Məhkəmə qərarları › İş №3(009)-1574/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1574/2021

05.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1574/2021 05.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qəribli Günel Adil qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail RPİ-nin 8-ci PB-nin sahə inspektoru X2, X10 İdarəsinin YPX-nın inspektoru X1, X10 İdarəsinin YPX-nın inspektoru X3, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs Mövsüm oğlunun, Barəsində inzibati protokol tərtib edilmiş şəxsin müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Azərbaycan Respublikasında anadan olmuş, ABŞ vətəndaşı, işsiz, subay, əvvəllər məhkum edilməmiş, ABŞ-ın Quinlan Park RD APT 3305 Austin TX 78732 ünvanında qeydiyyatda olan Şəxs Mövsüm oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Səbail RPİ-nin 8-ci PB-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Səbail RPİ-nin 8-ci PB-dən Səbail Rayon Məhkəməsinə Şəxs Mövsüm oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material daxil olmuşdur. İş materiallarında olan MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 04 avqust 2021-ci il tarixdə saat 16:50 radələrində Səbail rayonu, A.İsmayılov küçəsində DYPİnin YPX alayının MEB-i polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan Şəxs Mövsüm oğlunun izahatından görünür ki, o, 4 avqust 2021-ci il tarixdə saat 12:00 radələrində yol polisi tərəfindən saxlanılaraq yol hərəkəti qaydasını pozduğuna görə barəsində protokol tərtib ediləcəyi bildirilmişdir. Daha sonra yol polisi digər əlavə şeylər üzə çıxarmaqla qıcıqlı vəziyyət yaratmış, vəziyyətə aydınlıq gətirmək üçün idarə polisinə şikayət etmək istəyini bildirmiş, bundan sonra o, öz razılığı ilə maşına oturaraq həmin idarəyə aparılmışdır. Oraya çatanda idarənin yerinə göl düzündə şlaqbaumla qapalı sahəyə gətirildiyini anlamışdır. Şəxs Mövsüm oğlu ətrafda heç nəyin olmamasından narahat olaraq post patrul xidmətinin çağırılmasını dəfələrlə təkid etməyinə baxmayaraq yol polisi təhqiramiz şəkildə onu provakasiyaya çəkərək post patrul xidmətini dəvət etməkdən imtina etmişdir. Bundan sonra yol polisi post patrul xidmətini onun adından deyi, öz şikayəti əsasında çağırmış, buna səbəb isə onu təhqiramiz ifadələrlə provakasiyaya çəkdikdən sonra lentə aldığı videonu göstərmək istəməsi olmuşdur. Daha sonra 8-ci PB-nə gətirilmiş və PB-nin rəisi tərəfindən təhqir və təhdid olunmuşdur, bundan sonra tutulmağı barədə ona məlumat verilmişdir. İş materiallarında olan AZ № 007481 seriyalı İnzibati qayda tutma haqqında protokol surətindən görünür ki, Şəxs Mövsüm oğlu 04 avqust 2021-ci il tarixdə saat 21:10 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail RPİ-nin 8-ci PB-nin sahə inspektoru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs Mövsüm oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən X10 İdarəsinin YPX-nın inspektoru X4 bildirmişdir ki, Şəxs Mövsüm oğlu yol hərəkəti qaydasını pozduğuna görə saxlanılmış, bundan sonra ona şüşə örtücüsünün sökməli olduğu bildirilmiş, lakin o, etiraz eləmiş, daha sonra duracağa gətirilərkən nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında iştirak edən X10 İdarəsinin YPX-nın inspektoru X6 bildirmişdir ki, polis əməkdaşları ona qarşı hər hansı nalayiq ifadə işlətməmiş, əksinə onu sakitləşdirməyə çalışmış, lakin buna baxmayaraq Şəxs Mövsüm oğlu polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mövsüm oğlu izahatında bildirmişdir ki, protokolla razı deyil, özünü təqsirli bilmir, məhkəmədən iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati protokol tərtib edilmiş şəxsin müdafiəçisi Vəkil bildirmişdir ki, protokol qanunsuz olaraq tərtib olunmuşdur, əməldə inzibati xəta tərkibi yoxdur. Odur ki, qeyd edilənlərə əsasən ədalətli qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1.-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Şəxs Mövsüm oğlu oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələbləri pozulmuşdur. Qeyd olunananlara və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Mövsüm oğlunun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi var və ona 200 (iki yüz) məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114.1.1, 115.1, 117, 128 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Mövsüm oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi (alındığı) gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar