Məhkəmə qərarları › İş №3(009)-1532/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1532/2021

01.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1532/2021 01.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi ilə, Barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi və vəkili X3 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 23 iyul 2021-ci il tarixli, 00100-1410/21 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Böyük Britaniyadan ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin (VÖEN **********) ünvanına 54AAS301/01DPM12 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş, **********9306 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuş yüklərin eyniləşdirilməsi üçün baxış keçirilərkən, GB üzrə 1-ci mal mövqeyində qeyd olunan yükün mənsə ölkəsinin Böyük Britaniya kimi bəyan olunduğu halda, mənşə ölkəsinin Almaniya olduğu aşkar edilmişdir. Araşdırma ilə bağlı Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi və bəyannaməçisi X1 izahat verərək, "xxxx" MMC-nin işçisi olduğunu, şirkətin müqavilə-xidmət tapşırığı əsasında "xxxx" MMC-nin gömrük islərini həyata keçirdiyini, "xxxx" MMCnin adına J21-0017 nömrəli 30.03.2021-ci il tarixli invoys sənədinin müşayiəti ilə gətirilən mallara dair **********9306 nömrəli 21.05.2021-ci il tarixli Gömrük bəyannaməsinin onun tərəfindən tərtib edildiyini, **********9306 nömrəli 21.05.2021-ci il tarixli Gömrük bəyannaməsinin 1-ci mal pozisiyasında öz əksini tapmış 4 ədəd 600 gram gara metaldan birləşmələr yükünün mənşəyinin Almaniya olduğunu gəbul etdiyini, həmin yükləri göndərən tərəfin mal ilə birlikdə göndərdiyi mal müşayət sənədləri əsasında bəyan etdiklərini, həmin sənədlərdə bu yüklərin mənşə ölkəsinin Böyük Britaniya göstərildiyini, aşkar olunan uyğunsuzluq faktının pozuntu deyil, texniki səhv olduğunu, həmin yüklərin "xxxx" MMC tərəfindən sifariş edildiyini, həmin mallara görə "xxxx" MMCyə 177.20 GBP olmaqla manat ekvivalentində ödənişin bank vasitəsilə həyata keçirildiyini bildirmişdir. Həmin yüklərin mənşə ölkəsinin və qiymətinin müəyyən edilməsi məqsədilə tərəfimizdən 1400-013/006-24/003734 saylı 09.06.2021-ci il tarixli məktubla müraciət edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 09.07.2021-ci il tarixli 9/3980 saylı ekspert rəyinə əsasən 4 ədəd “Rittal” markalı qara metaldan birləşmələr yükünün mənşəyinin Almaniya olmaqla 1 ədədinin qiyməti 105 manat olmaqla 4 ədədinin qiymətinin 420 manat olduğu müəyyən edilmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, "xxxx" MMC Azərbaycanda fəaliyyət göstərən "xxxx" şirkətinin tapşırığı ilə Böyük Britaniyada fəaliyyət göstərən “AEL Aberdeen LTD” şirkətindən 54AAS301/01DPM12 nömrə nişanlı yük avtomobilinə yüklənilmiş vəziyyətdə Azərbaycan Respublikasına idxal edilmiş malları 21.05.2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********9306 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “müvəggəti saxlanc” xüsusi gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərkən həmin bəyannamənin 1-ci pozisiyasında bəyan edilmiş 4 ədəd “Rittal” markalı qara metaldan birləşmələr yükünün mənşə ölkəsi Almaniya olduğu halda Böyük Britaniya bəyan etməklə, mallar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında gömrük orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilmişdir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi və vəkili X5 izahatında inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, "xxxx" MMC-nin müqavilə-xidmət tapşırığı əsasında Şəxs MMC-nin gömrük işlərini həyata keçirir. Şəxs MMC-nin adına J21-0017 nömrəli 30.03.2021-ci il tarixli invoys sənədinin müşayiəti ilə gətirilən mallara dair **********9306 nömrəli 21.05.2021-ci il tarixli Gömrük bəyannaməsinin 1-ci mal pozisiyasında öz əksini tapmış 4 ədəd 600 gram gara metaldan birləşmələr yükünün mənşəyinin Almaniya olsa da həmin yükləri göndərən tərəfin mal ilə birlikdə göndərdiyi mal müşayət sənədləri əsasında bəyan etdiklərini, həmin sənədlərdə bu -yüklərin mənşə ölkəsinin Böyük Britaniya göstərildiyini bildirmişdir. Belə ki, sifariş verildikdən sonra sifariş olunmuş mallar şirkətin Böyük Britaniyada yerləşən anbarında olmadığı üçün özünün Almaniya şöbəsində həmin malı şifariş verdiyini, onların yalnız təqdim edilm9ş sənəd əsasında malı bəyan etdiklərini ona görə də aşkar olunan uyğunsuzlug faktının pozuntu olmadığını bildirmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində protokol tərtib edilmiş şəxsin nümayəndəsini dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Ona görə də Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sahil gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, "xxxx" MMC-nin (VÖEN **********) ünvanına 54AAS301/01DPM12 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş, **********9306 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuş yüklərin eyniləşdirilməsi üçün baxış keçirilərkən, GB üzrə 1-ci mal mövqeyində qeyd olunan yükün mənşə ölkəsinin Böyük Britaniya kimi bəyan olunduğu halda, mənşə ölkəsinin Almaniya olduğu aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3980 saylı, 09.07.2021-ci il tarixli Ekspert rəyindən görünür ki, Ekspertiza tədqiqatına təqdim edilmiş Almaniya istehsalı olan “RİTTAL SZ 2304,000” markalı iki kəsikli şkaf qapıları üçün paslanmayan metaldan kilidin 1 ədədinin 20.05.2021- ci il tarixə qiyməti 105,00 manat, 4 ədədinin qiyməti isə 420,00 manat müəyyən edilir. Ekspetiza tədqiqatının dəyəri 100 (bir yüz) manatdır. İş materiallarına əlavə edilmiş BiPi Eksploreyşn (Kaspian Si) Ltd-nin Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış məktublarından görünür ki, TURAN Drilling & Engineering Company LLC şirkəti BıPı Eksploreyşn (Kaspian Si) Ltd ilə bağlanmış müqaviləyə əsasən Karbohidrogen Fəaliyyəti ilə əlaqədar onun Subpodratçısıdır və Komissiya üzvləri və Podratçı Tərəflər arasında imzalanmış Azərbaycan İdxal-İxrac rüsumları haqqında Protokol ona şamil olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində qeyd olunmuşdur ki, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Xüsusi gömrük prosedurlar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 166-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddə tranzit (beynəlxalq və daxili tranzit); saxlanc (müvəqqəti saxlanc və gömrük anbarlarında saxlanc); sərbəst zona; xüsusi istifadə (müvəqqəti idxal və son istifadə); emal (daxildə və xaricdə emal) prosedurları xüsusi gömrük prosedurları kimi sadalansa da, sərbəst dövriyyə üçün gətirilən malların bu prosedurlara aid olması qeyd edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasına gətirilmiş malların mənşə ölkəsi Almaniya olduğu halda, gömrük bəyannaməsində yanlış olaraq Böyük Britaniya göstərilməsi ilə əlaqədar inzibati xətanın bütün əlamətləri mövcud deyildir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC-nin əməlində inzibati xətanın bütün əlamətləri mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Turan Drilling and Engineering Company” MMC-yə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil. Şəxs MMC-nin əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 55, 114-115, 128-130 və 482.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati xəta haqqında iş üzrə ekspertiza xərcinin dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Mərkəzi Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar