Məhkəmə qərarları › İş №3(009)-1534/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1534/2023

04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1534/2023 04.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1993-cü ildə Füzuli rayonunda anadan olmuş, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsindən daxil olmuş protokola və ona əlavə edilmiş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli M№ 189145 seriyalı inzibati xəta haqqında protokola əsasən Şəxs oğlu vətəndaş X2 qapı satmaq adı altında aldadaraq 190 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Bununla da Şəxs AR İXM-nın 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Bakı şəhər Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli M№ ******* seriyalı inzibati xəta haqqında protokola əsasən Şəxs vətəndaş X4 oğlunu kreditə qızıl götürəcəyi adı ilə aldararaq 225 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Bununla da Şəxs AR İXM-nın 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 3(009)-1534/2023, və 3(009)-1535/2023 saylı inzibati xətalara dair işlər bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında ifadəsi alınmış Şəxs özünü inzibati xəta törətməkdə təqsirli bilərək göstərmişdir ki, törətdiyi əməldən peşmandır. İnzibati xəta törədən şəxs həmçinin göstərmişdir ki, qısa müddət ərzində zərərçəkənlərə dəymiş ziyanı ödəyəcək. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin sahə inspektoru X3 öz ifadəsində göstərmişdir ki, Şəxs zərərçəkənlərə vurduğu ziyanı ödəməmişdir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs əməlində AR İXM-nın 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbdiq edilməlidir. İş üzrə Səbail RPİ-nin 41-ci PB-nin təhqiqatçısı Ə.Məlikovun tərəfindən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanımlasının rədd edilməsi haqqında qərara əsasən vətəndaş X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, ona qarşı dələduzluq cinayəti törədən naməlum şəxs gələcəkdə müəyyən edildikdə onun əməlində AR İXM-nin 227-ci maddəsinin əlamətləti olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi məqsədilə qəbul edilmiş qərar icra olunması üçün Səbail RPİ-nın 41-ci PB-nə göndərilməsi qərara alınmışdır. İş üzrə Səbail RPİ-nin 41-ci PB-nin təhqiqatçısı Samir Seyid tərəfindən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanımlasının rədd edilməsi haqqında qərara əsasən vətəndaş X4 oğlunun müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, ona qarşı dələduzluq cinayəti törədən naməlum şəxs gələcəkdə müəyyən edildikdə onun əməlində AR İXMnin 227-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsi məqsədilə qəbul edilmiş qərar icra olunması üçün Səbail RPİ-nın 41-ci PB-nə göndərilməsi qərara alınmışdır. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hallar hesab edilir. Qeyd edilən Məcəllənin 227-ci maddəsiən əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, məhkəmə Şəxs əməlində AR İXM-nın 227-ci maddəsinin tərkibinin olmasını, işin hallarını, onun şəxsiyyətini, zərərçəkmiş şəxsin onunla barışmamasını, ziyanın ödənilməməsini, nəzərə alaraq hesab edir ki, ona AR İXM-nın 227-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsin əvvəli Şəxs inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2023-ci il tarixdən saat 22:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3, 114-115ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək barəsində 1 (bir) ay müddətində inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən saat 22:30-dan hesablansın. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar