Məhkəmə qərarları › İş №3(009)-1540/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1540/2023

31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1540/2023 31.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X4 qızının katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X3 və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbacan Respublikası Daxili İşlər Nazirliyinin Yasamal Rayon Dövlət Yol Polisi Şöbəsinin TP ******* saylı, 29 iyul 2023-cü il tarixli qərarından X2 şikayətinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbacan Respublikası Daxili İşlər Nazirliyinin Yasamal Rayon Dövlət Yol Polisi Şöbəsinin TP ******* saylı, 29 iyul 2023-cü il tarixli qərarından X2 şikayəti məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən iştirak edən X3 və onun nümayəndəsi Nümayəndə Azərbacan Respublikası Daxili İşlər Nazirliyinin Yasamal Rayon Dövlət Yol Polisi Şöbəsinin TP ******* saylı, 29 iyul 2023-cü il tarixli qərarından verdiyi şikayətin onlara geri qaytarılmasını xahiş etdilər. Məhkəmə hesab edir ki, Azərbacan Respublikası Daxili İşlər Nazirliyinin Yasamal Rayon Dövlət Yol Polisi Şöbəsinin TP ******* saylı, 29 iyul 2023-cü il tarixli qərarından X2 şikayəti ona geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə, X3 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 109-cu, 130.1 və 130.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbacan Respublikası Daxili İşlər Nazirliyinin Yasamal Rayon Dövlət Yol Polisi Şöbəsinin TP ******* saylı, 29 iyul 2023-cü il tarixli qərarından X2 şikayəti ona geri qaytarılsın. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar