Məhkəmə qərarları › İş №3(009)-1549/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1549/2022

22.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1549/2022 22.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Səbail Rayon İcra Şöbəsinin böyük icra məmuru X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X7 iştirakları ilə, xx.xx.1985-ci ildə Krasnoselo rayonunda anadan olmuş, subay, ünvan 1 ünvanda qeydiyyatda olan X7 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Səbail rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayonu İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında 22 sentyabr 2022-ci il tarixli, MN seriyalı, № ******* saylı protokola və ona əlavə olunmuş materiallara əsasən, Səbail Rayon Məhkəməsinin 2(009)-1730/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X4 X1 yanında qalması müəyyən edilməlidir və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq X5 hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində aliment alınaraq X3 verilməlidir. İcra sənədi üzrə xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilrək tələbin könüllü icrası barədə bildirişlə birlikdə borcluya göndərilmişdir. Borclu icra sənədində göstərilən tələbi təmin etmədiyindən, onun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyəti təşkilatlara sorğu ilə müraciət edilmiş, lakin tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. İcra sənədi üzrə tələbkar 28.01,2022-ci il tarixli ərizə ilə müraciət edərək, borclunun 430 manat borcu olduğunu, borclunun inzibatı məsuliyyətə cəlb edilməsi ilə bağlı tədbirlər görülməsini xahiş etmişdir. Müxtəlif tarixlərdə borc məbləğinin ödənilməsi ilə bağlı rəsmi və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq, borclu yaranmış borcun ödənilməsini, eyni zamanda aylıq alimentlərin ödənilməsini təmin etməmişdir. Borclu icra sənədi üzrə yaranmış borcun ödənilməsini təmin etməmiş, icra məmrunun qanuni tələblərinə əməl etməyərək, çağırış üzrə gəlməkdən yayınmışdır. İcra məmurunun qanuni tələblərinə əməl etməyərək, çağırışlardan yayınmış borclu barəsində xx.xx.2022-ci il tarixli borclunun axtarılması barədə qərar qəbul edilərək icra edilməsi üçün Səbail RPİ-yə göndərilmişdir. Borclu xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən təhvil verildikdən sonra izahatında yaranmış borcu tam olaraq ödəyə bilmədiyini, qalıq borcun isə qısa zaman ərzində ödəyə biləcəyini bildirmişdir. Eyni zamanda, xx.xx.2022-ci il tarixinədək 200 manat ödəniş edərək icra şöbəsinə gəlməsi barədə iltizam imzalamışdır. Lakin borclu qeyd olunan məbləğin ödənilməsini təmin etməmiş, çağırış üzrə gəlməkdən yayınmışdır. Bundan sonr,a borclu barəsində xx.xx.2022-ci il tarixli borclunun axtarılması barədə qərar qəbul edilərək, icra edilməsi üçün Səbail RPİ-yə göndərilmiş, borclu barəsində axtarış işi açılmışdır. Borclu xx.xx.2022-ci il tarixli izahatında borc məbləğindən ödəniş edə bilməyəcəyini, vaxt veriləcəyi halda ayın sonunda öödəniş edə biləcəyini qeyd etmişdir. Hazırda icra sənədi üzrə 3230 manat aliment borcu mövcuddur. Nəticədə borclu X10 AR inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu səbəbdən borclu barəsində qanuna uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında Səbail Rayon İcra Şöbəsinin böyük icra məmuru X6 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiq etdi, protokolu müdafiə edərək, borclu X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə müvafiq olaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 məhkəmə iclasında özünü təqsirli bilərək verdiyi izahatında borcu ödəməkdən imtina etmədiyini, əvvəl ödəniş etdiyini, ancaq sonra əmək qabiliyyətinin yararsız olduğu üçün borcu ödəyə bilmədiyini bildirmişdir. O yeni işə başladığını və hal-hazırda borcundan 200 manat ödəyəcəyini söyləmişdir. Bunları nəzərə alaraq, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallaında olan qəbzdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 xx.xx.2022-ci il tarixdə tələbkara təqdim etmək üçün 200 manat məbləğində aliment borcundan ödəmişdir. Beləliklə, işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, X7 hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs X7 əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs X7 əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-112, 114-115, 117, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar