Məhkəmə qərarları › İş №3(009)-1536/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1536/2023

04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1536/2023 04.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi X3 oğlunun katibliyi ilə xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Səbail rayonu, V.Məmmədov küçəsi, ev 11, mənzil 2-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Səbail rayon Polis İdarəsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsindən daxil olmuş MN № ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə günorta saatlarında İçəri Şəhərdə yerləşən Qoruğun qarşısında nalayiq ifadələr işlədərək, səs-küy salmış, ictimai qaydanı pozaraq polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs AR İXM-nın 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş şəxs Şəxs özünü inzibati xəta törətməkdə təqsirli bilməyərək, göstərmişdir ki, o söyüş söyməmiş, nalayiq ifadələr işlətməmiş və polisə tabesizlik göstərməmişdir. Bakı şəhəri Səbail RPİ-nin PPXB-nın polis nəfəri X1 ifadəsində göstərmişdir ki, ərazidə xidmət apararkən ona məlumat daxil olmuşdur ki, bir nəfər şəxs İçəri şəhər Qoruğunun qarşısında nalayiq ifadələr işlədir, ictimai qaydanı pozur. O, həmin əraziyə yaxınlaşıb həmin şəxsi Polis bölməsinə dəvət etdikdə o, bundan imtina etmiş, tabesizlik göstərmiş, qeyri-etik ifadələr işlətmişdir. O, polis əməkdaşı İ.Babayev ilə birlikdə həmin şəxsi 9-cu Polis bölməsinə gətirmişdir. Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili X2 ifadəsində göstərmişdir ki, PPXB-nın əməkdaşı bir nəfər şəxsin İçəri şəhər Qoruğunun qarşısında nalayiq ifadələr işlədib, ictimai qaydanı pozmasını və tabesizlik göstərməsini bildirmiş, o, həmin əraziyə yaxınlaşanda həmin şəxs ictimai qaydanı pozmağa davam etmiş, nalayiq ifadələr işlətmiş onu Polis bölməsinə dəvət etdikdə o, bundan imtina etmiş, tabesizlik göstərmişdir. O, polis əməkdaşı H.Rəhimovla ilə birlikdə həmin şəxsi 9-cu Polis bölməsinə gətirmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatını, şahid ifadələrini dinləyib, inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs əməlində AR İXM-nın 510 və 535.1-ci maddələrinin tərkibi mövcuddur. Şəxs özünü təqsirli bilməməsi məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Beləliklə tərtib edilmiş protokolla, iş materialları ilə Şəxs tərəfindən inzibati xətaları törətməsi faktı tam sübuta yetirilir. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müzakirə edərkən məhkəmə aşağıdakı qənaətə gəlir. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 510 və 535.1-ci maddələrinin tərkibinin olmasını və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, göstərilən inzibati xətaların törədilməsində təqsirli bilinməlidir. Lakin məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda törətdiyi xətalardan birinə görə inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, AR İXM-nın 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə qanunun bu tələblərini nəzərə alaraq qeyd edir ki, Şəxs eyni vaxtda iki inzibati xəta törətdiyinə görə onun barəsində törədilmiş daha ciddi inzibati xətaya görə tənbeh tətdiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsindən göründüyü kimi həmin maddənin saknsiyasında fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsindən göründüyü kimi həmin maddənin saknsiyasında fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 510 və 535.1-ci maddələrinin tərkibinin olmasını, yəni Şəxs polisin qanuni tələblərinə riayət etməyərək öz xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşının qanuni tələblərinə tabe olmamaqla, nalayiq ifadə işlədib xırda xuliqanlıq etməsini və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona maddəsnin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh verilməsini məqsədə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4, 114-115ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilisin və AR İXM-nın 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar