Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1545/2022 18.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Şəxs nümayəndəsi X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən Şəxs (VÖEN **********) barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-1979/22 saylı, 15 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Niderlanddan ZJ058JZ/QQ6110 nömrəli yük nəqliyyat vasitəsində idxal edilmiş və Bakı Bas Gömrük İdarəsində **********5145 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda bəyan edilərək 4 av müddətinə müvəqqəti saxlanca götürülmüş yüklərik müvəqqəti saxlanc müddəti basa çatsa da, qeyd olunan malların digər gömrük proseduru altında rəsmiləşdirilməsi üçün gömrük orqanına müraciət olunmadığı barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə 34/026/019486 nömrəli xx.xx.2022-ciil tarixli raport daxil olmuşdur. Qeyd olunan məsələ ilə əlaqədar Şəxs BM-in etibarnamə ilə nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınmış, o, Şəxs BM tərəfindən yuxarıda göstərilən bəyannamə üzrə müvəqqəti saxlanca götürülmüş yüklərin Niderlandın “Mammoet Europe B.V” şirkəti ilə Şəxs BM arasında bağlanılmış AZF- ACE- SUB-051 saylı müqavilə üzrə “müvəqqəti idxal” xüsusi gömrük prosedurunda rəsmiləşdirilmək üçün Azərbaycan Respublikasına gətirildiyini, belə ki, qeyd olunan mallar “azadolma” sertifikatı əsasında gətirildiyinə görə Dövlət Gömrük Komitəsinə malların siyahısının təqdim olunması, daha sonra siyahı təsdiq edildiyi təqdirdə qeyd olunan malların “müvəqqəti idxal” xüsusi gömrük prosedurunda rəsmiləşdirilməsi üçün müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda bəyan edildiyini, qeyd olunan malların Şəxs BM-in Bakı səhəri. Səbail ravonu, Bayıl qəsəbəsi, Cənub Körpüsü 3 ünvanında yerləşən anbarında olduğunu, mallar müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirildiyinə görə gömrük nəzarəti altında olduğu üçün toxunulmaz şəraitdə saxlanıldığını, eyni zamanda qeyd edilən gömrük bəyannamələri üzrə malların müvəqqəti saxlanc müddəti basa çatanadək qeyd olunan malların “müvəqqəti idxal” xüsusi gömrük prosedurunda rəsmiləşdirilməsi üçün gömrük orqanına müvafiq bəyannamənin təqdim edildiyini, belə ki, Gömrük Məcəlləsinini 152.6-cı maddəsinə əsasən gömrük bəyannaməsinin gömrük orqanları tərəfindən təsdiqi tarixi malların bəyan edildiyi gömrük prosedurunun tətbiq olunduğu tarix hesab olunduğu üçün qeyd olunan bəyannamələr üzrə müvəqqəti saxlanc müddəti basa çatanadək malların “müvəqqəti idxal” xüsusi gömrük prosedurunda rəsmiləşdirilməsi ücün gömrük orqanına **********7374 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə “müvəqqəti idxal” xüsusi gömrük prosedurunda rəsmiləşdirilməsi ücün bəvan olunduğunu bildirmişdir. Araşdırma zamam 34/026/019486 nömrəli xx.xx.2022-ci il tarixli raportda qevd olunan bəyannamə üzrə müvəqqəti saxlanc qaydalarının pozulub-pozulmadığını müəyyən etməkdən ötrü Gömrük Məcəlləsinin 152.6-cı maddəsinin tələbləri nəzərə alınmaqla “AZFEN" BM-in etibarnamə ilə nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X1 izahatında qevd etdiyi bəyannaməyə baxış keçirilmişdir. Belə ki, Gömrük Məcəlləsinin 152.6-cı maddəsinə əsasən gömrük bəyannaməsinin gömrük orqanları tərəfindən təsdiqi tarixi malların bəvan edildiyi gömrük prosedurunun tətbiq olunduğu tarix hesab olunur. Nəticədə, araşdırma üzrə Şəxs BM tərəfindən Bakı Bas Gömrük İdarəsində **********5145 sorğu nömrəli xx.xx.2022- ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanca götürülmüş mallara dair müvəqqəti saxlanc müddəti başa çatanadək gömrük orqanına malların digər gömrük prosedurunda rəsmiləşdirilməsi üçün müvafiq bəyannamənin təqdim edildiyi, lakin **********7374 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanca götürülmüş mallar üzrə müvəqqəti saxlanc müddəti başa çatdıqdan sonra müvafiq bəyannamənin verildiyi müəvvən edilmişdir. Həmçinin, xx.xx.2022-ci il tarixdə **********5145 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş yüklərə Bakı səhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Cənub Körpüsü 3 ünvanında tərəflərindən baxış keçirilmiş, baxış zamanı sözügedən malların bütövlükdə və toxunulmaz şəraitdə saxlanıldığı müəvvən edilmiş, bu barədə fotoşəkillər əlavə olunmaqla akt tərtib edilmişdir. Beləliklə, araşdırma zamanı Şəxs BM tərəfindən **********5145 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanca götürülmüş mallar üzrə müvəqqəti saxlanc müddəti başa çatdıqdan sonra malların digər gömrük prosedurunda rəsmiləşdirilməsi üçün gömrük orqanına müvafiq bəyannamənin təqdim edildiyi, nəticədə müvəqqəti saxlanc qaydalarının pozulduğu müəvvən edilmişdir. Nəticədə Şəxs BM tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən və protokola yazılı etiraz verən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs nümayəndəsi X3 bildirdi ki, Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs BM barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində müəyyən olunmuş malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulması əsası ilə 00100-1979/22 saylı protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs BM tərəfindən **********5145 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında bəyan edilərək 4 ay müddətinə müvəqqəti saxlanca götürülmüş yüklərin müvəqqəti saxlanc müddəti başa çatsa da, qeyd olunan malların digər gömrük proseduru altında rəsmiləşdirilməsi üçün vaxtında gömrük orqanına müraciət olunmamışdır. Beləliklə də, müəssisə tərəfindən İXM-nin 496.1-ci maddəsinin tələbləri pozulmuşdur. Bununla əlaqədar olaraq bildirir ki, **********5145 sorğu nömrəli gömrük bəyannaməsindən məlum olur ki, mallar xx.xx.2022-ci il tarixdə gömrük orqanı tərəfindən buraxılmış və bundan sonra Şəxs BM-nə məxsus anbarda saxlanca verilmiş, saxlanc müddəti ərzində istifadəsiz və toxunulmaz olmuşdur, qeyd olunan hallar xx.xx.2022-ci il tarixli 00100-1979/22 saylı protokolda da öz əksini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən müvəqqəti saxlanc bu Qaydalara uyğun olaraq müvəqqəti saxlanc anbarında həyata keçirilir. Göstərilənlərə əsasən **********5145 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən bəyan edilən mallar xx.xx.2022-ci il tarixindən müvəqqəti saxlanca götürülmüşdür, çünki həmin tarixə qədər malları gömrük orqanı özündə saxlamış və qanunvericiliyin tələblərinə əsasən müvəqqəti saxlanc üçün müvəqqəti saxlanc anbarına verməmişdir. Daha sonra isə 4 aylıq müvəqqəti saxlanc müddəti başa çatmamış, yəni xx.xx.2022-ci il tarixində Şəxs BM gömrük orqanına **********7374 sorğu nömrəli gömrük bəyannaməsini təqdim edərək malların “müvəqqəti idxal” xüsusi gömrük proseduru altında rəsmiləşdirilməsini bəyan etmişdir. Həmçinin iş materiallarında olan və gömrük orqanı tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan da məlum olur ki, qeyd olunan müddət ərzində həmin mallar Şəxs BM-nə məxsus anbarda saxlancda saxlanılmış və saxlanc müddəti ərzində istifadəsiz və toxunulmaz olmuşdur. Göstərilənlərdən məlum olur ki, malların müvəqqəti saxlancda saxlanılması müddəti Şəxs BM tərəfindən pozulmamışdır. Belə olan halda Şəxs BM-nin hərəkətlərində inzibati xəta tərkibi yaranmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Sahil” gömrük postunun rəis müavini tərəfindən tərtib edilmiş raportdan görünür ki, "xxxx" BM tərəfindən **********5145 sorğu nömrəli GB ilə müvəqqəti saxlanc prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti bitmiş, lakin yük sahibi tərəfindən bu yüklərin digər gömrük proseduru altında rəsmiləşdirilməsi başa çatdırılmamışdır. Gömrük bəyannaməsindən və Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, **********5145 nömrəli Gömrük bəyannaməsi xx.xx.2022-ci il tarixdə rəsmiləşdirmək üçün göndərilmiş, xx.xx.2022-ci il tarixdə təsdiq olunmuş, mallar xx.xx.2022-ci il tarixdə buraxılmışdır. xx.xx.2022-ci il tarixində yeni sorğu nömrəli gömrük bəyannaməsi ilə malların “müvəqqəti idxal” xüsusi gömrük proseduru altında rəsmiləşdirilməsi bəyan edilmişdir. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, "xxxx" BM tərəfindən, **********5145 sorğu nömrəli GB ilə müvəqqəti saxlanca götürülmüş mallara Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəs, Cənub Körpüsü 3 ünvanında baxış keçirilmiş, baxış zamanı sözügedən malların bütövlükdə və toxunulmaz şəraitdə saxlanıldığı müəyyən edilmişdir, bu barədə fotoşəkillər akta əlavə olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, işin faktiki hallarına və qanunvericiliyin müddəalarına əsasən inzibati xəta hadisəsi yoxdur. Belə ki, "xxxx" BM malların 4 aylıq müvəqqəti saxlanc müddəti başa çatmamış gömrük orqanına yeni sorğu nömrəli gömrük bəyannamələri təqdim edərək malların “müvəqqəti idxal” xüsusi gömrük proseduru altında rəsmiləşdirilməsini bəyan etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 124.1-ci maddəsinə əsasən Malların dərhal digər xüsusi gömrük proseduru altında və ya sərbəst zonada yerləşdirildiyi hallar istisna olmaqla, gömrük orqanlarına təqdim edilmiş xarici mallar bu Məcəllənin 178ci maddəsinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 152.6-cı maddəsinə əsasən Gömrük bəyannaməsinin gömrük orqanları tərəfindən təsdiqi tarixi malların bəyan edildiyi gömrük prosedurunun tətbiq olunduğu tarix hesab olunur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 179.1-ci maddəsinə əsasən malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində uzadır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 179.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən müvəqqəti saxlanc bu Qaydalara uyğun olaraq müvəqqəti saxlanc anbarında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində qeyd edilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin n 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Şəxsnə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53.0.2, 114-115, 128-130 və 496.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM AZƏR TAGİYEV Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi gəlmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs-nin nümayəndəsi X3 məhkəmə iclasının protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakının təmin olunması üçün təxirə salınmasını xahiş edirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.2.3-cü maddəsinə görə işdə iştirak edən şəxsin gəlməsi və ya əlavə sənədlərin tələb olunması, yaxud ekspertizanın təyin edilməsi vacib olduqda işə baxılmanın başqa vaxta keçirilməsi barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Məhkəmə iclası Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakının təmin olunması üçün 18 oktyabr 2022-ci il tarixə, saat 15:30-a təxirə salınsın. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1545/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1545/2022
18.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver