Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1556/2021 03.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi ilə, Barəsində X5 iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 237.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 237.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 17 iyul 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli X5 protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. X5 protokoldan görünür ki, 13 iyul 2021-ci il tarixində Şəxs MMC-yə məxsus Bibiheybət qəsbəsi dəniz kənarında yerləşən “Nar Şərab” restoranının fəaliyyəti zamanı manqaldan atmosferə atılan tullnatıların qarşısını almaq üçüm qurğudan istifadə edilməməsinə görə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində X5 protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X2 X5 protokola etiraz edərək izahatında göstərmişdir ki, tərtib edilmiş protokol qanunsuz və əsassız olduğu üçün X5 iş üzrə icraata xitam verilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2 iyul 2013-cii il iyulun 2-də qəbul edilmiş 714- İVQ Ns-li Azərbaycan Respublikasının Qanunun 3.2-ci bəndinə əsasən qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin qanunun 2.1-ci maddəsinə əsasən yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitoriııqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qeyd etmək lazımdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliy i ictimai iaşə obyektində Ekologiya və Təbii Sərvətlər Nazirliydən 2021-ci il iyunun 24-də daxil olmuş Ə-1945 Na-li şikayət məktubuna əsasən monitorinq keçirmiş və bu barədə Azərbaycan Respublikasının Prezidentinin 2011-ci il fevralın 15-də 383 Ns-li Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”-nin tələbləri pozularaq reyestrə məlumat daxil edilməmişdir. Halbuki şikayət 2021-ci il iyunun 24-də daxil olsada monitorinq 2021-ci il iyunun 14- də aparılmışdır. Bundan əlavə X5 protokolda X5 protokolun tərtib edilməsi üçün əsas 2021-ci il iyulun 14-də tərtib edilmiş monitorinq aktı qeyd edilsədə X5 protokol 2021-ci il iyulun 17də tərtib edilmişdir. X3 Məcəlləsinin 101.2-ci maddəsinə əsasən İşin hallarının, eləcə də barəsində X5 iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, X5 protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Lakin göründüyü kimi, monitorinq aktından üç gün sonra X6 Protokol tərtib edilmiş və növbəti dəfə İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinin tələblərini pozaraq işə baxılması üçün məhkəməyə 2021-ci il iyulun 23-ü göndərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən X5 iş üzrə inzibati xətanı törətmiş şəxsin təqsiri, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) sübut edilməlidir. Lakin, heç bir sübut olmadan hüquqi şəxsə X5 protokol tərtib edilmişdir. Eyni zamanda heç bir ölçü aparılmadan protokol tərtib edilmişdir, belə ki, restoranda elektrostatik filtrlər quraşdırılmışdır, həmin qurğular əvvəllər də olmuş yalnız yenilənmişdir. Bütün bunları nəzərə alaraq X5 iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə X5 protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, X5 protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmədiyindən X5 iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 iyul 2021-ci il tarixli 0262 saylı monitorinq aktından görünür ki, 24.06.2021-ci il tarixli şikayət əsasında Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 62A ünvanında yerləşən “Nar Şərab” ictimai iaşə obyektinin ətraf ərazilərində atmosferə atılan tullantıların miqdarının təyin edilməzi məqsədilə monitorinq keçirilmişdir.Bu zaman məlum olmuşdur ki, iaşə obyektində tullantıların qarşısının alınması məqsədilə qaz-toz tutucu təmizləyici quraşdırılmamışdır. Obyektin nümayəndəsi Novruz adlı şəxslə əlaqə saxlanılmış, qurğunun sifariş verildiyini , yaxın günlərdə quraşdırılacağını bildirdi. Hal-hazırda qurğu olmadan restoran öz fəaliyyətini davam etdirir. İş materiallarına əlavə edilmiş Şəxs MMC ilə "xxxx" MMC arasında bağlanmış 21.06.2021-ci il tarixli BC009/21 saylı müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Şəxs MMC-nin təyin etdiyi yerdə elektrostatik filtrlərin və sinklənmiş hava kanalının quraşdırılması barədə razılığıa gəlmişlər. İş materiallarına əlavə edilmiş 21.06.2021-ci il tarixli işlərin təhvil-təslim aktından görünür ki, 21.06.2021-ci il tarixli BC009/21 saylı müqavilə əsasında elektrostatik filtrlərin quraşdırılması həyata keçirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən tullantıların qarşısının alınması məqsədilə qaz-toz tutucu təmizləyici quraşdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsinə əsasən, Ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə- fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində X5 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X5 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən X5 iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X5 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X5 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında X5 iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) X5 işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsi ilə başlanılmış X5 iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130 və 237.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsi ilə başlanılmış X5 iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1556/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1556/2021
03.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver