Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1547/2022 05.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 13 yanvar 2021-ci il tarixli 00100-0064/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Səbail Rayon Məhkəməsinin 3(009)- 197/2021 saylı xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli 3(009)-2253/2021, xx.xx.2022-ci il tarixli 3(009)-499/2022 saylı qərardadları ilə Bakı İnzibati Məhkəmənin icraatında olan 2- 1(112)-3695/2021 saylı işə baxılıb yekun məhkəmə aktı çıxarılanadək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə qaytarılmışdır. "xxxx" MMC gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına dair inzibati xəta haqqında iş materillarından göründüyü kimi hadisənin baş verməsinə səbəb malların gömrük orqanı tərəfindən kodlarının müəyyən edilməsi ilə əlaqədardır və ödənişdən yayınma faktının mövcud olub-olmaması faktı malların idxalatçı tərəfindən düzgün kod altında sinifləşdirilməməsi səbəbindən törədilmişdir. İş materiallarından göründüyü kimi gömrük orqanının malların sərbəst təsnifatlandırmaqla bağlı qərarı ilə bağlı idxalatçı və səlahiyyətli gömrük orqanı arasında inzibati mübahisə Bakı İnzibati Məhkəməsində mübahisələndirilmiş, Bakı İnzibati Məhkəmənin e-2-1(112)-581/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, gömrük rəsmiləşdirilməsi üçün ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Bakı İnzibati Məhkəmənin e-2-1(112)- 581/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından apellyasiya şikayəti verilmiş və qeyd edilən qərar qanuni qüvvəyə minməmişdir. Hazırki iş üzrə inzibati xəta hadisəsinin baş verib-verməməsi həmin gömrük ödənişlərinin ödənilməsi ilə bağlı ictimai münasibətlərin mövcudluğundan asılıdır. Yekun nəticəyə gəlmək üçün sözügedən qərar qanuni qüvvəyə minmədən işə baxılması mümkün deyildir. Ona görə də inzibati araşdırmanın təzələnərək sözügedən məhkəmə qərarı qanuni qüvvəsini alanadək dayandırılması məqsədəmüvafiqdir. Bakı İnzibati Məhkəmənsinin e-2-1(112)-581/2022 saylı işə dair yekun qərarı qanuni qüvvəsini almadığından protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1-ci maddəsinə əsasən protokol düzgün tərtib olunmadıqda inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, iş üzrə qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəyə minənədək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı İnzibati Məhkəmənin e-2-1(112)-581/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı qanuni qüvvəsini alanadək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1547/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1547/2022
05.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver