Məhkəmə qərarları › İş №3(009)-1579/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1579/2022

12.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1579/2022 12.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 2-ci ərazi X12 İdarəsinin inspektoru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndələri X6 və X2 iştirakları ilə, Şəxs QSC -nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 16 sentyabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 2-ci ərazi X12 İdarəsinin inspektoru X10 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, 16 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2022-ci il tarixdə ünvan 1ləşən Şəxs şirniyyat mağazasında keçirilən X15 zamanı nəzarət-siqnal qurğularına və cihazlarına yanaşma yollarının əşyalarla tutulduğu müəyyən olunmuşdur. (YTQ 03-2002 bənd 3.16.3). Qeyd olunan obyektdə cihaz qarşısında stend quraşdırılmışdır. Stendlərin üzərində isə satış üçün nəzərdə tutulmuş mallar qoyulmuşdur. Əslində isə nəzarət-siqnal qurğularına və cihazlarına yanaşma yollarının qarşısı boş olmalıdır. Həmçinin yoxlama aparılarkən qeyd edilən obyektdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış xx.xx.2022-ci il tarixdə təqdim edilmiş, yoxlama isə xx.xx.2022-ci il tarixdə həyata keçirilmişdir. Şəxs QSC-yə məxsus obyektdə yoxlama haqqında qərarın surəti 5 gün öncədən obyektə təqdim edilə bilməməsinə səbəb yoxlamanın vahid məlumat reyestr sistemində yaranmış gecikmə ilə əlaqədar olmuşdur. Bununla bağlı təqrir tərtib edilmişdir. Yoxlamanın nəticələri barədə akt bir nüsxədə tərtib edilmiş və sürəti yoxlama aparılan obyekt səlahiyyətli şəxsə təqdim edilmişdir. xx.xx.2022-ci il tarixdə isə inzibati xəta haqqında protokol tərtib edilərək Şəxs QSC-yə göndərilmişdir. Ədliyyə Nazirliyində qeyd edilən obyetin ünvanı ünvan 1ləşdiyi qeyd olunmuşdur. Ünvanın fərqli olduğu halda (ünvan 2 icarə müqaviləsi və ya digər zəruri məlumatlar təqdim edilə bilərdi, lakin həmin sənədlər təqdim olunmamışdır. Qeyd olunanları nəzərə alaraq Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinə əsasən qanuni tədbirlər görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsi X6 məhkəmə iclasında inzibati xəta haqqında protokola etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 2-ci ərazi X12 İdarəsinin inspektoru vəzifəsində işləyən X10 tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Bakı şəhəri,Səbail rayonu,Badamdar şossesi,ev yolun kənarı 1-ci mərtəbə (ünvan 2 ünvanında yerləşən mağazasında plan üzrə keçirilən X9 nəticələrinə əsasən Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən guya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta törədilməsi barədə xx.xx.2022-ci il tarixdə qanunsuz və əsassız olaraq MN ******* nömrəli “İnzibati xəta haqqında” protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 2-ci ərazi X12 İdarəsinin inspektoru vəzifəsində işləyən X10 tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Bakı şəhəri,Səbail rayonu,Badamdar şossesi,ev yolun kənarı 1-ci mərtəbə (ünvan 2 ünvanında yerləşən mağazasında plan üzrə keçirilən X9 nəticələrinə əsasən Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta törədilməsi barədə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş MN ******* nömrəli “İnzibati xəta haqqında” protokol qanunsuz və əsassız olduğundan aşağıdakılara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış KY ********* nömrəli Çıxarışa əsasən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Bakı şəhəri,Səbail rayonu,Badamdar şossesi,ev yolun kənarı 1-ci mərtəbə (ünvan 2 ünvanında yerləşən mağazasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 2-ci ərazi X12 İdarəsinin inspektoru vəzifəsində işləyən X10 tərəfindən plan üzrə yoxlama keçirilmiş və guya Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta törədilməsi müəyyənləşdirilmiş və xx.xx.2022-ci il tarixdə qanunsuz və əsassız olaraq bu barədə MN ******* nömrəli “İnzibati xəta haqqında” protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə-inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasında Baş X4 İdarəsinin rəisinin 25 may 2001-ci il tarixli 85 nömrəli Əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X1” və 06 may 2002-ci il tarixli 43 nömrəli Əmri ilə təsdiq edilmiş ”Ticarət və X8,Yarmarkalar,Baza və Anbarlar üçün X1” qüvvədədir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 2-ci ərazi X12 İdarəsinin inspektoru X10 tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi,ev yolun kənarı 1-ci mərtəbə (ünvan 2 ünvanında yerləşən mağazasında yoxlamanın aparılması haqqında qərarın surəti və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış, Şəxs QSC-yə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 2-cü ərazi X12 İdarəsinin inspektoru vəzifəsində işləyən X10 tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, ev yolun kənarı 1-ci mərtəbə (ünvan 2 ünvanında yerləşən mağazasının fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta törədilməsi barədə xx.xx.2022-ci il tarixdə MN N2 ******* nömrəli “İnzibati xəta haqqında” protokol düzgün tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cu maddəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi qaydası təsbit edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinə görə, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti inzibati xəta haqqında protokolda göstərilməlidir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 2-ci ərazi X12 İdarəsinin inspektoru vəzifəsində işləyən X10 tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, ev yolun kənarı 1-ci mərtəbə (ünvan 2 ünvanında yerləşən mağazasında plan üzrə keçirilən X15 zamanı yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasının və ya yerinə yetirilməməsinin heç bir konkret halları müəyyən edilmədiyi üçün inspektor X10 Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta törədilməsi barədə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş MN ******* nömrəli “İnzibati xəta haqqında” protokolda inzibati xətanın mahiyyətini göstərə bilməmiş, protokolun tərtibinə qanuni don geyindirmək məqsədi ilə “inzibati xətanın törədildiyi yer,vaxt və xətanın mahiyyəti” hissəsinə “xx.xx.2022-ci il tarixində ünvan 3 ünvanında yerləşən Şəxs şirniyyat mağazasında keçirilən YTM zamanı nəzarət siqnal qurğularına yanaşmaq yolları əşyalarla tutulduğu müəyyən olundu YTQ 03-2002 bənd 3.16.3” məzmunu anlaşılmayan sözləri protokola daxil etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 2-ci ərazi X12 İdarəsinin inspektoru vəzifəsində işləyən X10 tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi,ev yolun kənarı 1-ci mərtəbə (ünvan 2 ünvanında yerləşən mağazasında plan üzrə keçirilən X9 nəticələrinə əsasən Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta törədilməsi barədə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş MN ******* nömrəli “İnzibati xəta haqqında” protokolda inzibati xətanın törədildiyi yer, mahiyyəti göstərilməməkdə, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməməklə və bu barədə protokolda müvafiq qeyd aparılmamaqla, protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmamaqla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılmamaqla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatlarının və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları təmin edilməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininl 100.1.4,100.2,100.3,100.4-cü maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli Qərarının 2-ci bəndində göstərilir: İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 noyabr 2021-ci il tarixli Qərarında göstərilir. Konstitusiya Məhkəməsi Plenumu inzibati xəta haqqında protokolun hüquqi mahiyyətinin və əhəmiyyətinin açıqlanmasını zəruri hesab edir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçiin əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş iizrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibati-delikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir. Qeyd olunmalıdır ki, inzibati xəta haqqında protokola məhkəmə tərəfindən baxılaraq müvafiq qərarın qəbul edilməsi ilə səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından verilən şikayətə məhkəmə tərəfindən baxılmasının qayda və şərtləri fərqlidir. İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu inzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 noyabr 2021-ci il tarixli Qərarının 3-cü bəndində göstərilir: “müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir.” “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyul 2004-cü il tarixli, 688-11 QD saylı Azərbaycan Respublikasının Qanqnunqn İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında göstərilir ki, “Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir”. Bundan əlavə,”Yanğın təhlükəsizliyi haqqında” (10 iyun 1997-ci il tarixli) Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin birinci hissəsinin üçüncü cümləsinə görə, sahibkarlara münasibətdə X12 “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” (20 oktyabr 2015-ci il tarixli) Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə görə,bu Qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” (2 iyul 2013-cü il tarixli) Azərbaycan Respublikası Qanununun 2.1 -ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar,müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə görə, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra-qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.3-cü maddəsinə görə, bu Məcəllənin 602.1-ci və 602.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, yoxlayıcı orqan və ya yoxlayıcı tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda yoxlamalarla bağlı müəyyən edilmiş tələblərin və prosedurların pozulmasına görə-inzibati məsuliyyət nəzərdə tutulmuş və bu qəbildən olan inzibati xətanı törədən vəzifəli şəxslər beş yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə görə,sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər Azərbaycan Respublikasının qanunları və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktlarla müəyyən edilir. Yoxlamanın predmeti sahibkarın məcburi tələblərə riayət etməsinin qiymətləndirilməsidir. Həmin Qanunum 5.2-çi maddəsinə görə, sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin, yoxlamaların aparılması ilə bağlı normativ hüquqi aktların aydın olmayan və ya birbirinə zidd müddəaları aşkar edildikdə sahibkara münasibətdə daha əlverişli olan müddəa tətbiq edilir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 2-ci ərazi X12 İdarəsi tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, ev yolun kənarı 1-ci mərtəbə (ünvan 2 ünvanında yerləşən mağazasında yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı Şəxs QSC-yə göndərilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 2-ci ərazi X12 İdarəsinin inspektoru vəzifəsində işləyən X10 tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Bakı şəhəri,Səbail rayonu,Badamdar şossesi,ev yolun kənarı 1-ci mərtəbə (ünvan 2 ünvanında yerləşən mağazasında plan üzrə yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini,yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməmiş, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verməmişdir. Bununla da yoxlayıcı orqan tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17.3 və 20.1-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17.3-cü maddəsinə görə,yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Həmin Qanunun 20.1-ci maddəsinə görə,yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 2-ci ərazi X12 İdarəsinin inspektoru vəzifəsində işləyən X10 tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Bakı şəhəri,Səbail rayonu,Badamdar şossesi,ev yolun kənarı 1-ci mərtəbə (ünvan 2 ünvanında yerləşən mağazasında plan üzrə keçirilən X9 nəticələrinə əsasən Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən guya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta törədilməsi barədə xx.xx.2022-ci il tarixdə qanunsuz və əsassız olaraq tərtib edilmiş MN ******* nömrəli “İnzibati xəta haqqında” protokolun aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail rayon məhkəməsinə göndərilməsinə dair materiallarda həmin mağazada çəkilməsi ehtimal edilən foto şəkillər əlavə edilmişdir.Həmin fotoşəkillərin çəkilməsi zamanı yoxlayıcı foto avadanlıqdan istifadə etmək qərarı barədə Şəxs QSC-nin nümayəndəsinə imzası alınmaqla məlumat verməmişdir.Yoxlayıcı bu hərəkətləri ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 20.9-cu maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 20.9-cu maddəsinə görə, yoxlayıcı texniki vasitələrdən (audio, video və foto avadanlıqlarından, surət çıxar andan və skanerdən) istifadə etmək qərarını verdikdə bu barədə yoxlanılan sahibkara və ya onun nümayəndəsinə imzası alınmaqla məlumat verir. Yoxlanılan sahibkar və ya onun nümayəndəsi məlumatın alınması faktını imzası ilə təsdiqləməkdən imtina etdikdə yoxlayıcı tərəfindən imtina aktı tərtib edilir və bu barədə yoxlama aktında müvafiq qeydlər aparılır. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə görə, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmçinin yoxlama aktı iki nüsxədə tərtib edilməmiş, yoxlama aktının və ona əlavə edilmiş sənədlərin bir nüsxəsi sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilməmişdir. Göründüyü kimi,Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 2-ci ərazi X12 İdarəsinin inspektoru vəzifəsində işləyən X10 tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Bakı şəhəri,Səbail rayonu,Badamdar şossesi,ev yolun kənarı 1-ci mərtəbə (ünvan 2 ünvanında yerləşən mağazasında plan üzrə keçirilən X15 zamanı yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasının və ya yerinə yetirilməməsinin konkret halları müəyyən edilmədiyi halda, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığı halda Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta törədilməsi barədə xx.xx.2022-ci il tarixdə qanunsuz və əsassız olaraq MN ******* nömrəli “İnzibati xəta haqqında” protokol tərtib edilmişdir. Odur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 2-ci ərazi X12 İdarəsinin inspektoru vəzifəsində işləyən X10 tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Bakı şəhəri,Səbail rayonu,Badamdar şossesi,ev yolun kənarı 1-ci mərtəbə (ünvan 2 ünvanında yerləşən mağazasında plan üzrə keçirilən X15 zamanı yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasının və ya yerinə yetirilməməsinin heç bir konkret halları müəyyən edilmədiyi halda,yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığı halda Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta törədilməsi barədə xx.xx.2022-ci il tarixdə qanunsuz və əsassız olaraq MN ******* nömrəli “İnzibati xəta haqqında” protokol tərtib edilməsi nəzərə alınıb, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 3-cü ərazi X12 İdarəsinin inspektoru vəzifəsində işləyən X10 tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Bakı şəhəri,Səbail rayonu,Badamdar şossesi,ev yolun kənarı 1-ci mərtəbə (ünvan 2 ünvanında yerləşən mağazasında plan üzrə keçirilən X15 zamanı yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasının və ya yerinə yetirilməməsinin heç bir konkret halları müəyyən edilmədiyi halda,yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığı halda Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta törədilməsi barədə xx.xx.2022-ci il tarixdə qanunsuz və əsassız olaraq MN ******* nömrəli “İnzibatixəta haqqında” protokol tərtib edilməsini nəzərə alıb, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsi X7 eyni məzmunlu izahat verərək X3 qeyd etdiyi xususatları təsdiq etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, işə əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 2-ci ərazi X12 İdarəsi tərəfindən tərtib edilmiş 16 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2022-ci il tarixdə ünvan 1ləşən Şəxs şirniyyat mağazasında keçirilən X15 zamanı nəzarət-siqnal qurğularına və cihazlarına yanaşma yollarının əşyalarla tutulduğu müəyyən olunmuşdur. (YTQ 03-2002 bənd 3.16.3). Bununla da, Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 2-ci ərazi X12 İdarəsinin inspektoru X10 tərəfindən tərtib edilmiş təqrirə əsasən Şəxs QSC-yə məxsus obyektə yoxlama haqqında qərarın 5 gün öncədən obyektə təqdim edə bilməmiş, yoxlama tarixi xx.xx.2022-xx.xx.2022-ci ildədir. Yoxlama reyestr sistemində təsdiqə göndərdə qaldığı üçün çıxarış ala bilmir. Qeyd olunanlarla bağlı müvafiq tapşırıq verilməsini xahiş etmişdir. İşə əlavə edilmiş sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Şəxs QSC-də “Yanğın təhlükəsizliyi haqqında” Qanunun 25-ci maddəsinə əsasən yoxlama aparılması planlanmışdır. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 3799 nömrəli X9 Aparılması Haqqında qərardan görünür ki, Şəxs QSC-də planlı yoxlamanın aparılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş X12 Xidmətinin xx.xx.2022-ci il tarixli, 3799 nömrəli qərarına və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY221765022 nömrəli çıxarışa əsasən X12 üzrə Şəxs QSC, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, ev yolun kənarı 1-ci mərtəbə ünvanında aparılan planlı yoxlama ilə bağlı yerinə yetirilməyən tələblər aşağıdakılardır: - Elektrik qurğularının normativ sənədlərin tələblərinə uyğun quraşdırılması və istismar vəziyyəti ( YTQ №1-2001 bənd 6.1-6.10) - Ticarət, X8ndə, yarmarkalarda, bazarlar və anbarlarda yanğın avtomatikası qurğularının istismar vəziyyəti (YTQ № 03-2002 bənd 3.1-3.16.8) - Ticarət, X8ndə, yarmarkalarda, bazarlar və anbarlarda elektrik qurğularının istismar vəziyyəti (YTQ № 03-2002 bənd 3.19-3.19.27) İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 3799 nömrəli X15 Aktından görünür ki, Şəxs QSC, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, ev yolun kənarı 1-ci mərtəbə ünvanında aparılan planlı yoxlama zamanı aşkar olunmuş qanun pozuntuları aşağıdakılardır: - Nəzarət-siqnal qurğularına və cihazlarına yanaşma yolları əşyalarla tutulmuşdur. YTQ 03-2002 bənd 3.16.3 - Məftil və naqillərin, uc və şaxələrinin birləşdirilməsi, yanğın baxımından təhlükəli olan keçici müqavimətin törənməməsi üçün qaynaq, lehim və ya xüsusi sıxaclar vasitəsi ilə həyata keçirilməmişdir. YTQ 03-2002 3.19.6 - Obyektin elektrik aparatları və cihazları onu hazırlayan müəssisənin tövsiyyələrinə (təlimatına) uyğun olmayan şəraitdə və ya yanğına səbəb olan nasazlığı olduqda istifadəsinə eləcə də örtüyü zədələnmiş və ya sıradan çıxmış naqillərin və kabellərin istismarına yol verilir. YTQ 01-2001 bənd 6.5 İş materiallarına əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, Şəxs şirniyyat mağazasında nəzarət-siqnal qurğularına və cihazlarına yanaşma yollarının əşyalarla tutulmuşdur. İş materiallarına əlavə edilmiş 002-YT nömrəli xx.xx.2022-ci il tarixli əmrə əsasən Şəxs QSC-nin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, İ.Xəlilov 1 ünvanında yerləşən mağazasında baş satıcı X11 həmin obyektin yanğın təhlükəsizliyinə cavabdeh şəxs təyin edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 3799 nömrəli X15 materiallarına baxılması nəticələri üzrə qərara əsasən aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün görülməli tədbirlər göstərilməklə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 33.2-ci maddəsinə əsasən inzibati işin başlanması və çatışmazlıqların aradan qaldırılması barədə qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə ünvan 1ləşən Şəxs şirniyyat mağazasında keçirilən X15 zamanı nəzarət-siqnal qurğularına və cihazlarına yanaşma yollarının əşyalarla tutulduğu müəyyən olunmuşdur. (YTQ 03-2002 bənd 3.16.3). Bununla da, Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Göründüyü kimi iş materiallarına əlavə edilmiş sənədlər ilə Şəxs QSC Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115 və 518.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs QSC Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar