Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1568/2021 04.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Daxili İşlər Nazirliyi Baş X5i İdarəsinin 25 may 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Daxili İşlər Nazirliyi Baş X5i İdarəsinin 25 may 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 3(009)-1568/2021 saylı qərarı ilə şikayət təmin edilməmiş, şikayətçi X3 barəsində Azərbaycan Respublikası İXMnin 328.2-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin EQ ******* saylı 25 may 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 3(009)-1568/2021 saylı qərarında X3 tərəfindən apellyasiya şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2072/2021 saylı, 09.09.2021 saylı qərarı ilə şikayət qismən təmin edilmiş, X1 Azərbaycan Respublikası Baş X5 İdarəsi tərəfindən tərtib edilmiş 25 may 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 3(009)-1568/2021 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şikayət onunla əsaslandılrmışdır ki, 25 may 2021-ci il tarixdə saat 16 radələrində mülkiyyətində olan “Hyundai Accent” markalı, **-NJ-*** d.q.n. avtomobili ilə “Azneft” dairəsindən üzü “Bayraq Meydanı” istiqamətində, Fəthi Xoşginabi küçəsində hərəkət edib oradan yaşadığı ünvana çatdıqdan sonra guya “Bayraq meydanı” ərazisində surət həddini aşdığına görə 2 bal və 50 manat cərimə barədə həmin avtomobilin idarə edilməsinə etibarnaməsi olan həyat yoldaşının "Asanpay” kabinetinə elektron məlumat daxil olmuşdur. Bununla maraqlandıqda qərarın ərazi üzrə DYPİ-dən əldə edə biləcəyi bildirilmişdir. 27 may 2021-ci il tarixdə Səbail rayon DYPŞ-yə müraciət edib qərarın surətini əldə etmişdir. Əldə etdiyi elektron qərarda qeyd edilən VVC-MC800P “E-Patrol” qurğusu ilə qeydə alınan xəta”nın hansı mötəbər və təkzibedilməz sübutlar əsasında qeydə alındığı məlum deyildir. Belə ki, VVC-MC800P “E-Patrol” qurğusunun standartlara cavab verməsi, “asanpay” kabinetinə yerləşdirilən videogörüntüyə görə avtomobilinin surətinin ərazidəki surət həddini göstərən nişandak rəqəmdən artıq olması ona sübut edilməlidir. Lakin, həmin ərazidə bir neçə yerdə surət həddinin saatda 70 km. olması barədə işarələr qurulmuş buna görə də bu sürət həddinə əməl edərək avtomobilinin surəti saatda 70 km-dən artıq ola bilməzdi. Belə ki, ümumi qaydalara əsasən yol hərəkəti qaydalarına uyğun avtomobillərin şəhərdaxili surəti saatda 60 (70) km müəyyən edilmiş, ərazidəki yolun hər tərəfi 4 zolaqlı olduğundan orada surət saatda 70 km. müəyyən edilmişdir. Həmçinin, sözügedən sürət ölçü cihazının saz və standartlara uyğun vəziyyətdə olması barədə sənədlər də məhkəməyə təqdim edilməlidir. Ona görə də tərtib edilmiş elektron qərara görə ərazidə guya saatda 81 km. sürətlə keçməyi inandırıcı deyil. Səbail rayon məhkəməsinin 3(009)-1371/2021 saylı, 30.06.2021-ci il tarixli qərarı ilə şikayətçinin nümayəndəsi E.X.Dadaşzadənin şikayət etmək üçün subyektiv hüququ olmadığından şikayət geri qaytarılmışdır. Hesab edir ki, o, şəhərdaxili və konkret ərazidə surət həddinə riayət etmişdir və mübahisələndirilən elektron qərar əsassızdır. Hesab edir ki, DYPİnin EQ ******* saylı, 25.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı mötəbər və təkzibedilməz sübutlarla təsdiq edilmədiyindən ləğv edilməlidir. Qeyd edilənləri nəzərə alıb, Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin EQ ******* saylı, 25.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini və inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Daxili İşlər Nazirliyi Baş X5i İdarəsinə və inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X2 lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Daxili İşlər Nazirliyi Baş X5i İdarəsinin və X1 iştirakı olmadan baxılmasını mükün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Daxili İşlər Nazirliyi Baş X5i İdarəsinin 25 may 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş baxılması üçün yenidən Daxili İşlər Nazirliyi Baş X5i İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən tərtib edilmiş 25 may 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, 25 may 2021-ci il tarixdə saat 15:43-də ünvan 1 ünvanında «HYUNDAİ ACCENT MİNİK» markalı, 99NJ225 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X3 yolda müəyyən edilmiş hərəkət sürətini 21 km/saat həddində aşmağa görə Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və nəticədə 50 (əlli) manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 25.05.2021-ci il tarixdə, saat 15:43 radələrində Bakı, Fəthi Xoşginabi küçəsində «HYUNDAİ ACCENT MİNİK» markalı, 99NJ225 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməkdə təqsirli bilinib 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X3 barəsində aparılan inzibati iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, qərarda qeyd edilən pozuntu VVC-MC800P E-Patrol qurğusu ilə qeydə alınmışdır. Məhkəmə iclasında barəsində inzibati tənbehvermə barədə qərar qəbul edilmiş şəxsin nümayəndəsi həmin qurğunun standartlara cavab verməsini mübahisələndirmiş, qarşı tərəf isə həmin qurğunun sertifikatı və metroloji sınaqdan keçirilməsi ilə bağlı rəsmi sənədləri təqdim etməmişdir. Göstərilən səbəbdən də, mübahisələndirilən qərarın qanunvericiliyin tələblərinə cavab verən sübut növündən istifadə edilməklə qəbul olunduğunu müəyyən etmək mümkün olmamışdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 122.1. –ci maddəsinə əsasən İXM-nin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 122.2. İnzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi barəsində tərtib edilir. 122.5. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda barəsində inzibati iş üzrə icraat aparılan şəxsin qeyd edilən inzibati xətanı törətməsi, yəni yolda müəyyən edilmiş surət həddini aşması konkret olaraq müəyyən etmək mümkün olmamış və beləliklə də inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Daxili İşlər Nazirliyi Baş X5i İdarəsinin 25 may 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən halların tam araşdırılmaması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. İXM-nin 328.2-ci maddəsinə əsasən Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə-əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri və Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2072/2021 saylı, 09.09.2021 saylı qərarını nəzərə alaraq hesab edir ki,şikayət qismən təmin edilməli, Daxili İşlər Nazirliyi Baş X5i İdarəsinin 25 may 2021-ci il tarixli, EQ ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Daxili İşlər Nazirliyi Baş X5i İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Daxili İşlər Nazirliyi Baş X5i İdarəsinin 25 may 2021-ci il tarixli, EQ ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Daxili İşlər Nazirliyi Baş X5i İdarəsinə göndərilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1568/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1568/2021
04.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver