Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1567/2025 03.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Vəkil Asimovnanın iştirakı ilə ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 14 iyun 2025-ci il tarixli məktubu ilə Şəxs hüquqi şəxsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirləndirilməsinə dair 12 iyun 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan aydın olur ki, Şəxs hüquqi şəxsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilir ondan ötür ki, ixrac gömrük prosedurunda rəsmiləşdirməklə **********2679 nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 980,29 Avro məbləğində xarici valyuta vəsaitinin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunan "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nın 12.2-ci yarımbəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Protokola əlavə edilmiş: -**********2679 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsindən aydın olur ki, mənşə ölkəsi İspaniya olan mağazaya girən insanların sayını bilmək üçün olan aparatura (Model:"VC vision-5D,PоE-S-R1-9010", S/N********) Şəxs tərəfindən İspaniya ölkəsinə ixrac edilmişdir. -20 may 2024-cü il tarixli əvəzsiz istifadə müqaviləsindən aydın olur ki, müqavilə "xxxx" MMC və İDENTİFİCACİÓN YSENSORİZACİÓN S.L. şirkəti arasında bağlanılır və müqavilənin 1.1. bəndində qeyd edilir ki “Bu Müqaviləyə görə "Birinci tərəf" bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan hesab-fakturada göstərilən avadanlığı (bundan sonra "Avadanlıq") "İkinci tərəf"in əvəzsiz istifadəsinə verməyi, "İkinci tərəf” isə həmin avadanlıqları qəbul etməyi öz öhdəsinə götürür.” 30 iyun 2025-ci il tarixdə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi Vəkil Asimovnanın məhkəməyə ünvanladığı etirazda qeyd edilmişdir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş EP№0232288 №-li xx.xx.2025-ci il tarixli qərardada əsasən, 12 iyun 2025-ci il tarixdə Gömrük Xidmətinin Vahid X1 informasiya resursuna keçirilmiş baxışdan müəyyən olunur ki, “Retail Group Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ixrac gömrük prosedurunda rəsmiləşdirməklə **********2679 nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 980,29 Avro məbləğində xarici valyuta vəsaitinin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir”. Nəzərənizə çatdırırıq ki, qeyd olunan əməliyyatın əsası olan 20 may 2024-cü il tarixli “Əvəzsiz istifadəsi haqqında” Müqavilənin 1.1-ci bəndinə əsasən - Şəxs MMC VC vision -5D, Poe-S-R1-9010 modelli mağazaya girən insanların sayını ölçən aparatını İspaniyada yerləşən İDENTİFİCACİÓN Y SENSORİZACİÓN S.L. şirkətinin əvəzsiz istifadəsinə verməyi öz öhdəsinə götürmüşdür. AR İXM-nin 483-cü maddəsinə əsasən isə, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Gördüyünüz kimi, müqaviləyə əsasən Retail Group Azərbaycan MMC-nin İspaniyaya göndərilmiş avadanlığdan hər hansı bir gəlirin əldə edilməsi hüququ yoxdur. Gömrük bəyannaməsində göstərilən dəyərə gəldikdə isə, nəzərənizə çatdırıram ki, gömrük qaydalarına və daxili tələblərinə əsasən, bütün bəyannamələrdə malların dəyəri göstərilməli, əks halda bəyannamələr təsdiq edilmir. Bu səbəbdən də, gömrük rəsmiləşdirilməsini həyata keçirtmək məqsədi ilə, tərəfimizdən əvəzsiz istifadəyə göndərilmiş avadanlığın dəyəri gömrük bəyannaməsinə formal olaraq daxil edilmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən, inzibati məsuliyyətin əsasları yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda göstərilənləri və hazırki işdə inzibatı xətanın tərkibini olmadığını nəzərə alaraq, işə xitam verməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib edən orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə əvvəlcədən məlumat verilməmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Vəkil Asimovna məhkəməyə ünvanladığı etirazla eyni məzmunlu izahat verərək, izahatında bəyannamənin tərtibi üçün əsas olan müqavilənin əvəzsiz istifadə müqaviləsi olduğunu, Şəxs MMC tərəfindən Azərbaycana İspaniyanın “Zara” brendinə məxsus malları françayzinq müqaviləsinə əsasən gətirildiyini və müqaviləyə əsasən Retail Group Azərbaycan MMC-nin İspaniyaya göndərilmiş avadanlıqdan hər hansı bir gəlirin əldə edilməsi hüququları olmadığını, İspaniydan “Zara” mağazası üçün gətirdikləri avadanlıqda problem çıxdığı üçün həmin avadanlığın geri qaytarılmasını əvəzsiz istifadə müqaviləsi şəklində ixrac etdiklərini, burada hər hansı kommersiya fəaliyyətinin olmamasını, hər hansı gəlir əldə etmədiklərini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin izahatını, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, iş materiallarına əlavə edilmiş 20 may 2024-cü il tarixli əvəzsiz istifadə müqaviləsindən aydın olur ki, müqavilə "xxxx" MMC və İspaniyanın İDENTİFİCACİÓN YSENSORİZACİÓN S.L. şirkəti arasında bağlanılmışdır və sözü gedən avadanlıq əvəzsiz şəkildə digər şirkətə verilir. Azərbaycan Rsepublikası Mülki Məcəlləsinin 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Azərbaycan Rsepublikası Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Rsepublikası Gömrük Məcəlləsinin 0.14-cü maddəsinə əsasən gömrük nəzarəti – gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlərdir. Azərbaycan Rsepublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanlarının hüququdur. Azərbaycan Rsepublikası Gömrük Məcəlləsinin 40.4-cü maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. Azərbaycan Rsepublikası Gömrük Məcəlləsinin 70.1-ci maddəsinə əsasən şəxsin və ya onun nümayəndəsinin bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının tələblərini, o cümlədən digər prosedurları pozmaqla malları idxal və ixrac etməsi, gömrük dəyərini düzgün bəyan etməməsi, gömrük güzəştlərindən təyinatı üzrə, yaxud düzgün istifadə etməməsi barədə kifayət qədər əsas olduqda, gömrük orqanlarının vəzifəli şəxsləri yazılı bildiriş göndərməklə onlardan bu Məcəllənin 70.2-ci maddəsində göstərilən müddəti əhatə edən müvafiq sənədlərin təqdim olunmasını tələb edirlər. Azərbaycan Rsepublikası Gömrük Məcəlləsinin 150.3-cü maddəsinə əsasən gömrük bəyannaməsinin forması və malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün onunla birgə təqdim olunan sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilələk rəsmi nəşrlərdə dərc olunur və müvafiq icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında yerləşdirilir. Azərbaycan Rsepublikası Gömrük Məcəlləsinin 151.1-ci maddəsinə əsasən gömrük orqanları təqdim olunan gömrük bəyannaməsini təsdiq edərkən, onun aşağıdakı şərtlərə uyğunluğunu yoxlayır: -151.1.1. malların nəzərdə tutulan gömrük proseduru altında yerləşdirilərək gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin həmin gömrük orqanının səlahiyyətlərinə aid olmasını; -151.1.2. gömrük bəyannaməsinin təqdim olunma vaxtının və yerinin gömrük qanunvericiliyi ilə müəyyən olunmuş tələblərə uyğunluğunu; -151.1.3. gömrük bəyannaməsində idxalına, yaxud ixracına qadağa və ya məhdudiyyətlər qoyulmuş mallar haqqında məlumatın olub-olmamasını; -151.1.4. gömrük bəyannaməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğunluğunu; -151.1.5. gömrük bəyannaməsi ilə birgə təqdim olunan sənədlərin mövcudluğunu (bu Məcəllənin 150.5-ci maddəsində müəyyən edilmiş qaydada sənədlərin sonradan təqdim olunduğu hallar istisna edilməklə) və onların qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməsini. Azərbaycan Rsepublikası Gömrük Məcəlləsinin 151.2-ci maddəsinə əsasən gömrük bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab vermədikdə və bəyannaməçi tərəfindən ona düzəliş edilməklə həmin çatışmazlıqların aradan qaldırılması mümkün olmadıqda, həmin bəyannamə gömrük orqanları tərəfindən təsdiq edilmir. Belə hallarda gömrük bəyannaməsində onun təsdiq edilməməsinin səbəbləri göstərilməklə, müvafiq qeyd aparılır. Azərbaycan Rsepublikası Gömrük Məcəlləsinin 162.1-ci maddəsinə əsasən bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. Azərbaycan Rsepublikası Gömrük Məcəlləsinin 162.2-ci maddəsinə əsasən gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən (bu Məcəllənin 163.6-cı maddəsində müəyyən edilmiş hal istisna olmaqla) və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir. “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 nömrəli Qərarının 2.5-ci bəndinə əsasən malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün kağız üzərində yazılı və ya elektron formalarda gömrük bəyannaməsi ilə birgə xarici ticarətin həyata keçirilməsini təsdiq edən müqavilə və ya şəxsin mallar barədə sahiblik, istifadə və (və ya) sərəncamvermə hüquqlarını təsdiq edən sənəd, yaxud istənilən digər sənəd gömrük orqanına təqdim edilməlidir. Məhkəmə iş materiallarında olan sənədləri qanunvericilikdə nəzərdə tutulan normalarla qarşılıqlı təhlil edərək qeyd edir ki, məhkəməyə təqdim edilmiş-tərəflər arasında bağlanmış xarici ticarət müqaviləsində göstərilən şərtlərlə, malların gömrük orqanına təqdim edilərkən verilmiş gömrük bəyannaməsindəki məlumatlar arasında uyğunsuzluq müəyyən edilmişdir Belə ki, Şəxs MMC-yə aid mənşə ölkəsi İspaniya olan mağazaya girən insanların sayını bilmək üçün olan avadanlığın ixrac edilməsi üçün tərtib edilən **********2679 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə birgə təqdim edilən 20 may 2024cü il tarixli əvəzsiz istifadə müqaviləsində ödəniş şəkili “əvəzsiz” nəzərdə tutulduğu halda sözügedən gömrük bəyannaməsinin çatdırıİma şərtlərini nəzərdə tutuan 20-ci qrafasında “002” kodu göstərilmişdir ki, buda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli “Gömrük bəyannamələrinin doldurulması qaydalarının metodikalarının və metodiki tövsiyələrinin təsdiqi haqqında” sərəncamının 2-ci bəndinə əsasən ixrac olunan mallar üçün gömrük bəyannaməsinin doldurulması qaydalarında Qrafa 20. (çatdırıİma şərtləri) kod «002» - malın dəyəri mal ixrac olunduqdan sonra ödənildikdə (ixracatçının bank hesabına köçürülməklə və ya hesaba mədaxil edilməklə) kimi qeyd edilmişdir. Lakin işin hazır ki vəziyyətində gömrük bəyannaməsinin tərtibi üçün əsas olan sənəd (müqavilə) əvəzsiz istifadə müqaviləsidir ki, göstərilən müqavilə əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs hər hansı vəsait əldə etmir. Bu halda mal ixrac olunduqdan sonra malının dəyərinin ödənilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edilən qanunvericilik normalarını təhlil edərək bildirir ki, gömrük orqanın vəzifəli şəxsi gömrük bəyannaməsinin qanunvericiliklə müəyyən olunmuş şərtlərə uyğunluğunun yoxlanılması, təqdim edilən sənədlərlərə eyniləşdirilməsi, uyğunsuzluq müəyyən edildiyi təqdirdə bəyannaməçi tərəfindən ona düzəliş edilməklə həmin çatışmazlıqların aradan qaldırılması üçün bəyannaməni bəyannaməçiyə geri göndərməli idi. Lakin **********2679 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə həmin bəyənnamənin tərtibi üçün əsas olan 20 may 2024-cü il tarixli əvəzsiz istifadə müqaviləsi arasında uyğunsuzluq olmasına baxmayaraq həmin bəyənnamə təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, belə olan halda gömrük bəyannaməsinin təqdim edilən sənədlərlə uyğunsuzluğunun məsuliyyətini bəyannaməçi daşımamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri). Sadalanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs hüquqi şəxsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 105, 114, 115, 128-130, 138-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhər Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan şikayət və ya protest verilmədiyi təqdirdə şikayətin verilməsi müddətinin bitdiyi gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(009)-1567/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1567/2025
03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver