Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1577/2022 26.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail Rayon icra Şöbəsinin icra məmuru X4, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1980-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Səbail rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Yasamal Rayon Məhkəməsinin MTT(004)-181/2022 saylı, 21,06.2022-ci il tarixli icra sənədi üzrə tələbi icra etməyən xx.xx.1967-ci il tarixdə Tərtər rayonu, Dəmirlər kəndində anadan olmuş Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokola əlavədən görünür ki, Yasamal Rayon Məhkəməsinin MTT(004)-181/2022 saylı, 21,06.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016- cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Şəxs oğlundan hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində aliment alınaraq X3 verilməlidir. icra sənədi üzrə xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar qəbül edilrək tələbin könüllü icrası barədə bildirişlə birlikdə borcluya göndərilmişdir. Borclu icra sənədində göstərilən tələbi təmin etmədiyindən onun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyəti təşkilatlara sorğu ilə müraciət edilmiş, lakin tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. İcra sənədi üzrə tələbkar xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək borclunun 772 manat borcun olduğunu, borclunun inzibati məsuliyyətə cəfb edilməsi ilə bağlı tədbirlər görülməsini xahiş etmişdir. Müxtəlif tarixlərdə borc məbləğinin ödənilməsi ilə bağlı rəsmi və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq borclu yaranmış borcun ödənilməsini, eyni zamanda aylıq alimentlərin ödənilməsini təmin etməmişdir. Borclu icra sənədi üzrə yaranmış borcun ödənilməsini təmin etməmiş, icra məmrunun qanuni tələblərinə əməl etməyərək çağırış üzrə gəlməkdən yayınmışdır, icra məmurunun qanuni tələblərinə əməl etməyərək çağırışlardan yayınmış borclu barəsində xx.xx.2022-ci il tarixli borclunun məcburi gətirilməsinə dair qərar qəbul edilərək qərarda göstərilən tələbin icrası məqsədilə borcluya göndərilmişdir. Borclu qərarda göstərilən tələbi könüllü şəkildə təmin etmədiyindən onun barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli təqdimat baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2022- ci il tarixində icra prosesindən qayıdan zaman borclu yaşadığı ərazidə icra məmurları tərəfindən aşkar edilmiş və şöbəyə dəvət olunmuşdur. Borclu izahatında borc məbləğindən hazırda ödəniş edə bilmədiyini, ay sonunda ödəniş edəcəyini bildirmişdir, icra məmurunun çağırışlarına əməl etməməyini isə müxtəlif bəhanələrlə izah etməyə çalışmışdır. Tələbkar şöbəyə dəvət olunmuş, onunla profiloktik söhbət aparılmış, lakin o yaranmış borcu tam olaraq tələb etdiyini, əks halda borclu barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Hazırda icra sənədi üzrə 2316 manat aliment borcu mövcuddur. Nəticədə borclu Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Məhkəmə iclasında iştirak edən Səbail Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 borclu Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxsnun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 borcun tam məbləğdə ödənilməsini tələb etdiyini bildirmiş və Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, icra sənədinin icrasından yayınmır, hazırda ödəniş edə bilmir, ayın sonunda ödəniş edəcək, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə məhkəmə iş materiallarını araşdırıraq belə qənəatə gəlir ki, Şəxs məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxsnun hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi var və onun 500 (beş yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1577/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1577/2022
26.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver