Məhkəmə qərarları › İş №3(009)-1550/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1550/2020

14.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1550/2020 14.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi ilə, Səbail RPİ-nin 9-cu PB-nin sahə rəisi polis mayoru Rahib Zeynalovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 yat./N 25 ünvanında qeydiyyatda olan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinintələblərinin pozulması ilə əlaqədar Bakı şəhəri Səbail rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Prezident Administrasiyasının qarşısında Dövlət əleyhinə təhqir edici sözlər istifadə edərkən polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 190 manat müavinət ala bilmədiyi üçün dəfələrlə nazirliklərə müraciət etmişdir. Sonda isə verilmədiyi üçün dostu ilə Prezident Administrasiyasına getmişdirlər ki, qəbul etsinlər. Lakin orda bildirmişdirlər ki, pandemiya ilə əlaqədar vətəndaş qəbul olunmur. Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşları onlara telefon ilə əlaqə saxlamaqlarını bildirmişlər. Telefonla danışan zaman isə, 4-5 nəfər PPX əməkdaşı üstünə gedərək zorla maşına mindirmişlər. Prezident Administrasiyasında olan zaman telefonla çəkiliş aparmamışdır. Sadəcə əməkdaşlar onun üstünə getdikləri üçün səs yazma aparmışdır. Səsyazmanı isə əməkdaşlar zorla onu maşına mindirmək istədikləri zaman aparmışdır. Bölmədə isə ona yaxşı davranılmışdır. Ümumiyyətlə niyyəti dava etmək deyildi. Məhkəmə iclasında Səbail RPİ-nin Post Patrul xidməti bölüyü polis nəfərləri X2 və X1 bildirmişlər ki, Prezident Administrasiyasının qarşısında xidmətdə olarkən təqribən saat 10.30 radələrində XDMX-nın Xidməti əməkdaşları onlara bildiriblər ki, iki nəfər şəxs Aparatın qarşısına yaxınlaşıb səs-küy salaraq çəkiliş etmiş, 190 manat ala bilmədiyindən dövlət əleyhinə təhqiramiz sözlər işlətmişlər. Həmin vətəndaşlara yaxınlaşaraq onları sakitləşdirmək istədikdə adı bölmədə məlum olan Şəxs öz hərəkətlərinə davam edərək polisin qanuni tələblərinə tabe olmamışdır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta hadisəsi olduğundan inzibati xəta törətmiş şəxs Azərbaycan Respublikası İXM-nin535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmə Şəxs inzibati tənbeh kimi cərimə tədbirinin tətbiqini kifayət hesab etməyərək, onun barəsində inzibati tənbeh növü kimi inzibati həbs təyin edilməsi barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir və bu nəticəyə gələrkən inzibati xəta törətmiş şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs cəza təyin edərkən onun şəxsiyyəti, inzibati işin halları, inzibati xətanın xarakteri nəzərə alınmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 22, 40, 43, 48-51, 115.1.1, 117, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) sutka müddətinə inzibati həbs tənbeh növü tətbiq edilsin. Həbs etmənin müddəti Şəxs faktiki tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il saat 12.00-dan hesablansın. Qərardan 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar