Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1530/2024 10.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs İsmayılov Alim Hicran oğlunun iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin X5 Şöbəsinin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərarından İsmayılov Alim Hicran oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İsmayılov Alim Hicran oğlu şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin X5 Şöbəsinin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 23:40-da Səbail rayonu ərazisində “X3” markalı, **-FE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman Bakı şəhər Səbail rayon DYPŞ-nin əməkdaşları avtomobilini saxlayaraq ondan spirtli içki qəbul edib-etmədiyini soruşduqda pivə içdiyini bildirmişdir. Əslində həmin gün bir bakal pivə qəbul etmişdir. Bundan sonra polis əməkdaşları onu alkotester vasitəsilə müayinədən keçirmiş və 0,7 promil alkoqol olduğunu bildirmişdirlər. Tələsik şəkildə barəsində inzibati protokol tərtib etmədən avtomobili cərimə meydançasına aparmış və səhər saat 9-da rəisin yanına gəlməyi bildiriblər. Daha sonra o, bu qədər promil alkoqol qəbul etmədiyini dəqiq bildiyi üçün Respublika Narkoloji Mərkəzinə gedərək sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə müayinə olunumuş və xx.xx.2024-cü il tarixdə saat 01:27-də tərtib edilmiş ******* nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolunda alkoqolun miqdarının 0,128 promil olduğu məlum olmuşdur. Həmçinin protokolda alkoqol qəbulu faktının müəyyən edilməsi, lakin sərxoşluq əlamətlərinin aşkara çıxarılmadığı qeyd edilmişdir. xx.xx.2024-cü il tarixdə səhər saat 10 radələrində Bakı şəhəri Səbail rayon DYPŞ-ə getmiş və orada adını tam xatırlamadığı inspektora yaxınlaşmağını bildirdilər. O, inspektora yaxınlaşaraq “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolunu təqdim etmiş və axşam “Nəqliyyat vaitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”-nın düzgün aparılmadığını və onda 0,3 promildən aşağə alkoqol olduğu halda 0,7 promil aşkarlanmasının düzgün olmadığını bildirmişdir. Həmin inspektor isə onun “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolunun heç bir işə yaramayacağını və protokol tərtib edəcəklərini söyləmişdir.Yuxarıda qeyd edilənlər nəzərə alınaraq məhkəmədən Səbail rayon X5 Şöbəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs İsmayılov Alim Hicran oğlu izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində ad günündə olarkən 01 (bir) bakal pivə içmişdir. Oradan qayıtdıqda Səbail rayonu ərazisində reyd aparıldığını görmüş və yolunu dəyişmək istəmişdir. Bu zaman 3 nəfər polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim etmiş və içki qəbul edib-etmədiyini soruşmuşdurlar, o da qəbul etdiyini demişdir. Daha sonra avtomobilini dayanacağa apardılar. Bundan sonra alkotester vasitəsilə içkinin miqdarını yoxlanılmış və bu zaman 0,7 promil alkoqol olduğu müəyyən edilmişdir. Şübhə yarandığı üçün Respublika Narkoloji Mərkəzinə gedərək sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə müayinə olunumuş və alkoqolun miqdarı 0,128 promil olduğu məlum olmuşdur. Sonrakı gün protokolu şöbədə təqdim etmiş, lakin qəbul etməyəcəklərini və cərimələyəcəklərini bildirmişdirlər. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən alkoqolun miqdarı 0,3 promildən aşağı olduğu halda sərxoşluq hesab olunmur. Həmçinin prosedurun özü belə səhv aparılmışdır, protokol ona təqdim edilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməsini və TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin X5 Şöbəsi Yol Patrul Xidməti inspektoru X2 izahatında bildirmişdir ki, ərazidə xidmət aparan zaman şəxsin işıq cihazlarından düzgün istifadə etmədiyini görmüşdürlər. Yaxınlaşmaq istəyərkən Badamdar ərazisindən düşən yolda geriyə dönmə əməliyyatı edərək avtomobili sürətlə idarə etməyə başlamış və restoranın ərazisinə getmişdir. Protokolu tərtib edən zaman İsmayılov Alim Hicran oğlu maneəçilik yaratmış, həmçinin 03 (üç) qədəh pivə içdiyini və cəriməni ödəyəcəyini demişdir. Bundan başqa protokol qərarsız qeyd edildiyi üçün sistemə düşmür və şəxs barəsində sistemdə araşdırma aparıldığı üçün həmin an protokol verilə bilmir. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati tənbehvermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin və şahidin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İsmayılov Alim Hicran oğlu 05 iyun 2024-cü il tarixdə saat 23:40-da Bakı şəhəri, Səbail rayonu ərazisində idarə etdiyi "Suzuki Vitara minik" markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən işıq cihazlarından istifadə qaydalarını pozduğundan və nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmiş və o, 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, İsmayılov Alim Hicran oğlu 05 iyun 2024-cü il tarixdə saat 23:40-da idarə etdiyi "Suzuki Vitara minik" markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu ərazisində hərəkətdə olarkən işıq cihazlarından istifadə qaydalarını pozduğundan və nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarla kifayət qədər sübuta yetirilmişdir. Belə ki, həm barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs İsmayılov Alim Hicran oğlunun, həm də şahid Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin X5 Şöbəsi Yol Patrul Xidməti inspektoru X1 izahatından görünür ki, İsmayılov Alim Hicran oğlu xx.xx.2024cü il tarixdə, Bakı şəhəri, Səbail rayonu ərazisində alkoqollu içki qəbul edərək "Suzuki Vitara minik" markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən şikayətçinin qeyd edilən qərarın ləğvi ilə bağlı əsas gətirdiyi xx.xx.2024-cü il tarixli, 2/30408 nömrəli Respublika Narkoloji Mərkəzinin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, İsmayılov Alim Hicran oğlunun deməsinə görə 01 (bir) bakal pivə qəbul etmişdir və alkoqol qəbulu faktı müəyyən edilmişdir. Belə olan halda İsmayılov Alim Hicran oğlunun əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1, 2 və 3-cü bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 37-ci maddəsinin İ-ci hissəsinin 8-ci bəndinə əsasən hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə- otuz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, məhkəmə İsmayılov Alim Hicran oğlunun şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin X5 Şöbəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış İsmayılov Alim Hicran oğlunun inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin X5 Şöbəsinin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan İsmayılov Alim Hicran oğlunun şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İsmayılov Alim Hicran oğlunun şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin X5 Şöbəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1530/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1530/2024
10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver