Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1581/2022 04.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.6.-cı və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş 10 iyun 2022-ci il tarixdə tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 07:35-də Elçin Əzizov küçəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs protokola etiraz edərək, məsuliyyətə cəlb edilməsinin səbəbinin Səbai rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin polis mayoru Yanar Əliyevin Cinayət işinin başlanmasını rədd edilməsi haqqında 05 may 2022-ci il tarixli Qərarına əsasən Səbail rayon DYPŞ-nin əmkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP4689216 Protokol və xx.xx.2022-ci il tarixli, GP11901484 Qərardad olmuşdur. Səbail rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin polis mayoru Yanar Əliyevin Cinayət işinin başlanmasını rədd edilməsi haqqında 05 may 2022-ci il tarixli Qərarından Səbail rayon Məhkəməsinə şikayət edilmiş və Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 6(009)- 133/2022 saylı qərarı ilə Səbail rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin polis mayoru Yanar Əliyevin Cinayət işinin başlanmasını rədd edilməsi haqqında 05 may 2022-ci il tarixli Qərarı ləğv edilmiş və material əlavə yoxlama aparılması üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə göndərilmişdir. Onun məsuliyyətə cəlb edilməsinə əsas olmuş qərar ləğv edildiyindən işin Səbail Rayon Polis İdarəsinə geri qaytarılmasına etiraz etmir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 may 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.6.cı və 327.8-ci maddələrinin tələblərinə əsasən inzibati tənbeh tədbirləri görülməsi məqsədi ilə Səbail RPİ-nin DYPŞ-nə həvalə edilmişdir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 6(009)-133/2022 saylı qərarından görünür ki, Şəxs Səbail rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin polis mayoru Yanar Əliyevin Cinayət işinin başlanmasını rədd edilməsi haqqında 05 may 2022-ci il tarixli Qərarından şikayəti təmin edilmiş və material əlavə yoxlama aparılması üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Səbail rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin polis mayoru Yanar Əliyevin Cinayət işinin başlanmasını rədd edilməsi haqqında 05 may 2022-ci il tarixli Qərarı ləğv edildiyindən və material əlavə yoxlama aparılması üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinə göndərildiyindən, təqdim olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.10-cu maddəsinin tələblərinə görə inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. Həmin Məcəllənin Azərbaycan Respublikasının İXM-nin 106.0.1-ci maddəsinə əsasən əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aid olub-olmamasını, 106.0.4-cü maddəsinə əsasən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106-cı və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.6.-cı və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş 10 iyun 2022-ci il tarixdə tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail RPİ-yə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1581/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1581/2022
04.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver