Məhkəmə qərarları › İş №3(009)-1539/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1539/2023

07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1539/2023 07.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X19 qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi X5, Kürdəmir Rayon Prokurorluğunun müstəntiqi X4 iştirakları ilə, Şəxs MMC-nin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Kürdəmir Rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Şəxs MMC (VÖEN **********) barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 21 iyul 2023-cü il tarixdə tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, hüquqi şəxs Şəxs MMC (VÖEN **********) - onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - qanuni təmsilçisi X14 (FİN: 0UD1HAX) MMC-nin onun xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7.2-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı halda həmin tələbi pozaraq, yəni, əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslər X17 təxminən 2020-ci il tarixdən 30 may 2023-cü il tarixədək, X10 2023-cü ilin aprel ayından 30 may 2023-cü tarixədək, X1 2019-cu ilin oktyabr ayından 30 may 2023-cü il tarixədək Şəxs MMC (VÖEN **********) tərəfindən Kürdəmir rayonu Mollakənd kəndində yerləşən balıqçılıq təsərrüfatında balıqların yetişdirilməsi işlərinin yerinə etirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş əmək qanunvericiliyini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xətasını törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Prokurorluğu Kürdəmir Rayon Prokurorluğunun müstəntiqi X6, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə uyğun olaraq cərimə növündə inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X11 adı çəkilən şəxslərin ümumiyyətlə həmin müəssisədə heç vaxt işləmədiklərini bildirərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Şəxs MMC-nin direktoru X12 məhkəməyə vermiş olduğu izahatında bildirmişdir ki, X15 həqiqətəndə Şəxs MMC-nin ərazisində olarkən iş vaxtı halı pisləşmişdir, X18 Şəxs MMC-də sınaq müddətində olmuşdur 2 aylıq müddətdə, X3 isə təqaüdə çıxdıqdan sonra Şəxs MMC-nə öz təcrübəsinə əsaslanıb məsləhətlər vermək üçün gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X18 izahatında bildirmişdir ki, o, özünə məxsus olan qoyunları Şəxs MMC-nin ətraf ərazisində güdməklə məşğuldur. O, Fəttah Seyidovdan göl qırağında qoyunların otarılması üçün icazə almışdır. 1 il olar axırıncı dəfə orada olduğu. Arifi oktyabr-noyabr aylarında tanımış, ölməyini isə sonradan başqa adamlardan eşitmişdir. Arif bostançı olmuş, qoyun otaranda tanış olmuşlar. Bundan əlavə məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, o, Şəxs MMC-də ümumiyyətlə əmək fəaliyyəti ilə məşğul olmamış və sınaq müddəti müəyyən olunmamışdır onun barəsində. Xəstəxanaya Arifi kimin aparmasından məlumatı yoxdur, o, oraya getməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahatında bildirmişdir ki, o, əvvəllər Şəxs MMC-də əmək fəaliyyəti ilə məşğul olmuş, 2022-ci ilin sentyabr ayından təqaüdə çıxdığını bildirmişdir. O, Arif Əliyevi həmin müəssisədən tanımışdır. Arif Əliyev həmin müəssisədə bostanda işləmişdir. Arif Əliyevin nəqədər maaş alması barədə onun məlumatı olmamışdır. O, Əli-Bayramlıdan gəlib həmin müəssisədə Fəttah Seyidov tərəfindən ona ayrılmış otaqda yaşamışdır. Bundan əlavə məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, o, 2022-ci ilin sentyabr ayından sonra, yəni təqaüdə çıxdıqdan sonra Şəxs MMC-yə öz təcrübəsinə əsaslnıb məsləhətlər verməkçün getməmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, cinayət işinin başlanılmasının rədd edilməsi bardə qərarda qeyd edilmişdir ki, Şəxs MMC-nin (VÖEN **********) qanuni təmsilçisi X16 tərəfindən əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslər X17 təxminən 2020-ci il tarixdən 30 may 2023-cü il tarixədək, X10 2023-cü ilin aprel ayından 30 may 2023-cü il tarixədək, X1 2019-cu ilin oktyabr ayından 30 may 2023-cü il tarixədək Şəxs MMC (VÖEN **********) tərəfindən Kürdəmir rayonu Mollakənd kəndində yerləşən ballqçılıq təsərrüfatında balıqların yetişdirilməsi işlərinin yerinə yetirilməsinə cəlb etməsi müəyyən edildiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilməlidir. X2 izahatından görünür ki, təxminən 5-6 ildir ki, Kürdəmir rayonu Mollakənd kəndində yerləşən balıqçılıq təsərrüfatında işləyərək balıqlara qulluq etmişdir. 2023-cü ilin mart ayında təqüdə çıxmış, hazırda 280 manat pensiya almaqdadır. Həmçinin hazırda həmin təsərrüfatda işçi çatışmalığı olduğundan balıqçılıq təsərrüfatının müdiri Fəttah Seyidovun xahişi ilə işçi tapılana qədər təsərrüfatda qalaraq işçilərə nəzarət edir və aylıq 350 manat əmək haqqı almaqdadır. Aldığı 350 manat əmək haqqını Fəttah Seyidovdan əlbəəl almışdır. Belə ki, Fəttah Seyidov hər ayın sonunda təsərrüfata gələrək bütün işçilərin əmək haqqını əlbəəl ödəmişdir. X17 təxminən 2-3 ildir ki, Kürdəmir rayon Mollakənd kəndində yerləşən balıqçılıq təsərrüfatında işlədiyi müddətdə tanımışdır. Belə ki, Arif Əliyev təsərrüfatın ərazisində ona verilmiş evdə yaşamış, bostan əkərək qarpızyemiş yetişdirmişdir. Arif Əliyev əvvəllər 240 manat, sonralar isə 350 manat aylıq əmək haqqı almışdır. Bildiyi qədəri ilə Arif Əliyevlə işlədiyi müddət ərzində əmək müqaviləsi bağlanılmamışdır. X7 izahatından görünür ki, təxminən 2014-cü ildən Kürdəmir rayonu Mollakənd kəndində yerləşən balıqçılıq təsərrüfatında traktorçu işləyərək aylıq 350 manat əmək haqqı alır. İşlədiyi müddətdə onunla əmək müqaviləsinin bağlanılıb-bağlanılmamasından məlumatı olmamışdır. Aldığı 350 manat əmək haqqını Fəttah Seyidovdan əlbəəl almışdır. Belə ki, Fəttah Seyidov hər ayın sonunda təsərrüfata gələrək bütün işçilərin əmək haqqını əlbəəl ödəmişdir. X8 izahatından görünür ki, təxminən 6-7 ildir ki, Kürdəmir rayonu Mollakənd kəndində yerləşən balıqçılıq təsərrüfatında işləyərək balıqlara qulluq etmişdir. xx.xx.2023cü il tarixdən havaların isti olmasına görə təsərrüfatdakı işindən ayrılmışdır. İşlədiyi müddətdə onunla əmək müqaviləsi bağlanmışdır. Aldığı 350 manat əmək haqqını Fəttah Seyidovdan əlbəəl almışdır. Belə ki, Fəttah Seyidov hər ayın sonunda təsərrüfata gələrək bütün işçilərin əmək haqqını əlbəəl ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir (5-ci hissə); əmək müqaviləsi bildirişi isə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir 5-1-ci hissə); - 7-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; - 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, inzibati işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X17 təxminən 2020-ci il tarixdən 30 may 2023-cü il tarixədək, X10 2023-cü ilin aprel ayından 30 may 2023-cü tarixədək, X1 2019-cu ilin oktyabr ayından 30 may 2023-cü il tarixədək Şəxs MMC (VÖEN **********) tərəfindən Kürdəmir rayonu Mollakənd kəndində yerləşən balıqçılıq təsərrüfatında balıqların yetişdirilməsi işlərinin yerinə etirilməsinə cəlb edilmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə cərimə növündə inzibati tənbeh təyin edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114.1.1, 115.1, 117, 128130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20.000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apllyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar