Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1580/2024 07.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Hüseyxanova Sevinc Eynur qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirləndirilmsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən tərtib edilmiş 02 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 02 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən X13 Xidmətinin nümayəndəsi X19 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, 2024-cü ilin may və iyun ayları ərzində Qarabağ və Şərqi Zəngəruz iqtisadi rayonuna giriş informasiya sistemi üzərindən aparılmış monitorinq nəticəsində əldə edilmiş məlumatlar əsasında 3 nəfər şəxsin əmək müqaviləsi olmadan orada işləməyə aparıldığı müəyyən edilmişdir. Sistemə baxılarkən icazənin Şəxs QSC tərəfindən alındığı görünür. Halbuki həmin şəxslər işçi kimi aparılsa da, sistemdə əmək müqavilələri yoxdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən X13 Xidmətinin nümayəndəsi X12 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs QSC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokola etiraz edərək izahatında bildirmişdir ki, portala baxılıb araşdırma aparılmadan protokol tərtib edilmişdir. X13 Xidməti tərəfindən tərtib edilmiş protokol tamamilə qanunsuz və əsassızdır. Protokol sadəcə portala əsaslanmış və heç bir digər sübutlarla və sənədlərlə təsdiq olunmamışdır. Kəlbəcər rayonu, İstisu ərazisində tikinti işlərinin görülməsinin satın alınması üzrə satınalma müqaviləsinə əsasən “Sifarişçi” Prezident Administrasiyasıdır. Şəxs QSC isə podratçıdır. Həmin işçilər şirkətin yox, fiziki şəxs kimi qeydiyyatdan keçmiş X9 və "xxxx" MMC-nin işçiləridir. Aralarında 01 oktyabr 2023-cü il tarixli və 12 aprel 2024-cü il tarixli subpodrat müqavilələri də mövcuddur. Fiziki və hüquqi şəxslər Şəxs QSC-ə tikinti işləri üçün işçi aparmaq üçün müraciət edirlər, onlar da siyahını Administrasiyaya təqdim edirlər və X8 Nazirliyindən icazə alır. Həmin 3 nəfər şəxslə aralarında müqavilə münasibətləri var, işəgötürən və işçi yox. İşçilərin əmək münasibətlərinə subpodratçılar, yəni onların işəgötürənləri cavadehdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən şahid X14 izahatında bildirmişdir ki, Şəxs QSC-də baş mühasib işləyir. İşləri həyata keçirmək üçün subpodratçılarla müqavilə bağlayırlar. Subpodratçılar da iş görmək üçün özlərinə işçi tapırlar. Həmin subpodratçılar birbaşa Daxili İşlər Nazirliyinin bazasından icazə ala bilmirlər. Buna səbəb “İstisu” tikinti layihəsinin Şəxs QSC-ə tapşırılmasıdır. Şirkətə icazə verilir ki, subpodratçılar yığsınlar və həmin subpodratçıların işçiləri olsun. Prezident Administrasiyasına siyahı göndərəndə həmin subpodratçıların ad, soyad, ata adı və ya VÖEN-i yazılır. Lakin icazə alan təşkilat Şəxs QSC hesab olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndələrinin, şahidin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 02 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “Qarabağ və Şərqi Zəngəruz iqtisadi rayonuna giriş” informasiya sistemi üzərində əldə olunmuş məlumatlara əsasən müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi almış X7, X17 və X10 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb olunmuşdurlar. Nəticədə Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan icazə sənədindən görünür ki, X7, X17 və X5 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işləmələri üçün icazəni Şəxs QSC almışdır. İş materiallarına əlavə edilmiş 122/xx.xx.2022 nömrəli tikinti işlərinin görülməsinin satın alınması üzrə satınalma müqaviləsindən görünür ki, Kəlbəcər rayonu, İstisu ərazisində layihələndirilən müalicə-istirahət kompleksinin tikinti işlərinin görülməsi üzrə Azərbaycan Respublikası Prezdentinin İşlər İdarəsi “Sifarişçi”, Şəxs QSC isə “İcraçı” tərəfdir. Sifarişçi bu müqavilənin əlavəsi hesab olunan X1 qeyd olunan Kəlbəcər rayonu, İstisu ərazisində layihələndirilən müalicə-istirahət kompleksinin tikinti işlərinin görülməsinin satın alınması ilə əlaqədar İcraçıya 3037056.86 AZN (üç milyon otuz yeddi min əlli altı manat səksən altı qəpik) (ƏDV daxil) məbləğinin ödənilməsini öhdəsinə götürür. İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə bu müqavilənin əlavəsi hesab olunan X4 qeyd olunan Kəlbəcər rayonu, İstisu ərazisində layihələndirilən müalicə-istirahət kompleksinin tikinti işlərinin (bundan sonra-İşlər) görülməsini öz öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 0110/23-BST-1 nömrəli subpodrat müqaviləsindən görünür ki, müqavilə üzrə Şəxs QSC “Podratçı”, "xxxx" MMC “Subpodratçı” tərəfdir. Müqavilənin predmeti ondan ibarətdir ki, “Subpodratçı” hazırki Müqavilənin şərtlərinə əsasən işləri (təmir, tikinti, bərpa) yerinə yetirir, bütün işləri öz şəxsi qüvvəsi hesabına icra edir və “Podratçı”-ya təhvil verir, “Podratçı” isə hazırki Müqavilədə nəzərdə tutulmuş ödənişi həyata keçirir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, əmək müqaviləsi üzrə "xxxx" MMC “İşə götürən”, X10 isə “işçi”-dir. xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 20/06-24 nömrəli subpodrat müqaviləsindən görünür ki, müqavilə üzrə Şəxs QSC “Podratçı”, X15 “Subpodratçı” tərəfdir. Müqavilənin predmeti ondan ibarətdir ki, “Subpodratçı” hazırki Müqavilənin şərtlərinə əsasən işləri (döşəmələrin seramik plitələrlə üzlənməsi) yerinə yetirir, bütün işləri öz şəxsi qüvvəsi hesabına icra edir və “Podratçı”-ya təhvil verir, “Podratçı” isə hazırki Müqavilədə nəzərdə tutulmuş ödənişi həyata keçirir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərdən görünür ki, əmək müqaviləsi üzrə X15 “İşə götürən”, X17 və X7 isə “işçi”-dir. X11 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə, X2 əmək müqaviləsinə isə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Lakin Şəxs QSC-nin nümayəndəsinin və şahidin məhkəmə iclasındakı izahatlarından və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs QSC ilə X17, X7 və X10 arasında əmək münasibətləri mövcud deyil. Belə ki, xx.xx.2023-cü il tarixli, 0110/23-BST-1 nömrəli və xx.xx.2024-cü il tarixli, 20/06-24 nömrəli subpodrat müqavilələrinə əsasən Şəxs QSC-nin “Podratçı” olaraq öhdəliyi həmin müqavilələrə əsasən “Subpodratçı” olan tərəflər fiziki şəxs X15 və hüquqi şəxs "xxxx" MMC-nin işçilərinin Kəlbəcər rayonu, İstisu ərazisində layihələndirilən müalicə-istirahət kompleksinin tikinti işlərinin görülməsi üçün Prezident Administarsiyasına təqdim edilməsi və icazənin alınmasıdır. Belə ki, xx.xx.2022-ci il tarixli, 122/xx.xx.2022 nömrəli satınalma müqaviləsinə əsasən “İcraçı” olaraq Şəxs QSC-nin öhdəliyi “Sifarişçi” Azərbaycan Respublikası Prezdentinin İşlər İdarəsinə Kəlbəcər rayonu, İstisu ərazisində layihələndirilən müalicə-istirahət kompleksinin tikinti işlərinin görülməsidir. Beləliklə müəyyən olunur ki, Şəxs QSC-nin öhdəliyi işçilərlə əmək münasibətlərinə girmək yox, onlar üçün iş icazəsi almaqdır. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli, 0UL0FXX000100 nömrəli əmək müqaviləsi üzrə X3 işəgötürəni "xxxx" MMC, xx.xx.2024-cü il tarixli, 5BUQBD4000400 və 0V1M9SE000400 nömrəli əmək müqavilələri üzrə X17 və X2 işəgötürəni X15 olmuşdur. Buradan görünür ki, həmin şəxslər arasında əmək müqaviləsindən əmələ gələn hüquq və öhdəliklərə görə işəgötürənləri məsuliyyət daşıyır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, işəgötürənlər Qarabağ və Şərqi Zəngəruz iqtisadi rayonuna işçi göndərilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən birbaşa icazə ala bilmədikləri üçün subpodrat müqavilələrinə əsasən Şəxs QSC vasitəsilə işçilərin siyahısını Prezident Administrasiyasına göndərirlər və onlar da müvafiq olaraq Daxili İşlər Nazirliyindən icazə alırlar. Bu səbəbdən icazə üçün müraciət edən müəssisənin adında Şəxs QSC-nin adı görünür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs QSCnin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 114-115, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1580/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1580/2024
07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver