Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1550/2022 22.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Səbail rayon İcra Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxsnun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş 22 sentyabr 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında 22 sentyabr 2022-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs Bakı şəhəri 9 saylı Notariat kontoronun 7E-30981 saylı, xx.xx.2017-ci il tarixli; 3 saylı Asan Xidmətinin 7E-67192 saylı, xx.xx.2017-ci il tarixli; Səbail Rayon Məhkəməsinin 2(009)-1091/2018 saylı, xx.xx.2018-ci il tarixli; 2(009)-1091/2019 saylı, xx.xx.2019-cu il tarixli; 2(009)-490/2019 saylı, xx.xx.2019-cu il tarixli; 2(009)-362/2019 saylı, xx.xx.2019-cu il tarixli; 2(009)-2255/2019 saylı, xx.xx.2019-cu il tarixli; 2(009)- 2608/2019 saylı, xx.xx.2019-cu il tarixli; 2(009)-1828/2011 saylı, xx.xx.2011-ci il tarixli işlərin icra sənədlərini icra etməmiş və nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri 9 saylı Notariat Kontorunun 7E-30981 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 2050 manat məbləğində pul vəsaiti tutularaq “X10 CO LTD” MMC-nin xeyrinə ödənilməlidir. 3 saylı Asan Xidmət Mərkəzinin 7E-67192 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 7000 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X6 xeyrinə ödənilməlidir. Səbail Rayon Məhkəməsinin 3(009)- 1091/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 manat məbləğində cərimə edilməlidir. Səbail Rayon Məhkəməsinin 2(009)-1091/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 4080 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" İKB ASC-nin xeyrinə ödənilməlidir. Səbail Rayon Məhkəməsinin 2(009)-490/2019 saylı, 29.01,2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 2768 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. Səbail Rayon Məhkəməsinin 2(009)-362/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 3000 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Səbail Rayon Məhkəməsinin 2(009)-2255/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 1350 (min üç yüz əlli) manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun və ümumilikdə cəmi 1380 (min üç yüz səksən) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X3 xeyrinə ödənilməlidir. Səbail Rayon Məhkəməsinin 2(009)-2608/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs X5 xeyrinə 5000 (beş min) manat pul tutulmalıdır. Səbail Rayon Məhkəməsinin 2(009)-1828/2011 saylı, xx.xx.2011 -ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 509 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədləri xx.xx.2017, xx.xx.2017, xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020-ci il tarixlərində icraata daxil olmuş, həmin tarixlərdə icraata başlamaq haqqında qərar qəbul olunaraq icra olunması üçün borcluya, məlumat üçün məhkəməyə və tələbkara göndərilmişdir. Borclu icra sənədlərinin icrasını təmin etmədiyindən, onun əmlak vəziyyəti ilə bağlı aidiyyəti qurumlara sorğular edilmiş, həmçinin “Elektron-İcra” informasiya sistemindən əldə olunmuş məlumata əsasən borclunun adına hər hansı daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Həmçinin borclu xx.xx.2018-ci il tarixdə şöbəyə dəvət olunmuş ona icra məmurunun qərar və bildirişi rəsmi qaydada təqdim edilmiş və borcludan icra sənədinin icrası ilə bağlı yazılı izahat alınmışdır. İş üzrə tələbkar X6 etibarnamə üzrə nümayəndəsi X8 xx.xx.2018-ci il tarixli ərizə ilə şöbəyə müraciət edərək qeyd olunan icra sənədi üzrə 7000 manat pul məbləğindən hissə-hissə 3000 manatın tələbkarın xeyrinə ödənildiyini qalın borcun 4000 manat təşkil etdiyini bildirmiş və qalıq pul vəsaitinin ödənilməsi ilə bağlı tədbirin görülməsini xahiş etmişdir. Borclu Şəxs ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimat xx.xx.2020-ci il tarixdə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Səbail Rayon Məhkəməsinin 8(009)- 138/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən Şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmış və qərardad icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə göndərilmişdir. Borclu Şəxs barəsində xx.xx.2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək Səbail rayon məhkəməsinə göndərilmiş və Səbail rayon məhkəməsinin 3(009)-668/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Şəxs 500 manat inzibati cərimə edilmişdir. Borcluya dəfələrlə icra sənədinin icrası ilə bağlı xəbərdarlıqlar göndərilmiş, icra sənədinin icrası təmin edilməmişdir. xx.xx.2021-ci il tarixdə Şəxs cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlıq olunmuşdur. Borcluya dəfələrlə icra sənədinin icrası ilə bağlı xəbərdarlıqlar göndərilmiş, icra sənədinin icrası təmin edilməmişdir. xx.xx.2022-ci il tarixdə borclu şöbəyə dəvət olunmuş və həmin tarixli izahatında borcu ödəyə bilmədiyini və növbəti aydan etibarən hissə-hissə ödəniş edəcəyini qeyd etmişdir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Göstərilənlərə əsasən Şəxsnun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, əvvəllər xırda biznes işləri ilə məşğul olmuşdur və bu borclar o işlərdən qalmışdır. Bir müddət borclarını ödəmiş, lakin daha sonra isə bu borcları ödəməyə imkanı olmamışdır. Onun himayəsində 3 azyaşlı uşağı olduğunu, borclarını ödəməkdən yayınmadığını və gələn aydan hər ay üçün 200 manat ödəyəcəyinə söz verdiyini nəzərə alaraq, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxsnun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-cimaddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, himayəsində 3 azyaşlı uşağının olmasını, onun əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №3(009)-1550/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1550/2022
22.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver