023-cü il tarixli invovs üzrə idxal edilmiş mallara dair **********5641 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi, müşayiət sənədləri və 3-33-5300/2-004343/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubla BBGİ-və göndərilmiş ekspert rəyinə əsasən “X9 Co” MMC-nin adına idxal edilmiş polietilen əsaslı torbaların gömrük bəyannaməsində və digər bütün müşayiət sənədində bir adda və bir mal mövqeyində, markalanma göstəriciləri, ölçü və çəki olaraq fərqləndirilmədən eyni adda polietilən torba kimi göstərilməsinə baxmayaraq 3-33-5300/2-004343/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubla BBGİ-və göndərilmiş ekspert rəyində 101/201 nömrəli xx.xx.2023-cü il tarixli invoysun 2-ci mal mövqeyi üzrə idxal edilmiş polietilen torbaların bir hissəsinin qalınlığı 17 mikron olduğu və idxalına hec bir məhdudiyyət olmadığı, digər hissəsinin, yəni, “X10 25x5cm2” nişanlı polietilendən hazırlanmış, qalınlığı 9 mikron olan torbaların isə “Ətraf mühitin mühafizəsi” haqqında 08 iyun 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iasə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağan edilmiş malların siyahısına aid olduğu müəyyən edilmiş, lakin, Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-/3-1-020169/2023 nömrəli xx.xx.2023-cü il tarixli raporta, müşayiət sənədlərinə və ekspert rəyinə əsasən “X9 Co” MMC tərəfindən idxal edilmiş “X11 25x5cm2” nişanlı polietilendən hazırlanmış, qalınlığı 9 mikron (0.009mm) olan torbaların qablaşdırma sayı və çəkisini müəvvən etmək mümkün olmamışdır. Qeyd olunan məsələ ilə əlaqədar “X9 Co” MMC-nin etibarnamə ilə nümayəndəsi olan Azərbaycan Respublikası vətəndaşı X2 izahatı alınmış, o, “X9 Co” MMC-nin Azərbaycan Respublikasına bos kisələrin, polietilen torbaların idxalını və həmin malların topdan satışını həyata keçirdiyini, sonuncu dəfə iran İslam Respublikasından 73E94910/73E95010 nömrəli vük nəqliyyat vasitəsində 101/201 nömrəli xx.xx.2023-cü il tarixli invovs üzrə idxal edilmiş polietilen torbaların içərisində qalınlığı 15 mikrondan az olan polietilen torbaların olduğunu bilmədiklərini, belə ki, “Ətraf mühitin mühafizəsi” haqqında 08 iyun 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən qalınlığı 15 mikrondan az olan polietilen torbaların idxalının qadağan olunduğunu bildiklərini, lakin, İran İslam Respublikasından malları göndərən şəxsin səhvən “X11 25x5cm2” nişanlı polietilen torbaları da nəqliyyat vasitəsinə yükləyərək göndərdiyini, gömrük qaydalarının pozulduğunu bildiklərini, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşımağa hazır olduqlarını bildirmişdir. Beləliklə, araşdırma nəticəsində Şəxs MMC tərəfindən İran İslam Respublikasından 101/201 nömrəli xx.xx.2023-cü il tarixli invovs üzrə ümumilikdə 123 kisədə qablaşdırılmış, ümumilikdə çəkisi 2548 ka olan qalınlığı 9 mikron (0.009mm) “X11” nişanlı polietilendən hazırlanmış torbalar yükünün xx.xx.2023-cü il tarixdə 73E94910/73E95010 nömrəli yük nəqliyyat vasitəsində Azərbaycan Respublikasına idxal edildiyi, nəticədə, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinin tərkib əlamətləri olduğu müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X4, Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. İş üzrə Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-/3-1-020169/2023 nömrəli xx.xx.2023- cü il tarixli raportun icrası ilə əlaqədar “X9 Co” MMC-nin əməlinə hüquqi qiymətin verilməsi və MMC tərəfindən hansı miqdarda idxalı qadağan edilmiş polietilen torbaların gömrük ərazisinə idxal edildiyinin müəvvən edilməsi məqsədi ilə “X9 Co” MMCnin etibarnamə üzrə səlahiyyətli nümayəndəsinin iştirakı ilə 73E94910/73E95010 nömrəli yük nəqliyyat vasitəsində 101/201 nömrəli xx.xx.2023-cü il tarixli invovs üzrə idxal edilmiş mallara baxış keçirilməsi və sözügedən malların içərisində hansı miqdarda və çəkidə qalınlığı 9 mikron olan “X11 25x5cm2” nişanlı polietilendən hazırlanmış torbaların olduğu müəvvən edilərək yoxlama haqqında protokol tərtib edilməklə Təhqiqat şöbəsinə məlumat verilməsi üçün BBGİ-nin Rəsmiləşdirmə Mərkəzinə və İpək Yolu gömrük postuna 3-33-/3- 1-020332/2023 nömrəli xx.xx.2023-cü il tarixli raportla müraciət olunmuş, daxil olmuş 3- 33-/3-1-020461/2023 nömrəli xx.xx.2023-cü il tarixli raporta əsasən 73E94910/73E95010 nömrəli yük nəqliyyat vasitəsində “X9 Co” MMC-nin adına 123 kisədə qablaşdırılmış, ümumilikdə çəkisi 2548 kq olan qalınlığı 9 mikron “X11” nişanlı polietilendən hazırlanmış torbalar yükünün idxal edildiyi müəvvən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən İran İslam Respublikasından 101/201 nömrəli xx.xx.2023-cü il tarixli invovs üzrə ümumilikdə 123 kisədə qablaşdırılmış, ümumilikdə çəkisi 2548 ka olan qalınlığı 9 mikron (0.009 mm) “X11” nişanlı polietilendən hazırlanmış torbalar yükünün xx.xx.2023-cü il tarixdə 73E94910/73E95010 nömrəli yük nəqliyyat vasitəsində Azərbaycan Respublikasına idxal edildiyindən Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinin tərkibi var və onun 3000 (üç min) manat məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar