Məhkəmə qərarları › İş №3(009)-1545/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1545/2024

05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1545/2024 05.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, X1 “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, BNA ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlərə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, BNA ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və digər materialları araşdıraraq hesab edir ki, X1 şikayəti baxılması üçün aidiyyəti üzrə düzgün verilməmişdir. Belə ki, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, BNA ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, inzibati xəta hadisəsi Səbail rayonu, M.Əliyev küçəsi-R.Rza küçəsinin kəsişməsində törədilmişdir. Lakin, Səbail rayon icra hakimiyyətinin 04 iyul 2024-cü il tarixli məktubundan görünür ki, M.Əliyev küçəsi-R.Rza küçəsinin kəsişməsi Nəsimi rayonunun inzibati ərazisinə aiddir. Deməli, inziabti xəta hadisəsi Nəsimi rayon inzibati ərazisində baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarında müəyyən edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmçinin inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. İş materialları ilə müəyyən edilir ki, şikayətçi X2 ünvan 1 ünvanında qeydiyyatadır. Bununla belə, şikayətçi tərəfindən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxılması barədə vəsatət əlavə edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki işə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsində baxılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 106.0.1-ci maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmaması məsələlərini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106,110,112 və 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, BNA ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair verdiyi şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilsin. Hakim: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar