Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1584/2022 27.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Səbail rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 27 sentyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-2761/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi borclu tərəfindən icra edilməmişdir. Həmçinin 27 sentyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əlavədən görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-2761/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra sənədinə cavabdeh Şəxs 1 ədəd (yeni) pivə aparatı və ya dəyəri 1200 manat, 2 ədəd 50 litrlik boçka və ya hər birinin dəyəri 100 manat, 1 ədəd qaz balonu və ya dəyəri 100 manat, 1 ədəd reduktor və ya dəyəri 120 manat, 1 ədəd pistolet və ya dəyəri 120 manat. 1 ədəd krant və ya dəyəri 120 manat, 40 ədəd bakal və ya hər birinin dəyəri 4 manat alınaraq iddiaçı X2 verilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. Borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə bir sıra sorğular edilmiş, lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borcluya icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə dəfələrlə xəbərdarlıq edilmiş və şöbəyə dəvət olunmuşdur. Şəxs xx.xx.2022-ci il tarixdə şöbəyə gəlmiş, ondan izahatı alınmışdır. İzahatında imkanının olmadığını, işləmədiyini əsas gətirərək bu səbəbdən borcunu ödəyə bilmədiyini bir ay ərzində borcunu ödəyəcəyini qeyd etmişdir. Lakin sonrakı dövrdə borclu Şəxs borcunu ödəməkdən yayınmışdır. İcra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclunun icra sənədində göstərilən ünvan 2 ünvanına tərəfimizdən baxış keçirilmiş, lakin borclu Şəxs sözügedən ünvanda tapmaq mümkün olmamışdır və bu barədə xx.xx.2022-ci il tarixli akt tərdib edilmişdir. Borclu Şəxs yaşadığı yerin müəyyən edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilərək icra edilməsi üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə Şəxs gətirilərək Səbail rayon İcra şöbəsinə təhvil verilmişdir. Borclunun bugünə 2020 manat borcu var. Məhkəmə iclasında iştirak edən Səbail rayon icra şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, o, məhkəmə qərarına hörmətlə yanaşır, zərərçəkmiş şəxsə olan borcunu etiraf etməklə ödəməkdən imtina etməmişdir, lakin maddi vəziyyəti ilə bağlı olaraq icra sənədi üzrə borcunu müəyyən hissəsini - 250 manat hal-hazırda ödəyə bilər. Maddi imkanı olmadığından borcu hissə-hissə ödəyə bilər. Şəxs hazırda məhkəmədən göstərilən halların nəzərə alınmasını və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Səbail Rayon Məhkəməsinin 2(009)-2761/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra sənədinə cavabdeh Şəxs 1 ədəd (yeni) pivə aparatı və ya dəyəri 1200 manat, 2 ədəd 50 litrlik boçka və ya hər birinin dəyəri 100 manat, 1 ədəd qaz balonu və ya dəyəri 100 manat, 1 ədəd reduktor və ya dəyəri 120 manat, 1 ədəd pistolet və ya dəyəri 120 manat. 1 ədəd krant və ya dəyəri 120 manat, 40 ədəd bakal və ya hər birinin dəyəri 4 manat alınaraq iddiaçı X2 verilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-2761/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra sənədi üzrə icraata başlanılması və borclu Şəxs icranı təmin etməsi təklif edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcluya xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılmış Səbail Rayon Məhkəməsinin 2(009)-2761/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra sənədində göstərilən tələbin icra edilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən Səbail Rayon Məhkəməsinin 2(009)-2761/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra sənədinin icrası ilə əlaqədar, borclu tərəfindən xx.xx.2022-ci il tarixli protokola baxılan zaman 250 manat ödəniş edilmişdir. Həmin ödəniş elektron qaydada ödəmək mümkün olmadığından icra məmuru vasitəsi ilə həyata keçirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Səbail Rayon Məhkəməsinin 2(009)-2761/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra sənədinə cavabdeh Şəxs 1 ədəd (yeni) pivə aparatı və ya dəyəri 1200 manat, 2 ədəd 50 litrlik boçka və ya hər birinin dəyəri 100 manat, 1 ədəd qaz balonu və ya dəyəri 100 manat, 1 ədəd reduktor və ya dəyəri 120 manat, 1 ədəd pistolet və ya dəyəri 120 manat. 1 ədəd krant və ya dəyəri 120 manat, 40 ədəd bakal və ya hər birinin dəyəri 4 manat alınaraq iddiaçı X2 verilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. Borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə bir sıra sorğular edilmiş, lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borcluya icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə dəfələrlə xəbərdarlıq edilmiş və şöbəyə dəvət olunmuşdur. Şəxs xx.xx.2022-ci il tarixdə şöbəyə gəlmiş, ondan izahatı alınmışdır. İzahatında imkanının olmadığını, işləmədiyini əsas gətirərək bu səbəbdən borcunu ödəyə bilmədiyini bir ay ərzində borcunu ödəyəcəyini qeyd etmişdir. Lakin sonrakı dövrdə borclu Şəxs borcunu ödəməkdən yayınmışdır. İcra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclunun icra sənədində göstərilən ünvan 2 ünvanına tərəfimizdən baxış keçirilmiş, lakin borclu Şəxs sözügedən ünvanda tapmaq mümkün olmamışdır və bu barədə xx.xx.2022-ci il tarixli akt tərdib edilmişdir. Borclu Şəxs yaşadığı yerin müəyyən edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilərək icra edilməsi üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə Şəxs gətirilərək Səbail rayon İcra şöbəsinə təhvil verilmişdir. Borclunun 2020 manat borcu var. İşə məhkəmədə baxıldığı vaxt barəsində iş üzrə inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədinin icrası ilə bağlı xx.xx.2022-ci il tarixdə 250 manat ödəniş edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən müəyyən edilmişdir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Borclu öz borcunu etiraf edir və mütəmadi ödənişlər etməyi öz öhdəsinə götürür, eləcə də məhkəmə iclası zamanı tələbkara olan borcundan 250 manat ödəniş etmişdir. Qeyd edilməlidir ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan borclu Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, məhkəmə qərarının icra edilməməsinə borclu Şəxs hər hansı bir hərəkəti müəyyən olunmamışdır. Belə olan halda, konkret müəyyənləşdirilməmiş hansısa qeyri-müəyyən hərəkətin edilməməsinə görə şəxsin barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 53, 114-115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1584/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1584/2022
27.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver