Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1571/2024 01.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, “İpək Yolu” gömrük postundan daxil olmuş 3-33-1100/029/009340 saylı xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar xx.xx.2024-cü il tarixində İran İslam Respublikasından 4AB255/44AB256 dövlət nömrə nişanlı avtomaşınla gələn, 97 nömrəli xx.xx.2024-cü il tarixli invoysla müşayiət olunan və Bakı Bas Gömrük İdarəsində **********8615 saylı gömrük bəyannaməsi ilə bəyan olunan Şəxs MMC-nin adına gələn yükə 1 nömrəli gömrük anbarında gömrük yoxlaması keçirərkən, gömrük bəyannaməsində bəyan olunan plastik oyuncaqlar yükündən əlavə 3 yer, 3500 ədəd, 14 kq ’’Lider” nişanlı bəyan olunmayan etiketlər aşkar olunmuşdur və bu barədə xx.xx.2024-cü il tarixdə “İpək yolu” gömrük postunda hal şahidlərinin, "xxxx" MMCnin direktoru Azərbaycan Respublikasının vətəndaşı Nümayəndə iştirakı ilə protokol tərtib olunmuşdur. Belə ki, 3500 ədəd “Lider” yazısı olan etiketlərin təxmini orta dəyərinin müəyyən edilməsi 3- 33-1100/2-003139/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” birliyinə müraciət edərək ekspertizanın aparılması xidmətin dəyəri 50 (əlli) manat olan 70 saylı müqavilə əsasında Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” birliyinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” birliyindən Bakı Bas Gömrük İdarəsinə xx.xx.2024- cü il tarixdə daxil olmuş 70 nömrəli ekspertiza aktına əsasən xx.xx.2024-cü il tarixinə 1 ədəd “Lider” nişanlı etiketin təxmini orta bazar qiyməti 0.30 azn olmaqla, 3500 ədəd “Lider” nişanlı etiketlərin təxmini orta bazar qiyməti 1050 (bir min əlli) azn müəyyən edilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində protokol tərtib edilmiş Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin nümayəndələr məhkəmə iclasına gəlməmiş. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilmişdir. İnzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Məhkəmə inzibati iş üzrə materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi" informasiya resursundan “malın çatdırılması və boşaldılmasına" dair çıxarışdan görünür ki, 44AB256 nömrəli nəqliyyat vasitəsi ilə Şəxs MMC-nin ünvanına göndərilən mallar xx.xx.2024-cü il tarixdə Astara modul tipli gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. XRAY yoxlama nəticəsində pozuntu aşkar edilmişdir. 13 kq bəyan edilməmiş etiket tapılmışdır. İş materiallarında olan İnzibati xəta haqqında protokolda və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsində tərcüməçi X3 iştirakı ilə 4AB255/44AB256 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü İran İslam Respublikasının vətəndası X2 izahatı alınmışdır. O, izahatında bildirmişdir kı, İran İslam Respublikasının Astara səhərində anadan olub, hal-hazırda İran İslam Respublikasının Astara səhərində yaşayır, ailəlidir, 2 övladı var. 22 il olar sürücülüklə məşğuldur, Azərbaycan Respublikasına ilk dəfə təxminən 8 il bundan qabaq yük gətirmis, 44AB255/44AB256 nömrə şanlı yük avtomobili “Zarin Borna LTD” nəqliyyat şirkətinə məxsusdur və həmin şirkətdə də sürücü vəzifəsində işləyir və Azərbaycan Respublikasına yük daşıyır, işin mahiyyəti üzrə qeyd etmişdir ki, sonuncu dəfə 17 aprel 2024-cü il tarixdə təxminən gecə saat 02.50-03:00 radələrındə Astara Gömrük İdarəsinin “Astara modul tipli” gömrük postundan keçməklə Azərbaycan Respublikası ərazisinə daxil olmuş, “Astara modul tipli” gömrük postuna daxil olduqdan sonra tərəziyə getmiş, bundan sonra Azərbaycan gömrükçüləri X5 idarə etdiyi nəqliyyat vasitəsinin yanacaq çənində olan yanacağın miqdarını yoxladılar, yanacağın miqdarında hər hansı problem olmadı, daha sonra maşını post ərazisində kənar bir yerdə park eləmiş və özü gömrükçülərə yaxınlaşaraq pəncərədən sənədlərini təqdim etmiş, orada işləri bitdikdən sonra maşını yoxlamağa gətirmiş, maşın yoxlandıqdan sonra nəqliyyat vasitəsinin yük verinə gömrük təminatı olan plomb vuruldu, X5 nəqliyyat vasitəsini təqribən 5 metr qabaqa sürmüş və orada başqa bır gömrük əməkdaşı tərəfindən maşına GPS bağlandı, GPS bağlandıqdan sonra nəqliyyat vasitəsi skan qurğusundan keçirildi, skandan keçdikdə gömrük əməkdaşları X4 nəqliyyat vasitəsinin yük verində şübhəli yerlər göründüyünü deyərək nəqliyyat vasitəsini anbara sürməli olduğunu dedilər, o da idarə etdiyi 44AB255/44AB256 nömrə nişanlı yük avtomobilini gömrük əməkdaşının müşayiəti ilə anbara sürmüş, anbarda idarə etdiyi 44AB255/44AB256 nömrə nişanlı yük avtomobilinin qoşqu hissəsi açıldı, skanda əks olunan şübhəli görsənən hissədə nəyin olması müəyyənləşdi, daha sonra qoşqu hissəyə plomb gömrük təminatı vurularaq təyinatı üzrə yola salındı, X5 xx.xx.2024-cü il tarixdə günorta vaxtı təyinatı üzrə “İpək yolu” gömrük postuna çatmışdır, həmin postda gətirdiyi yüklərə gömrük əməkdaşının, nümayəndənin iştirakı ilə baxış keçirildi, baxış nəticəsində etiketlər aşkar olundu, 44AB255/44AB256 nömrə nişanlı yük avtomobili yüklər oyuncaqlar yükü olmuşdur, lakin hansı şəxsə gətirdiyini bilmir, həmin yükləri İran İslam Respublikasının Tehran səhərində yükləmişdir və mallar yüklənərkən orada iştirak etmişdir, gətirdiyi mallara dair müvafiq sənədləri “Zarin Borna LTD” nəqliyyat şirkətin X8 Respublikasının Astara gömrük postunun yaxınlığında təqdim edib, mallar idarə etdiyi 44AB255/44AB256 nömrə nişanlı yük avtomobilinə yüklənərkən o y u n c a q l a r d a n əlavə həmin etiketlər də yüklənmişdir və yüklənən zaman ovuncaq yükünü yükləyən zavodun nümayəndəsinə bu barədə bildirmiş və onlar da X5 həmin etiketin sənədlərdə əks olunacağını ona bildirmişlər, bu barədə onlara dəfələrlə məlumat vermişdir ki, həmin mallar da sənədlərdə öz əksini mütləq tapmalıdı, çünki sənədlər ingilis dilində yazıldığından o dili bilmir, onlar dəfələrlə bildirdilər ki, sənədlərdə mütləq öz əksini tapacaq, narahat olma, həmin sənədlərdə əksini tapmayıbsa o, onun günahı deyil. İş materiallarında olan İnzibati xəta haqqında protokolda və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsində Şəxs MMC-nin direktoru Azərbaycan Respublikasının vətəndaşı Nümayəndə izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, Şəxs MMC-nin əsas fəaliyyəti müxtəlif növ məhsulların idxalını, həmin məhsulların satışını kecirməkdən ibarətdir, bu islərin görülməsi məqsədilə Türkiyə Respublikasından və İran islam Respublikasından müxtəlif adda mallar idxal edilir, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Şəxs MMC-nin ünvanına İran İslam Respublikasının “X6” şirkətindən 44AB255/44AB256 nömrə nişanlı yük avtomaşınında plastik ovuncaq yükü daxil olmuşdur, həmin yük Bakı Baş Gömrük İdarəsində **********8615 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir, idxal edilmiş mallar Şəxs MMC və iran İslam Respublikasının “X6” şirkəti arasında bağlanmış 04/24 nömrəli xx.xx.2024-cü tarixli müqavilə əsasında sifariş edilmişdir, idxal edilmiş mallara görə qarsı tərəfə ödənişlər tam səkildə həyata keçirilmişdir, həmin malların sifarişi Nümayəndə tərəfindən həyata keçirilib, mallar Şəxs MMC-və məxsusdur, ümumiyyətlə, ixracatçı şirkət 44AB255/44AB256 nömrə nişanlı yük avtomaşınına mallar yüklənərkən ancaq plastik qeyd olunan sənədlər bizə göndərilmişdir, biz də həmin sənədləri broker şirkətinə göndərmişdik ki, mallar gömrük ərazisinə daxil olmamışdan öncə qısa idxal bəyannaməsi tərtib edilsin, həmin sənədlər əsasında **********2843 sorğu nömrəli qısa idxal bəyannaməsi tərtib medilərək gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmişdir, həmin qısa idxal bəyannaməsində plastik oyuncaqlar yükü qeyd olunmuşdur, sonradan İran İslam Respublikasının “SaharJabaroti Trading” şirkəti tərəfindən Nümayəndə bildirilmişdir ki, 44AB255/44AB256 nömrə nişanlı yük avtomaşına əlavə etiket yükünü yükləmişik, yüklədiyi etiketlərlə bağlı məlumatı invoysa əlavə etmişik və həmin sənədi yenidən sizə göndəririk, həmin malların da ödənişini qarşı tərəfə həyata keçirmişik, ixracatçı şirkət hər iki malın göstərildiyi invoysu Nümayəndə göndərmişdir, lakin islərinin çox olması ilə əlaqədar diqqətindən yayınaraq broker şirkətinə bu barədə məlumat verməmişdir, bu səbəbdən də həmin mallar gömrük bəyannaməsində öz əksini tapmamış və gömrük orqanına bəyan edilməmişdir, həmin malları qanunamüvafiq qaydada rəsmiləşdirmək niyyətindəyik. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyin malların qiymətini müəyyən etmək üçün 70 № ekspertiza aktına əsasən xx.xx.2024-cü il tarixinə 1 ədəd “Lider” nişanlı etiket təxmini orta bazar qiyməti-0.3 AZN olmaqla, 3500 ədəd “Lider” nişanlı etiketlərin təxmini orta bazar qiyməti-1050 AZN müəyyən edildi. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, S-Line” MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, S-Line” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan gömrük orqanına bəyan edilməyən malların dəyərinin 40(qırx) faizi məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 34.3, 40, 43, 114-115, 482.1 və 482.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 1050 (on min əlli) Azərbycan manatı məbləğinin qırx faizi miqdarında, yəni 450 (dörd yüz əlli) Azərbaycan manatı cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-1571/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1571/2024
01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver