Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1533/2021 11.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə 23 iyul 2021-ci il tarixli, 0100-1442-/21 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN.**********) ünvanına Rusiya Federasiyasının QOQ “Виктория” şirkətindən 90OC499 nömrə nişanlı yük avtomaşınında 2 nömrəli 20.12.2020-ci il tarixli invoys sənədi ilə daxil olmuş mallar **********6161 sorğu nömrəli 08.01,2021-ci il il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş malların rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün gömrük orqanına gömrük bəyannaməsi ilə birgə təqdim edilməli olan qida təhlükəsizliyi sertifikatı və gigiyenik sertifikatı sənədlərinin gömrük orqanına təqdim edilməsinə dair öhdəliyin müddəti bitmiş, lakin, həmin sənədlər “Vibrostone CO" MMC tərəfindən müəyyən edilmiş müddət ərzində gömrük orqanına verilməmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 150.5-ci maddəsinə əsasən ayrı-ayrı sənədlər üzrlü səbəblərə görə gömrük bəyannaməsi ilə birlikdə təqdim edilə bilmədiyi hallarda, bəyannaməçinin yazılı, o cümlədən elektron formada müraciəti əsasında gömrük orqanları həmin sənədlərin gömrük bəyannaməsi təsdiq edildikdən sonra təqdim edilməsinə icazə verirlər. Bu Məcəllədə ayrı-ayrı sənədlərin təqdim edilməsi üçün daha qısa müddət müəyyən edilməmişdirsə, həmin sənədlər gömrük bəyannaməsi təsdiq edildiyi tarixdən 45 (qırx beş) gündən gec olmayaraq gömrük orqanına təqdim edilməlidir. Bəyannaməçi sənədlərin vaxtında verilməsinə dair gömrük orqanına yazılı, o cümlədən elektron formada öhdəlik təqdim edir. İş materiallarına əlavə edilmiş Şəxs MMC tərəfindən 15 yanvar 2021-ci il tarixdə gömrük orqanına təqdim edilmiş öhdəlikdə qeyd edilmişdir ki, **********6161 sorğu nömrəli gömrük bəyannaməsi ilə gömrük rəsmiləşdirilməsinə təqdim edilən mallara dair qida təhlükəsizliyi sertifikatı və gigiyenik sertifikatı sənədləri üzrlü səbəblərə görə gömrük bəyannaməsi ilə birlikdə təqdim edə bilmədikləri üçün həmin sənədlərin gömrük bəyannaməsi təsdiq edildiyi tarixdən 25 gündən gec olmayaraq gömrük orqanına təqdim etməyi öhdəsinə götürür. Beləliklə də, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasının QOQ “Bhktopua” şirkətindən 90QC499 nömrə nişanlı yük avtomaşınında daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********6161 sorğu nömrəli 08.01.2021-ci il il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair gömrük bəyannaməsi ilə birgə təqdim edilməli olan gida təhlükəsizliyi sertifikatı və gigiyenik sertifikatı sənədləri müəyyən edilmiş müddət ərzində gömrük orqanına təqdim edilməmiş və bununla da, Şəxs MMC tərəfindən müvafiq sənədlərin təqdim edilməsi müddəti pozulmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC -nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə protokol tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC -nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs MMC -nin Azərbaycan Respublikasının İXM-nin 493-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Rusiya Federasiyasından ünvan 2 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin (VÖEN **********) ünvanına 90OC499 nömrəli nəqliyyat vasitəsilə, 2 saylı 20.12.2020-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********6161 sorğu nömrəli 08.01,2021-ci il il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair AQTA tərəfindən verilən sənədlərin təqdim edilməsinə dair öhdəliyin icraat müddəti bitmişdir (bununla əlaqədar məsələnin araşdırılması üçün müvafiq göstəriş verilməsi xahiş olunmuşdur). İş materiallarında olan Şəxs MMC–nin 15.01.2021-ci il tarixli öhədliyindən görünür ki, **********6161 saylı gömrük bəyannaməsi ilə gömrük rəsmiləşdirilməsinə təqdim edilən mallara dair Qida Təhlükəsizliyi sertfikatı və Gigyenik sertfikatı sənədini üzürlü səbəblərə görə gömrük bəyannaməsi ilə birlikdə təqdim edə bilmədiyikləri üçün həmin sənədin gömrük bəyannaməsi təsdiq edildiyi tarixdən 25 gündən gec olmayaraq gömrük orqanına təqdim etməyi öhdəsinə götürür. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMC–nin nümayəndəsi X1 iştirakı təmin edilmiş və o, izahatında bildirmişdir ki, mallar Şəxs MMC və OOO “Виктория” şirkəti arasında bağlanmış 01 nömrəli 17.12.2020-ci il tarixli müqavilə əsasında sifariş edilmişdir. Şirkətlər arasında bağlanmış müqaviləyə əsasən ödənişlər bank vasitəsi ilə 18.09.2029-cu il tarixədək müddətə həyata keçiriləcəkdir. , idxal edilən mallara görə müvafiq sertifikatların alınması məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət edilmişdir. Lakin, nümunələr çox olduğu üçün, götürdükləri öhdəlik müddətində sənədləri müəyyən olunmuş vaxtda gömrük orqanına təqdim edilməmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən sözügedən sertifikatları almışlar və tezliklə gömrük organına təqdim edəcəklər. Gömrük qaydalarının pozulduğunu etiraf edir və qanunla nəzərdə tutulmuş cəriməni ödəməyə hazırdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 493-cü maddəsinə əsasən, gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.07.2014-cü il tarixli, 263 saylı “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında qərarın 6.5-ci bəndinə əsasən icazə onun alınması üçün bu Qaydaların 6.2-ci bəndində göstərilmiş tələblərin yerinə yetirilməsindən dərhal sonra verilməlidir və natamam bəyannamə rəsmiləşdirildikdən sonra 30 (otuz) gün müddətində həmin mallara dair gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan Şəxs MMC tərəfindən təqdim olunmuş gömrük bəyannaməsi müvafiq olaraq qanunla nəzərdə tutulmuş müddət pozulmaqla təqdim olunmuş və nəticədə Şəxs MMC tərəfindən İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114- 115, 128-130-cu, 493-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1533/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1533/2021
11.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver