Məhkəmə qərarları › İş №3(009)-1531/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1531/2024

13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1531/2024 13.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Hüseyxanova Sevinc Eynur qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X5 nümayəndəsi Nümayəndə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X9 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin inzibati tənbehvermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsinə dair X5 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X13 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd olunan hadisəyə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Döviət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsində inzibati araşdırma başlamış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X12 Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən X13 tərəfindən X6 14.01,2024-cü il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə zamanı sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməməsi əsasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiiməsinə görə, barəmdə 900 manat məbləğində tənbeh növü tətbiq edilmişdir. Qərar rəsmi olaraq xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Hesab edir ki, aşağıdakı əsaslara görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Döviət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsində inzibat: araşdırma başlayıb və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Döviət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin MN seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar; əsassız və qanunsuz olduğuna görə ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Səbaii rayon MKTB-nin işçilərinin əməyin mühafizəsi ilə bağlı texniki təhlükəsizlik qaydalarına riayət edilməsi üçün texniki təhlükəsizliyə cavabdeh Səbaii rayon MKTB-nin mühəndisi və MKİS-lərin rəisləri, sahə bələdçilər, mühəndisləri olan şəxslər tərəfindən qaydalara uyğun qaydada təlimatlandırılırlar. Həmçinin həmin gün qarlı hava şəraiti ilə bağlı Birliyin ximdəti ərazisində təxirəsalınmaz işlərin görülməsinin zərurəti ilə əlaqədar olaraq Sevda Abasova də iş yerində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilmişdir, ona qış fəsli üçün tələb olunan geyim ilə təmin olunmuşdur, 8 saylı MKİSnin sahə bələdçisi, mühəndis tərəfindən texniki təhlükəsizlik qaydalarına riayət edilməsi üçün təlimatlandırılmışdır. Qeyd etmək istəyir ki, Sevda Abasova 8 saylı MKİS-nin mühəndisi ilə iş yerinə gedərkən yolun piyadalar üçün nəzərdə tutulan hissəsində yerdə sarı xəttlər qeyd olunan hissə sürüşkən olduğu üçün ayağı sürüşərək yerə yıxılıb xəsarət almışdır. Həmçinin inzibati tənbeh vermə haqqında qərarda qeyd edilmişdir ki, guya onun tərəfindən işçilərin iş yerində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməyin nəticəsində qeyd olunan xəta törədilmişdir. Ancaq hadisə ilə onun təqsirliliyini müəyyən edən səbəbli nəticə əlaqəsi yoxdur. Hansı təqsirli hərəkətləri ilə qeyd olunan hadisəni törətmişdir. Əksinə X12ndə təhqiqat işi aparılarkən təhqiqat komissiyasının üzvü Səbail rayon MKTB-nin mühəndisi tərəfindən texniki təhlükəsizlik qaydalarına riayət edilməsi üçün təlimatlandırılmasına dair uçot, qeydiyyat kitabının surəti təqdim edilmişdir. Həmin sənədlərdən də görünür ki, işçiyə texniki təhlükəsizlik qaydalarına riayət edilməsi ilə bağlı təlimat verilib və işçi də imzası iiə həmin aktı təsdiq etmişdir. Eyni zamanda; işçiyə qış geyim forması da verilmişdir, həmin gün də işçi texniki təhlükəsizlik qaydalarına riayət edilməsi ilə bağlı təlimatlandırılmışdır. Lakin nə inzibati tənbeh vermə haqqında qərarda təqsirli hərəkətləri ilə işçilərin sağlam şəraitdə işlə təmin edilməməsi əsaslandırılmayıb, nə də ki, qeyd olunan hallar sübuta yetirilməyib. Sadəcə əsassız olaraq bir cümlə ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinin dispozisiyasında mövcud olan cümlələr inzibati tənbeh vermə haqqında qərara olduğu kimi heç bir əsaslandırma aparmadan yazılmışdır. Belə ki inzibati xəta hadisəsi həm hərəkət, həm də hərəkətsizliklə törədilir. Hazırki iş üzrə işəgötürən, yəni onun tərəfindən hansı hərəkətləri və yaxud hərəkətsizliyi ilə sağlam və təhlükəsiz əməyin mühafizəsi təmin ediməmişdir. İnzibati tənbeh vermə haqqında qərar ümumiyyətlə əsaslandırılmamışdır. Yuxarıda qeyd etdiyi kimi inzibati xəta normasının dispozisiyası qərara köçürülərək qeyd edilmişdir. Belə ki qərar bunun əksinə tam əsaslandırılmalı idi. Həmçinin X12ndə təhqiqat komissiyasının nəticələrinə dair aktda və yekun rəydə təqsirkar şəxsin müəyyən olunmadığı qeyd edilib. Belə olan halda onun İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə inzibati xəta məsuliyyətinə cəlb edilərək barəmdə 900 manat inzibati tənbeh vermə haqqında qərarının verilməsi qanunsuz və əsassızdır.Göstərilənlərə əsasən şikayətin təmin edilməsi, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X5 nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək bildirmişdir ki, 8 saylı MKİS-nin işçisi Sevda Abasova iş vaxtı qarlı hava şəraitində işə gedərkən piyada hissəsində ayağı sürüşmüş və zədə almışdır. Həmin zaman o, xüsusi geyim formasında olmuşdur. X11 bununla bağlı heç bir şikayəti yoxdur. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X14 şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından görünür ki, X13 tərəfindən X6 xx.xx.2024-cü il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə zamanı sağlam və təhlükəsiz əməyin mühafizəsi təmin edilməmişdir. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarına əlavə edilmiş 8 saylı Mənzil Kommunal İstismarı Sahəsinin Təhlükəsizlik texnikasından “03” №-li təkrar təlimat kitabından çıxarışdan görünür ki, X6 işlə bağlı təlimatlandırılmışdır. İş materiallarına əlavə edilmiş 8 saylı Mənzil Kommunal İstismarı Sahəsinin Süpürgəçi və X8-materialların siyahısından görünür ki, X6 işarəli-fosforlu jilet, rezin əlcək, fəhlə xalat fosforlu, uzunboğaz rezin çəkmə ilə təmin edilmişdir. İş materiallarına əlavə edilmiş X4 haqqında 2/2024 №-li aktdan görünür ki, X7 izahatında hadisənin xx.xx.2024-cü il tarixdə saat 07:15 radələrinde Səbail rayonu, İstiqlaliyyət küçəsi ilə Bünyad Sərdarov küçəsinin kəsişməsində baş verdiyini, həmin gün Abasova Sevda və özünün saat 07:00 da işə gəldiyini, onlar üçün ayrılmış istirahət otağında Hüseynov Mehman tərəfindən görəcəyi işlər barədə təlimatlandırıldıqlarını, iş paltarlarını, əlcək, isti qaloşlarını geyib, süpürgə, bel, kürəkləri götürüb təhkim olunduqları ərazini təmizləməyə getdiklərini, həmin gün qar yağdığı içün Abasova Sevda ilə birlikdə təmizlik işləri görəcəyini bildirmişdir. Təhkim olunduğu əraziyə gedərkən Abasova Sevda ondan təqribən 5-6 metr aralı getdiyini, H.Mehmanında orda olduğunu, birdən A.Sevda yerdə sarı kvadrat formalı yerdən keçərkən ayağının sürüşüb yıxıldığını, ona tərəf cəld getdiyini, ona çatanadək Mehman müəllimin onu yerdən qaldırdığını, təcilli tibbi yardım briqadasını hadisə yerinə çağırdığını qeyd etmişdir. X10 izahatında hadisənin xx.xx.2024-cü il tarixdə saat 07:15 adələrində Səbail rayonu, İstiqlaliyyət küçəsi ilə Bünyad Sərdarov küçəsinin kəsişməsində səkidə baş verdiyini, həmin gün S.Abasova və digər işçilər saat 07:00-da iş yerinə gəldiyini, istirahət otağında iş paltarlarını geyinib, tərəfindən təlimatlandırıldıqlarını, qar təmizləmək üçün kürək, bel, süpürgəni götürüb təhkim olduqları əraziyə getdiklərini, özünün əraziyə tez çatdığını, S.Abasova ona təqribən 5 metr qalmış antusun üzərindən keçərkən həmin ərazinin sürüşkən olduğu üçün sürüşüb yıxıldığını, S.Abasovaya tərəf cəld yaxınlaşdığını, onu yerdən qaldırdığını, təcilli tibbi yardım briqadasını hadisə yerinə çağırdığını, müayinə üçün “Azərbaycan Elmi-Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-ə göndərdiyini bildirmişdir. Eyni zamanda həmin gün bazar günü olmasına baxmayaraq bəzi əməkdaşları fövqəladə vəziyyət yarandığı üçün qar təmizləməyə çağırdıqlarını, buna əsasən əmək haqqısına 2 misli əlavə haqq verildiyini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş təhqiqat aktından görünür ki, Komissiya təhqiqat aktının 4-cü bölməsinə əsasən bədbəxt hadisənin baş verməsində Səbail rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 8 saylı MKİS-nin süpürgəçisi X3 ehtiyatsızlığını müəyyən etmişdir. Həmçinin Səbail rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli, 2-2/1- 024036/2024 nömrəli məktubunda X3 xx.xx.2024-cü il tarixdə qarın təmizlənməsi zamanı ayağının sürüşərək yıxılması nəticəsində xəsarət alması barədə rayon prokurorluğuna hər hansı məlumat daxil olmadığından həmin faktla bağlı heç bir araşdırma aparılmadığı qeyd edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəfindən X6 xx.xx.2023-cü il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə zamanı sağlam və təhlükəsiz əməyin mühafizəsi təmin edilmədiyindən X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə təqsirli bilinib 900 (doqquz yüz) manat cərimə edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinə əsasən işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə- yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. X2 nümayəndəsi Nümayəndə məhkəmə iclasındakı izahatından və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, hadisə X3 özünün ehtiyatsızlığından baş vermişdir. Belə ki, X6 hadisə baş verən gün, yəni xx.xx.2024-cü il tarixdə xüsusi geyim forması ilə təmin edilmiş və təlimatlandırılmışdır. Həmçinin onun aldığı xəsarətlə bağlı heç bir şikayət və tələbi olmamışdır. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən inzibati məsuliyyətə cəlb olunan X5 təqsirli olması barədə sübutları məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində qeyd edilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsii olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən əhəmiyyətli olan hallar sübuta yetirilmədən, inzibati xəta tərkibinin olub-olmaması araşdırılmadan X13 barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış X5 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin inzibati tənbehvermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin inzibati tənbehvermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar