Məhkəmə qərarları › İş №3(009)-1576/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1576/2020

18.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1576/2020 18.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmədov Cahan Arif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs DİN-in Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin sahə inspektoru, polis leytenantı Sərxan Ələkbərlinin iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası DİN-in Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN-in Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsindən Səbail Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material daxil olmuşdur. İş materiallarında olan MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx xxxxxx 2020-ci il tarixində Şəxs Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsində qonşuluğunda yaşayan X1 və ailə üzvlərini təhqir etmişdir. İş materiallarında olan Şəxs izahatından görünür ki, qonşusu X2 onun evi və həyətyanı sahəsi arasında hasar tikmək niyyətindədir. Lakin ərazi sürüşmə zonasında yerləşdiyindən, orada hər hansı hasar tipli tikilinin tikilməsi imkansızdır. Belə ki, tikildiyi halda ətrafda yaşayan insanlara və digər tikililərə zərər dəyə bilər. Aralarındakı mübahisə uzun zamandır davam edir. Davamlı olaraq, uzun müddətdir ki, Sakit İsmayılovun təqsiri ucbatından aralarında münaqişə yaranıb. xx.xx.2020-ci il tarixində də, aralarında olan mübahisə zamanı hirsli olduğu üçün o da Sakiti təhqir edib söymüşdür. Bu səbəbdən polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. İdarədə ona törətdiyi əməl izah edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs DİN-in Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin sahə inspektoru, polis leytenantı Sərxan Ələkbərli inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, özünü təqsirli bilir, əməlindən peşmandır. Əməlindən peşmandır. Yüngül inzibati tənbeh edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi var və onun 100 (yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114.1.1, 115.1, 117, 128 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəl-lə-sinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM:İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar