Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1542/2022 05.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs BM-nin nümayəndəsi və vəkili X1 iştirakları ilə, Şəxs BM-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs BM-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 15 sentyabr 2022-ci il tarixli, 00100-1980/22 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan Şəxs BM-nin nümayəndəsi və vəkili X3 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, inzibati xəta haqqında protokolda Şəxs BM tərəfindən **********2917 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanca götürülmüş mallar üzrə müvəqqəti saxlanc müddəti başa çatdıqdan sonra malların digər gömrük prosedurunda rəsmiləşdirilməsi üçün gömrük orqanına müvafiq bəyannamənin təqdim edildiyi, nəticədə müvəqqəti saxlanc qaydalarının pozulduğu qeyd edilsə də, xx.xx.2022-ci il tarixli raportda araşdırma üzrə Şəxs BM tərəfindən Bakı Baş Gömrük İdarəsində **********2917 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanca götürülmüş mallara dair müvəqqəti saxlanc müddəti başa çatanadək gömrük orqanına malların digər gömrük prosedurunda rəsmiləşdirilməsi üçün müvafiq bəyannamənin təqdim edildiyi, lakin **********7114 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanca götürülmüş mallar üzrə müvəqqəti saxlanc müddəti başa çatdıqdan sonra müvafiq bəyannamənin verildiyi müəyyən edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, 15 sentyabr 2022-ci il tarixli, 00100-1980/22 saylı inzibati xəta haqqında protokola əsasən Şəxs BM tərəfindən **********2917 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanca götürülmüş mallar üzrə müvəqqəti saxlanc müddəti başa çatdıqdan sonra malların digər gömrük prosedurunda rəsmiləşdirilməsi üçün gömrük orqanına müvafiq bəyannamənin təqdim edildiyi, nəticədə müvəqqəti saxlanc qaydalarının poulduğu müəyyən edilmiş və nəticədə Şəxs BM tərəfindən İXM 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Əməliyyat və Təhqiqat İdarəsinn rəis müavini Turan Hümbətovun xx.xx.2022-ci il tarixli raportuna əsasən araşdırma zamanı 34/026/019484 nömrəli xx.xx.2022-ci il tarixli raportda qeyd olunan bəyannamə üzrə müvəqqəti saxlanc qaydalarının pozulub-pozulmadığını müəyyən etməkdən ötrü Gömrük Məcəlləsinin 152.6-cı maddəsinin tələbləri nəzərə alınmaqla Şəxs BM-in etibarnamə ilə nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X2 izahatında qeyd etdiyi bəyannaməyə baxış keçirilmişdir. Belə ki, Gömrük Məcəlləsinin 152.6-cı maddəsinə əsasən gömrük bəyannaməsinin gömrük orqanları tərəfindən təsdiqi tarixi malların bəyan edildiyi gömrük prosedurunun tətbiq olunduğu tarix hesab olunur. Nəticədə, araşdırma üzrə Şəxs BM tərəfindən Bakı Baş Gömrük İdarəsində **********2917 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanca götürülmüş mallara dair müvəqqəti saxlanc müddəti başa çatanadək gömrük orqanına malların digər gömrük prosedurunda rəsmiləşdirilməsi üçün müvafiq bəyannamənin təqdim edildiyi, lakin **********7114 sorğu nömrəli xx.xx.2022-ci il tarixli Gömrük bəyannaməsi ilə müvəqqəti saxlanca götürülmüş mallar üzrə müvəqqəti saxlanc müddəti başa çatdıqdan sonra müvafiq bəyannamənin verildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2 və 100.3-cü maddələrinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. İş materiallarından görünür ki, inzibati xəta haqqında protokol tərtib edilən zaman qanunun qeyd edilən tələblərinə riayət edilməmişdir. Belə ki, 15 sentyabr 2022-ci il tarixli, 00100-1980/22 saylı inzibati xəta haqqında protokol tərtib edilərkən Şəxs BM tərəfindən **********2917 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanca götürülmüş mallar üzrə müvəqqəti saxlanc müddəti başa çatdıqdan sonra malların digər gömrük prosedurunda rəsmiləşdirilməsi üçün gömrük orqanına müvafiq bəyannamənin təqdim edildiyi, nəticədə müvəqqəti saxlanc qaydalarının pozulduğu göstərilsə də, iş materiallarına əlavə edilmiş Əməliyyat və Təhqiqat İdarəsinn rəis müavini Turan Hümbətovun xx.xx.2022-ci il tarixli raportunda **********2917 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanca götürülmüş mallara dair müvəqqəti saxlanc müddəti başa çatanadək gömrük orqanına malların digər gömrük prosedurunda rəsmiləşdirilməsi üçün müvafiq bəyannamənin təqdim edildiyi, lakin **********7114 sorğu nömrəli xx.xx.2022-ci il tarixli Gömrük bəyannaməsi ilə müvəqqəti saxlanca götürülmüş mallar üzrə müvəqqəti saxlanc müddəti başa çatdıqdan sonra müvafiq bəyannamənin verildiyi müəyyən edildiyi qeyd edilmişdir. Göründüyü kimi 15 sentyabr 2022-ci il tarixli, 00100-1980/22 saylı nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs BM-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 15 sentyabr 2022-ci il tarixli, 00100- 1980/22 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs BM-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 15 sentyabr 2022-ci il tarixli, 00100-1980/22 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1542/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1542/2022
05.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver