Məhkəmə qərarları › İş №3(009)-1582/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1582/2022

19.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1582/2022 19.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 09 iyun 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 09 iyun 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Şəhər X7 İdarəsinin 11 noyabr 2021-ci il tarixli, TP ******* nömrəli qərarından məhkəməyə müraciət etmişdir. Məhkəmənin 20 aprel 2022-ci il tarixli qərarı ilə iş Bakı Şəhər X7 İdarəsinə göndəilmişdir. Bakı şəhəri Bakı Şəhər X7 İdarəsi yenidən araşdırma apararaq xx.xx.2022-ci il TP ******* nömrəli qərarı verrək yenidən cərimə yazmışdır. Qərarla razı deyil, etmədiyi əmələ görə məsuliyyət daşımır. İşə yenidən baxaraq Bakı Şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 09 iyun 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinə uyğun izahat verərək, bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 21:50 radələrində Səbail rayonu ərazisində Qoşa Qala qapısından çıxarkən yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlama səbəbi kimi Qoşa qala qapısından qəfil çıxması göstərilmişdir. Cərimə tətbiq ediləcəyi bildirilmişdir. İçkili olub olmaması soruşulmuşdur. O isə günorta vaxtı 1 stəkan pivə içdiyini bildirmişdir. O içkili olmadığını bildirsə də, yol patrul xidməti əməkdaşları alkotestr vasitəsi ilə içkili olmasını bildirmişlər. Narazı olduğunu bildirmişdir. Yol patrul xidməti əməkdaşı avtomobili cərimə meydançasına apardıqdan sonra baxacağını bildirmişdir. Daha sonra izahat yazmış və idarəyə dəvət edilmişdir, tol patrul xidməti əməkdaşları qərarla razı olmadığı üçün işin məhkəməyə göndəriləcəyini bildirmişdir. O narazı olduğu üçün Respublika Narkoloji Mərkəzinə müraciət edərək 1 saat ərzində müayinədən keçmişdir. İçkili olmadığı aşkar olunmuşdur. Qeyd olunanlara əsasən Bakı Şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 09 iyun 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 09 iyun 2022-ci il tarixli, TP ******* nömrəli qərarından görünür ki, X4 xx.xx.2021-ci il tarixdə saat 21:30-da Səbail rayonu, Ə.Əliyev küçəsində “Baic minik" markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə, nəqliyyat vasitəsini idarəetmək hüququ olan şəxs tərəfindən alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 2/13271 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, X4 xx.xx.2022-ci il tarixdə saat 22:35-də tibbi müayinə olunarkən ayıq olmuş, onda alkoqol qəbulu əlamətləri müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin xx.xx.2021-ci il tarixli, İXP ******* sayh inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 11 noyabr 2021-ci il tarixli, TP ******* nömrəli qərarı İXM-nin 333.1-ci maddəsinə aid hissədə ləğv edilmiş və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinə göndərilmişdir. Məhkəmə qeyd edir ki, hazırki işin faktiki hallarında müəyyən edilir ki, X1 inzibati məsuliyyəti istisna edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sübutlar əsasında X3 inzibati xəta hadisəsi törətməsi müəyyən edilmir, onun təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli, 2/13271 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi məqsədi ilə aparılan tibbi müayinə protokoluna əsasən X4 xx.xx.2021-ci il tarixdə saat 22:35-də tibbi müayinə olunarkən ayıq olmuş, onda alkoqol qəbulu əlamətləri müəyyən edilməmişdir. İnzibati tənbehvermə barədə qərar qəbul etmiş orqan tərəfindən isə inzibati xətanın aşkar edilməsi zamanı alkotesterin qeydə aldığı nəticə barədə rəsmi sənədi təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin tələblərini pozmadığını bildirmiş və bununla bağlı məhkəməyə müvafiq akt təqdim etmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 5.1-ci bəndinə görə İXM-nin 328 – 331 maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X3 Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X3 verdiyi şikayət qismən təmin edilməli və Azərbaycan Respublikası İXMnin 333.1-ci maddəsi ilə qəbul edilmiş Bakı Şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 09 iyun 2022ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı İXM-nin 333.1-ci maddəsinə aid hissədə əsassız olduğundan ləğv edilməli, X3 İXM-in 329.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı iş materialları baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsində Bakı Şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 09 iyun 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı İXM-nin 333.1-ci maddəsinə aid hissədə ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə qəbul edilmiş Bakı Şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 09 iyun 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X3 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş materialları baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar