Məhkəmə qərarları › İş №3(009)-1543/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1543/2023

08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1543/2023 08.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru Eldar Hüseynlinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Eldar Hüseynli tərəfindən tərtib edilmiş 08 avqust 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru Eldar Hüseynli bildirmişdir ki, Səbail rayon məhkəməsinin 2(009)-2761/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə cavabdeh Şəxs 1 ədəd (yeni) pivə aparatı və ya dəyəri 1200 manat, 2 ədəd 50 litrlik boçka və ya hər birinin dəyəri 100 manat, 1 ədəd qaz balonu və ya dəyəri 100 manat, 1 ədəd reduktor və ya dəyəri 120 manat, 1 ədəd pistolet və ya dəyəri 120 manat, 1 ədəd krant və ya dəyəri 120 manat, 40 ədəd bakal və ya hər birinin dəyəri 4 manat alınaraq iddiaçı X3 verilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. Borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə bir sıra sorğular edilmiş, lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borcluya icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə dəfələrlə xəbərdarlıq edilmiş və şöbəyə dəvət olunmuşdur. Şəxs xx.xx.2022-ci il tarixdə şöbəyə gəlmiş, ondan izahatı alınmışdır. İzahatında imkanının olmadığını, işləmədiyini əsas gətirərək bu səbəbdən borcunu ödəyə bilmədiyini bir ay ərzində borcunu ödəyəcəyini qeyd etmişdir. Lakin sonrakı dövrdə borclu Şəxs borcunu ödəməkdən yayınmışdır. İcra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclunun icra sənədində göstərilən ünvan 2 ünvanına tərəfimizdən baxış keçirilmiş, lakin borclu Şəxs sözügedən ünvanda tapmaq mümkün olmamışdır və bu barədə xx.xx.2022-ci il tarixli akt tərdib edilmişdir. Borclu Şəxs yaşadığı yerin müəyyən edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilərək icra edilməsi üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə Şəxs gətirilərək Səbail rayon İcra şöbəsinə təhvil verilmişdir. Borclu barəsində xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Səbail rayon məhkəməsinə təqdim edilmişdir. Nəticədə borclu Şəxs tərəfindən borc məbləğindən tələbkarın xeyrinə 250 manat ödənilmiş və borclu barəsində tərtib olunmuş protokol xitam olunmuşdur. Borclu Şəxs xx.xx.2022-ci il tarixində yenidən şöbəyə dəvət edilmiş və ondan izahatı alınmışdır. Sonuncu izahatında maddi vəziyyətinin çətin olduğunu, mütəmadi olaraq aliment ödədiyini bildirmiş və icra sənədində qeyd olunan əşyaları tələbkara qaytaracağını qeyd etmişdir. Məlumat üçün bildiririk ki, tələbkar X5 borclu barəsində tərtib olunmuş protokolun xx.xx.2022-ci il tarixli xitam qərarından apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən şöbəyə ünvanlanmış 3(103)-3018/2022 saylı, xx.xx.2022-ci il tarixli bildirişdə tələbkar X5 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışının xx.xx.2022-ci il tarixə, saat 14:50-yə təyin edildiyi qeyd olunmuşdur. Lakin həmin tarixdə hakim prosesdə iştirak edə bilmədiyindən məhkəmə prosesi təxirə salınaraq xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Tərəfndən xx.xx.2022-ci il tarixdə hakim X1 ilə telefon vasitəsilə əlaqə saxlanılmışdır. Katib, hakim X2 Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Ali Məhkəməyə təyinat aldığını, işləri təhvil verdiklərini qeyd etmiş və sözügedən icra sənədi üzrə prosesə növbəti dəfə hansı hakim tərəfindən baxılacağı barədə məlumatının olmadığını bildirmişdir. Məlumat üçün bildiririk ki, icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclunun qeydiyyatda olduğu ünvan 2 ünvanına tərəfimizdən baxış keçirilmiş, lakin borclu Şəxs sözügedən ünvanda yaşamadığı müəyyən edilərək bu barədə müvafiq akt tərtib olunmuşdur. Borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından onun barəsində xx.xx.2023-cü il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilərək icra olunması üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Səbail rayon Polis əməkdaşları tərəfindən borclu Şəxs xx.xx.2023-cü il tarixdə saxlanılaraq Səbail rayon İcra şöbəsinə təhvil verilmişdir. Borclu şöbədə olarkən ondan izahatı alınmış izahatında maddi imkanının olmadığını bildirmiş və hər ay 50-100 manat ödəniş edə bilcəyini izahatında qeyd etmişdir. Borclunun bugünə 2020 manat borcu var. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Nəticədə borclu Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, imkanı olmadığı üçün ödəyə bilmədiyini, hər ay ödəniş edəcəyini bildirmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə borcundan 200 manat ödəniş etdiyini bildirərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Səbail rayon məhkəməsinin 2(009)-2761/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 1 ədəd (yeni) pivə aparatı və ya dəyəri 1200 manat, 2 ədəd 50 litrlik boçka və ya hər birinin dəyəri 100 manat, 1 ədəd qaz balonu və ya dəyəri 100 manat, 1 ədəd reduktor və ya dəyəri 120 manat, 1 ədəd pistolet və ya dəyəri 120 manat, 1 ədəd krant və ya dəyəri 120 manat, 40 ədəd bakal və ya hər birinin dəyəri 4 manat alınaraq iddiaçı X3 verilməlidir. İş materiallarında olan aktdan görünür ki, borclu Şəxs Səbail rayon məhkəməsinin 2(009)-2761/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı borcundan 08 avqust 2023-cü il tarixdə 200 (iki yüz) manat icra məmuruna ödəniş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə İXM-nin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulduğunu, xx.xx.2023-cü il tarixdə Şəxs borcundan 200 (iki yüz) manat ödəniş etməsini nəzərə alaraq, Şəxs izahatında göstərdiyi dəlillərini ağlabatan hesab edir və belə qənaətə gəlir ki, məhkəmə araşdırması zamanı borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsin əəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar