Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1571/2021 18.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Səbail RPİ-nin 8-ci PB-nin nümayəndəsi sahə inspektoru X6, Zərər çəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1991-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, 2-ci ünvan 2ktiki yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 8-ci PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 8-ci PB-nin sahə inspektoru X8 tərəfindən tərtib edilmiş 04 avqust 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs X2 məxsus olan televizor antenasını sındırmış və ona madddi ziyan vurmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Səbail RPİ-nin 8-ci PB-nin nümayəndəsi sahə inspektoru X8 protokolu müdafiə edərək, Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, Kifayət Qulaməliyevanı 8 il müddətdir ki, qonşuluqda yaşayan şəxs kimi tanıyır, onunla qərəzliyi və ədavəti yoxdur. 15.07.2021 -ci il tarixdə saat 22:00 radələrində yaşadığı evin qarşısında oturduğu zaman Kifayətin evinin yanında əri Rüstəmi nəlayiq ifadələrlə təhqir etməsinin şahidi olduğu üçün onlara yaxınlaşıb şahidi olmuşdur ki, antenanın çıxması üçün səs küy var, o da əli ilə antenanın başlıq hissəsini sındırmış və əri Rüstəmlə birlikdə yaşadığı evə getmişdir. Sonradan onlara məlum olmuşdur ki, Kifayət baş vermiş hadisə barədə polis bölməsinə şikayət etmişdir. Eləcə də Şəxs bildirmişdir ki, mübahisəyə səbəb Kifayətin ərini təhqir etməsi olmuşdur. Kifayət əri Rüstəmi nalayiq ifadələrlə təhqir etdiyi üçün o da Kifayətə məxsus peyk antenanı sındırmışdır. Mübahisə zamanı o və yaxud əri Kifayəti vurmayıblar və ona hansısa bir xəsarət yetirməyiblər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 izahatında göstərdi ki, yaşadığı evin yan hissəsində televizor antenası quraşdırmışdır. 15.07.2021-ci il tarixdə saat 22:00 radələrində parkdan evə gələrkən Rüstəm Dadaşovun idarə etdiyi avtobusun evinin yanında olmasını görmüş, daha sonra evin pəncərəsindən baxdıqda antenasının sınmasının Rüstəmin isə antenanı düzəltmək istəməsinin şahidi olduqda Rüstəmə yenə antenanı sındırdığını dedikdə, bu zaman Rüstəm onu nəlayiq ifadələrlə təhqir edərək heç düzəltmirəm və düzəltməyəcəmdə deyə bildirmişdir. Avtobusuna əyləşib yaşadığı evin yanından uzaqlaşmışdır. Bir neçə dəqiqə sonra o evdən bayıra çıxmış və antenanın yanında olduğu zaman Rüstəmin arvadı Şəxs onun yanına yaxınlaşaraq antenanı əli ilə sındırmış və onu isə itələyərək, ərazidən uzaqlaşmışdır. O da baş vermiş hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermişdir.Daha sonra K.Qulaməliyeva bildirmişdir ki, peyk antenasını yaşadığı evin sol yan hissəsinə, bayır tərəfinə quraşdırmışdır. Mübahisəyə səbəb qonşusu Rüstəmin idarə etdiyi avtobusla onun evinin antenasını sındırması olmuşdur. Əvvəl Rüstəm avtobusla antenaya vuraraq sındırmış sonradan isə onun yanında Rüstəmin arvadı Aytəndə əli ilə antenanı sındırıb nəticədə ona 70 manat məbləğində maddi ziyan yetirilmişdir. Mübahisə zamanı onu heç kim vurmayıb və ona heç kim xəsarət yetirməyib, Rüstəmin arvadı onu itələmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 24 iyul 2021-ci il tarixli cinayət işinin başlanması rədd edilməsi və şəxsin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərardan görünür ki, X9 və Şəxs vətəndaş X3 döyərək xəsarət yetirmələri öz təsdiqini tapmadığından həmin epizod üzrə cinayət işi başlanması rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərarın icra olunması üçün bölmənin aidiyyəti əməkdaşına həvalə edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs mübahisə zamanı X4 məxsus peyk antenasını qəsdən sındırması nəticəsində sonuncuya 70 manat maddi ziyan vurması və bununla da, Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında cərimə növündə inzibati tənbeh tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 25, 31, 43, 114, 115, 128.2.1, 130.1 və 232-1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında, yəni 70 (yetmiş) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Səmədova Günel
Məhkəmə qərarları › İş №3(009)-1571/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1571/2021
18.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver