Məhkəmə qərarları › İş №3(009)-1556/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1556/2024

17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1556/2024 17.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X8 və nümayəndəsi X1, İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsi X2 iştirakları ilə, Bakı Şəhər Baş Polis İdarəsinin X14 İdarəsinin xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbehvermə barədə qərarından X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin X14 İdarəsinin xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandılmışdır ki, xx.xx.2024-cü il tarixdə özünə məxsus və sürücünün idarə etdiyi **-JJ-*** dövlət qeydiyyat nişanlı “Şkoda Karoq” markalı avtomobli barəsində sms radar mobil tətbiqinə xx.xx.2024-cü il tarixi üçün İXP ******* saylı qərarsız protokol gəlmişdir. Protokolda Səbail rayonu, Ş.Ələkbərova küçəsində Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 327.4- 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xəttlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə qeyd olunmasına baxmayaraq heç bir şəkil və video görüntü öz əksini tapmamışdır. Protokol barəsində X13 X11 şikayət məktubu ünvanladıqdan bir müddət sonra barəsində tərtib edilmiş protokol TP ******* saylı xx.xx.2024 tarixli qərar ilə qüvvəyə minmişdir. xx.xx.2024-cü il tarixində isə ona Azərbaycan Respublikası Daxili İşlər Naziliyi Bakı Şəhər Baş Polis İdarəsi X14 İdarəsinin rəisi Rəşid Piriyevdən C-40681 nömrəli məktub gəlmişdir. Məktbun məzmununa nəzər yetirdikdə onun şikayət olaraq ünvanladığı sualların heç birinə cavab verilmədiyi açıq aydın öz əksini tapmışdır. Onu qanuna zidd olaraq telefon zəngi ilə idarəyə çağırmaqları, protokola əsasən video görüntü və ya foto şəkillərin təqdim olunmaması və s. qanun pozuntuları olduğu halda yazılan cərimənin ləğv edilməsi, barəsində qanuna zidd tərtib olunmuş protokola əsasən verilmiş qərarın əsassız hesab edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X4 nümayəndəsi X5 şikayəti müdafiə edərək bildirmişdir ki, 08 may 2024-cü il tarixdə tanımadığı nömrədən zəng gələrək özünü Zaur Tağıyev kimi tanıdan şəxs istifadəsində olan “Skoda” markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin cərimə olunduğunu bildirmiş, daha sonra hələ qərar qəbul etmədiklərini, cəriməni gələrək ödəyə biləcəyini demişdir. Onunla razılaşmadıqda isə qışqırmağa başlamışdır. Avtomobili qızı Fatimənin yox, sürücüləri Heydər Cəbrayılovun idarə etdiyini nəzərə alaraq məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqanın nümayəndəsi X6 xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbehvermə barədə qərarın ləğv edilməsinə etiraz etmədi. Məhkəmə iclasında iştirak edən şahid X3 izahatında bildirmişdir ki, uzun illərdir X1 və ailəsinin sürücüsüdür. “Skoda” markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobili uşaqları məktəbə aparıb-gətirmək üçün o idarə edir. Yolu səhərlər sıxlıq olmasın deyə polis tənzimləyir. Bu səbəbdən heç bir qayda pozuntusuna yol verilməmişdir. Həmçinin hadisə zamanı Fatimə Hüseyn avtomobildə olmamışdır. Məhkəmə tərəflərin və şahidin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Baş X14 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbehvermə barədə qərarı ləğv edilməli və iş baxılması üçün yenidən Baş X14 İdarəsinin göndərilməlidir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)-1942/2024 saylı qərardadı ilə X4 AR DİN Bakı Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərarından verdiyi şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli XP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X8 xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında nəqliyyat vasitəsini idarə edərkən 1.1,1.3 və 1.11 üfüqi nişanlama xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınının əks istiqamətində hərəkət edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Bakı Şəhər Baş Polis İdarəsi X14 İdarəsinin Heydər Cəbrayılova ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 1ndə “Skoda” markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin 1.1 üfüqi nişanlama xəttini kəsərək əks istiqamətli nəqliyyat axınının hərəkət zolağında əks istiqamətdı hərəkət etməsi “Təhlükəsiz Şəhər” xidmətinin nəzarət-müşahidə kameraları vasitəsilə qeydə alınmış arxiv görüntülərinə baxış keçirilərkən aşkarlanmış və qanunvericiliyin tələbinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Nəqliyyat vasitəsinin istifadəçisi vətəndaş X4 inzibati xəta haqqında işə baxılmasında iştirak etməsi barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq heç bir səbəb göstərmədən iştirak etməkdən imtina etdiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə inzibati tənbehvermə haqqnda qərar qəbul edilmiş və bu barədə rəsmi məlumat verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə “Skoda” markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ünvan 1 ünvanında hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmiş və inzibati tənbehvermə barədə qərar qəbul edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X8 barəsində aparılan inzibati iş üzrə icraat zamanı səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilərkən iş üçün əhəmiyyət kəsb edən hallar diqqətlə araşdırılmamış və inzibati xəta haqqında protokolda göstərilməmişdir. Bundan əlavə inzibati xəta haqqında protokol və inzibati tənbehvermə haqqında qərar qəbul edilərkən X4 iştirakının təmin edilib-edilməməsi iş materialları ilə sübuta yetirilmədiyindən belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Göründüyü kimi işə baxarkən nəqliyyat vasitəsinin X8 tərəfindən idarə edilməsi, habelə inzibati xətanın X8 tərəfindən törədilib-törədilməməsi araşdırılmamışdır. Bu səbəbdən istinad edilən inzibati xətanın mövcud olub-olmamasını aydınlaşdırmaq mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı Şəhər Baş Polis İdarəsinin X14 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbehvermə barədə qərar qəbul edilərkən yuxarıda qeyd edilən halların tam araşdırılmaması səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə- yüz əlli manat məbləğində cərimə edilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsinin X14 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbehvermə barədə qərar ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X14 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti qismən təmin olunsun. Bakı şəhər Baş Polis İdarəsinin X14 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbehvermə barədə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X14 İdarəsinə göndərilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar