Məhkəmə qərarları › İş №3(009)-1548/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1548/2021

03.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1548/2021 03.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, Bakı şəhər Səbail RPİ-nin 39-cu PB-nin 18 fevral 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail RPİ-nin 39-cu PB-nin 18 fevral 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayət Səbail Rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə şikayət və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, şikayət baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, şikayət vermiş şəxs X2 vəsatətlə məhkəməyə müraciət edərək, işin yaşayış yeri üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X1 yaşayış ünvanı ünvan 1bati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə, məhkəmə vəsatəti iş materialları əsasında nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməli və X1 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon Polis idarəsi 39-cu PB tərəfindən tərtib edilmiş 18 fevral 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayət aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110, 112.4 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən verilmiş vəsatət təmin edilsin. Bakı şəhər Səbail RPİ-nin 39-cu PB-nin 18 fevral 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayət baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar