Məhkəmə qərarları › İş №3(009)-1573/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1573/2024

17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1573/2024 17.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X1, İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsi X2 iştirakları ilə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Neftçilər prospektində hərəkətdə olan zaman YPX-nin əməkdaşı onu saxlamışdır. Saxlama səbəbini soruşduqda avtomobil arxa işıqlarında plonka olduğunu bildirmişdir. O da polis əməkdaşına bildirdirmişdir ki, avtomobili təzə almış və plonka olduğundan məlumatsızdır. Polis əməkdaşının yanında plonkanı işıq cihazının üzərində sökmüş, birini söküb qurtarırmış ki, polis əməkdaşı hava soyuq olduğunu bəhanə edərək işi saxlamağını və avtomobili cərimə meydançasına aparacağını bildirmişdir. O da bildirdirmişdir ki, uşağı götürməyə gedir. Plonkanı söküb cərimə yazsın, o da hərəkətə davam etsin. O isə bildirmişdir ki, avtomobil cərimə meydançasına aparır, əgər getmirsə PPX çağırıracaq. O da uşağı vaxtında götürüb gecikməsin deyə əməkdaşın qanunsuz tələbinə əməl etmiş və avtomobili cərimə meydançasına aparmışdır. Avtomobili saxladıqdan sonra yerində protokol yazılmasını tələb etmişdir. Amma yerində protokol tərtib olunmamışdırı. 1-2 gün gözləmiş, ümid etmişdir ki, protokol yazılması üçün dəvət olunacaq amma dəvət olunmadığından xx.xx.2024 tarixində özü BŞBPİDYPİ-nə yaxınlaşmışdır. Baş verən hadisəni danışmışdır. Ordan buraxılış vəsiqəsi təqdim edilmiş və cərimə meydançasına getmişdir. Həmin sənədi təqdim edib avtomobili çıxartmışdır. Bir müddət keçdikdən sonra mobil telefonuna asanpaydan sms daxil olmuşdur. Sms baxan zaman barəsində protokol yazıldığının şahidi olmuşdur. Ümid edib ki, xəbəri olmadan və avtomobili cərimə meydançasından çıxartdıqdan sonra yazılmış qanunsuz protokolla bağlı dəvət olunacaq və iştirakı ilə Qərar qəbul olunacaqdır. Yenədə hüquqları pozulmuş və iştirakı təmin olunmadan Qərar verilmişdir. Baş verən hadisəni və pozulmuş hüquqlarımı qısa formada nəql etmişdir: 1. Yerində plonkanı ləğv edirsə polis əməkdaşı niyə qanunsuz tələb irəli sürür və avtomobili cərimə meydançasına aparır? 2.Hadisə xx.xx.2024-cü il tarixində baş veribsə xx.xx.2024-cü il tarixində protokol tərtib olunub? Bu bir daha sübut edir ki polis əməkdaşı İnzibati Xətalar Məcəlləsi üzrə vəzifələrini bilmir? İnzibati Xətalar Məcəlləsinə görə protokol yerində tərtib olunur. Xəta baş verdikdən və aşkar edildikdən 72 saat keçəndən sonra tərtib olunmur. 3.xx.xx.2024-cü il tarixində hadisə baş veribsə niyə xx.xx.2024-cü il tarixində protokol tərtib olunur? 4.Protokolda qeyd olunan İnzibati Xətalar Məcəlləsinin 342.5 maddəsinə görə xəta yerində aradar qaldırıla bilər, hava soyuq olması səbəbdirmi polis əməkdaşı xətanı yerinde aradan qaldırmağa imkan vermədi? 5. Hava soyuqdur bahanəsi ilə avtomobil cərimə meydançasına aparıla bilər? Nazirlik polis əməkdaşına qış geyimi vermir ki, əməkdaş da üşüyür və xətanı yerində aradan qaldırılmasını gözləmək istəmir? 6. Hava soyuqdur bahanəsi ilə avtomobil cərimə meydançasına aparıla bilər? Nazirlik polis əməkdaşına qış geyimi verirsə onda əməkdaşın üşüməsinin səbəbi nədir? 7. Protokolla razılaşmayanda yerində Qərar qəbul olunmur. Polis əməkdaşı nə vaxt yerində protokol yazdı ki o razılaşmadı? Yaxşı razılaşmayıbsa, niyə dəvət olunub iştirakı ilə Qərar qəbul olunmayıb? 8. Qərar qəbul edən polis mayoru H.Paşazadə tərtib olunan protokala baxıb? İnanmır baxsın çünki Qərar qəbul edən vəzifəli şəxs protokola diqqət etsəydi İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud pozulması faktını aşkar edərdi və protokolu ləğv edərdi. Bundan başqa protokola baxılanda protokolun tərtib olunma tarixi 24.02 yazılıb amma hadisənin 21.02-də baş verdiyi qeyd olunub. 72 saatdan sonra niyə? Qərar qəbul edən vəzifəli şəxs əməkdaşa sual vermir ki 21.02 hadisə aşkar olunubsa niyə 24.02 -də protokol tərtib edib? X9 Məcəlləsinin tələbinin pozulması deyilmi? Əməkdaşın vəzifə təlimatını bilməməsi deyilmi? Qərar qəbul edən şəxs ərazidə olan kameralara baxış eləyib mi? Orda görsənmirki plonkanı sökür. Həmçinin protokol tərtib edənin üzərində olan səs yazma qulaq asıb ki, orda əməkdaş deyir ki, soyuqdur hava bu səbəbdəndə avtomobili aparıram cərimə meydançasına. İnanır ki, qeyd etdiklərinə diqqət edilsə idi o qərarı verməzdi . Yuxarıda qeyd etdiyi 8 (səkkiz) ədəd məsələ barəsində Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət ünvanlamış, lakin ərizəyə qeyd etdikləri barədə heç bir rəsmi cavab ala bilməmişdir. Yuxarıda qeyd etdiklərinə əsaslanaraq protokolun və protokoldan çıxarılmış qərarın qanuna zidd və əsasız olduğunu nəzərə alaraq protokoldan çıxarılmış qərarın ləğv edilməsinə köməklik edəsiniz. Əlavə olaraq qeyd edir ki, 3(009)-1262/2024 saylı Səbail Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2024-ci il tarixində İXP6056603 nömrəli protokoldan çıxarılmış qərar ləğv edilmişdir. X8 Məcəlləsinin maddələri yenə kobudcasına pozularaq qərar çıxarılması 20 gün gözlənilməli olduğu halda ele qərarın ləğv olduğu gün yenidən qərar çıxarılmışdır. Göstərilənləri nəzərə alaraq İXP6056603 nömrəli protokol İnzibati Xətalar Məcəlləsinin maddələrinin kobudcasına pozularaq tərtib olunduğunu nəzərə alaraq protokolun ləğv olunması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X4 şikayətini müdafiə edərək bildirmişdir ki, avtomobili alanda üzərində örtük olduğunu bilməmiş, bu barədə əvvəllər heç bir polis əməkdaşı tərəfindən xəbərdarlıq edilməmişdir. Protokolda və qərarda qeyd edilmişdir ki, nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsidir. Lakin o, örtüyü götürərək nasazlığı aradan qaldırmağa çalışmış, ancaq polis əməkdaşları buna imkan verməmişdir. Bu səbəbdən avtomobili günlərlə cərimə meydançasında qalmış, üzərinə həbs qoyulmuşdur. Bundan başqa protokol 48 saat sonra tərtib edilə bilməz. İnzibati xəta haqqında protokol 24 fevral 2024-cü il tarixdə tərtib edilsə də, qərarda 21 fevral 2024-cü il tarixdə tərtib edildiyi qeyd olunmuşdur. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini və TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbehvermə haqqında qərar çıxarmış orqanın nümayəndəsi X5 şikayətə etiraz edərək bildirmişdir ki, iş materiallarına əlavə edilmiş videogörüntüdən inzibati xətanın baş verməsi öz əksini tapır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinə əsasən sürücü hər avtomobilinə minmədən əvvəl ona baxmalıdır. Bu səbəbdən görməməyi mümkün deyildir. Artıq neçə ildir ki, avtomobili idarə edir və həmin örtüyü görməli idi. Bundan başqa nasazlığı yerində aradan qaldırmaq onu tez bir zamanda etmək deməkdir, saatlarla gözləmək polisin vəzifəsi deyil. Qərardan verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərardan görünür ki, X4 21 fevral 2024-cü il tarixdə saat 15:20-də Bakı şəhəri, Neftçilər prospekti ərazisində “Toyota Harrier minik” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsini idarə etdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş və o, 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(009)-1262/2024 saylı qərarı ilə X1 şikayəti qismən təmin edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 05 mart 2024-cü il tarixli TP ******* saylı inzibati tənbehvermə barədə qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli sms bildirişlərindən görünür ki, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil 50 (əlli) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, X3 məxsus “Toyota Harrier minik” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa xarici işıq cihazının üzərinə örtük yerləşdirilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X4 21 fevral 2024-cü il tarixdə saat 15:20-də Bakı şəhəri, Neftçilər prospekti ərazisində “Toyota Harrier minik” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsini idarə etdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarla kifayət qədər sübuta yetirilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən şikayətçi qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X1 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 -ci bəndinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; Göründüyü kimi qanununvericiliyin tələbi yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərə tabe olmaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Texniki cəhətdən nasaz olan bu Qanunun 30-cu maddəsinin Vİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri yol hərəkətinə buraxılmamalıdırlar. Həmin maddənin İİİ hissəsinə əsasən texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Beləliklə, məhkəmə X1 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X1 xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsini istismar edərək inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X1 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar