Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1573/2025 04.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş AR Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Statistika İdarəsi tərəfindən tərtib edilmiş 12 iyun 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, 2025-ci ilin (aylıq) 12-Xidmət hesabatı may ayı üzrə iyun ayının 5-ci iş günü saat 13:00-dək təqdim edilməli olduğu halda, Şəxs MMC tərəfindən həmin vaxtadək Bakı şəhər Statistika İdarəsinə təqdim edilməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş AR Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsinin nümayəndəsi Nümayəndə2 Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsinə əsasən qanuni tədbirlər görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Şəxs MMC-nin nümayəndəsi növbəti məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şəxs MMC-nin xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş etiraz ərizəsində və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 əvvəlki məhkəmə iclasında təqdim etdiyi elektron poçt ünvanından çıxarışda 2025-ci ilin (aylıq) 12-Xidmət hesabatının (may ayı üzrə) xx.xx.2025-ci il tarixdə saat 10:20 radələrində Bakı şəhər Statistika İdarəsinin məsul əməkdaşı Nümayəndə2 elektron poçt ünvanına göndərilməsi ilə bağlı 01 vərəqdən ibarət sənəd təqdim edilmişdir. Bakı şəhər Statistika İdarəsinin nümayəndəsi etiraz və həmin sənədlə tanış olaraq həmin xüsusatla razı olmamış, həmin sənədin saxta olduğunu bildirmişdir. Belə ki, Nümayəndə2 məhkəməyə Nümayəndə1 ilə telefon üzərindən yazışmasını təqdim edərək ona məxsus “Elektron ünvan ” elektron poçt ünvanını xx.xx.2025-ci il tarixdə saat 15:10-da Nümayəndə1 təqdim etmiş və həmin tarixdə rəsmi səlahiyyətli şəxs tərəfindən imzalanmayan hesabat Bakı şəhər Statistika İdarəsinə təqdim edilmişdir. Məhkəmə tərəfindən qeyd olunan xüsusatla bağlı qarşı tərəfin fikri öyrənilmiş, hətta məhkəmədə ona elektron poçt ünvanına daxil olmaq üçün (göndərilən sənədlər qovluğuna baxılması məqsədilə) şərait yaradılmış, lakin məhkəməyə təsdiqedici hər hansı görüntü təqdim edə bilməmişdir. Şəxs MMC-nin nümayəndəsi elektron poçt ünvanından çıxarışın təqdim edilməsi üçün məhkəmədən iclasın təxirə salınmasını xahiş etmiş və məhkəmə sübutun təqdim edilməsi üçün iclası təxirə salmışdır. Lakin Şəxs MMC-nin nümayəndəsi hər hansı üzrlü səbəb olmadan növbəti məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan təqdim edilmiş icraat materialları əsasında baxılmışdır. Məhkəmə, proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan rəsmi statistika hesabatından görünür ki Şəxs MMC 2025-ci ilin (aylıq) xidmət hesabatı may ayı üzrə iyun ayının 5-ci iş günü saat 13:00-dək təqdim etməli olduğu halda, həmin vaxtadək təqdim etməmiş, bununla da, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən ölkə ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə əsasən statistik müşahidələrinin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115 və 389-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs (**********) MMC Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Afət Quliyeva
Məhkəmə qərarları › İş №3(009)-1573/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1573/2025
04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver