Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1552/2020 14.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi ilə, Bakı şəhər DYPİ Müşayiət-eskort bölüyü YPX baş inspektor, polis baş leytenantı X1, İnzibati xəta törədən şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin Dövlət X5 daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Səbail rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında xx xxxx 2020-ci il tarixli, İXP ******* №-li protokola və ona əlavə olunmuş materiallara əsasən xx.xx.2020-ci il tarixdə, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində “Nissan Sunny” markalı, **-RG-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 334.1-ci maddəsinin tərkibi yaranmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər DYPİ Müşayiət-eskort bölüyü YPX baş inspektor polis baş leytenantı X2 izahat verərək qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 08:25-də Səbail rayonu, Ü.Hacıbəyov küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində “Nissan Sunny” markalı, **-RG-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Şəxs spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən saxlanılmış sərxoşluq vəziyyətini müəyyən edilməsi üçün xüsusi texniki vasitədən istifadə edilərək içkili olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında izahat verərək peşman olduğunu və bir daha sürücülük vəsiqəsi olmadan və içkili avtomobil idarə etməyəcəyini söz vermişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və ona həmin maddənin sanksiyası həddində inzibati cərimə tənbeh növü tətbiq edilməsi qanunauyğundur. Belə ki, iş materiallarında olan “ACE-Z” markalı İN 642049 nömrəli “Sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitənin” qəbzindən görünür ki, Şəxs müayinə zamanı alkoqol sərxoşluğu aşkar olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcələlnin İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilib, ona inzibati cərimə tənbeh növü təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114.1.1, 115.1, 117, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-1552/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1552/2020
14.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver