Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1555/2022 07.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Şəxs nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 19 sentyabr 2022-ci il tarixli 00100-1987/22 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs BM-in adına Niderlanddan 38HL114/38HL451 nömrəli yük nəqliyyat vasitəsində idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində **********3627 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda bəyan edilərək 4 ay müddətinə saxlanca götürülmüş yüklərin müvəqqəti saxlanc müddəti başa çatsa da, qeyd olunan malların digər gömrük proseduru altında rəsmiləşdirilməsi üçün gömrük orqanına müraciət olunmadığı barədə Əməliyyat və Təhqiqat darəsinin Təhqiqat şöbəsinə 34/026/019938 nömrəli xx.xx.2022-ci il tarixli raport daxil olmuşdur. Araşdırma zamanı 34/026/019938 nömrəli xx.xx.2022-ci il tarixli raportda qeyd olunan bəyannamə üzrə müvəqqəti saxlanc qaydalarının pozulub-pozulmadığını müəyyən etməkdən ötrü Gömrük Məcəlləsinin 152.6-cı maddəsinin tələbləri nəzərə alınmaqla Şəxs BM-in etibarnamə ilə nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X1 izahatında qeyd etdiyi bəyannaməyə baxış keçirilmişdir. Belə ki, Gömrük Məcəlləsinin 152.6-cı maddəsinə əsasən gömrük bəyannaməsinin gömrük orqanları tərəfindən təsdiqi tarixi malların bəyan edildiyi gömrük prosedurunun tətbiq olunduğu tarix hesab olunur. Nəticədə, araşdırma üzrə Şəxs BM tərəfindən Bakı Baş Gömrük idarəsində **********3627 sorğu nömrəli xx.xx.2022- ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanca götürülmüş mallara dair müvəqqəti saxlanc müddəti basa çatanadək gömrük orqanına malların digər gömrük prosedurunda rəsmiləşdirilməsi üçün müvafiq bəyannamənin təqdim edildiyi, lakin **********9547 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanca götürülmüş mallar üzrə müvəqqəti saxlanc müddəti başa çatdıqdan sonra müvafiq bəyannamənin verildiyi müəyyən edilmişdir. Həmçinin, xx.xx.2022-ci il tarixdə **********3627 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş yüklərə Bakı səhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Cənub Körpüsü 3 ünvanında baxış keçirilmiş, baxış zamanı sözügedən malların bütövlükdə və toxunulmaz şəraitdə saxlanıldığı müəyyən edilmiş, bu barədə fotoşəkillər əlavə olunmaqla akt tərtib edilmişdir. Beləliklə, araşdırma zamanı Şəxs BM tərəfindən **********3627 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanca götürülmüş mallar üzrə müvəqqəti saxlanc müddəti başa çatdıqdan sonra malların digər gömrük prosedurunda rəsmiləşdirilməsi üçün gömrük orqanına müvafiq bəyannamənin təqdim edildiyi, nəticədə müvəqqəti saxlanc qaydalarının pozulduğu müəyyən edilmişdir. Nəticədə Şəxs BM tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs nümayəndəsi və vəkili Nümayəndə2 bildirdi ki, **********3627 sorğu nömrəli gömrük bəyannaməsindən məlum olur ki, mallar xx.xx.2022-ci il tarixdə gömrük orqanı tərəfindən buraxılmış və bundan sonra Şəxs BM-nə məxsus anbarda saxlanca verilmiş, saxlanc müddəti ərzində istifadəsiz və toxunulmaz olmuşdur (qeyd olunan hallar xx.xx.2022-ci il tarixli 00100-1987/22 saylı protokolda da öz əksini tapmışdır). Daha sonra isə 4 aylıq müvəqqəti saxlanc müddəti başa çatmamış, yəni xx.xx.2022-ci il tarixində Şəxs BM gömrük orqanına **********9547 sorğu nömrəli gömrük bəyannaməsini təqdim edərək malların “müvəqqəti idxal” xüsusi gömrük proseduru altında rəsmiləşdirilməsini bəyan etmişdir. Həmçinin iş materiallarında olan və gömrük orqanı tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan da məlum olur ki, qeyd olunan müddət ərzində həmin mallar Şəxs BM-nə məxsus anbarda saxlancda saxlanılmış və saxlanc müddəti ərzində istifadəsiz və toxunulmaz olmuşdur. Göstərilənlərdən məlum olur ki, malların müvəqqəti saxlancda saxlanılması müddəti Şəxs BM tərəfindən pozulmamışdır. Belə olan halda inzibati xəta hadisəsi də olmamışdır. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Sahil” gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, "xxxx" BM Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən **********3627 sorğu nömrəli GB ilə müvəqqəti saxlanc prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti bitmiş, lakin yük sahibi tərəfindən bu yüklərin digər gömrük proseduru altında rəsmiləşdirilməsi başa çatdırılmamışdır. İş materiallarına əlavə edilmiş Gömrük bəyannaməsindən və Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, **********3627 sorğu nömrəli GB xx.xx.2022-ci il tarixdə təsdiq olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Niderlanddan 38HL114/38HL451 nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə daxil olmuş “ağır obyektlərin terdəyişməsi zamanı istifadə olunan sürüşmə sistemləri üçün hissələr” yükü **********3627 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş və xx.xx.2022-ci il tarixədək 4 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilmişdir. xx.xx.2022-ci il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda olmuş “ağır obyektlərin terdəyişməsi zamanı istifadə olunan sürüşmə sistemləri üçün hissələr” yükünə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Cənub Körpüsü 3 ünvanında yerləşən anbarında baxış keçirildi, mallar **********3627 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi üzrə eyniləşdirildi, yoxlanıldı, yoxlama zamanı malların yerində və toxunulmaz olduğu müəyyən edildi. Akta malların fotoşəkilləri əlavə olundu. İş materiallarına əlavə edilmiş Gömrük bəyannaməsindən və Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, **********9547 sorğu nömrəli Gömrük bəyannaməsi xx.xx.2022-ci il tarixdə rəsmiləşdirmək üçün göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, işin faktiki hallarına və qanunvericiliyin müddəalarına əsasən inzibati xəta hadisəsi yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 496.1-ci maddəsinə əsasən Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 124.1-ci maddəsinə əsasən Malların dərhal digər xüsusi gömrük proseduru altında və ya sərbəst zonada yerləşdirildiyi hallar istisna olmaqla, gömrük orqanlarına təqdim edilmiş xarici mallar bu Məcəllənin 178-ci maddəsinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilir. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində uzadır. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən müvəqqəti saxlanc bu Qaydalara uyğun olaraq müvəqqəti saxlanc anbarında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində qeyd edilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Şəxsnə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53.0.2, 114-115, 128-130 və 496.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin (19 sentyabr 2022-ci il tarixli 00100-1987/22 saylı inzibati xəta haqqında protokol). Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1555/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1555/2022
07.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver