Məhkəmə qərarları › İş №3(009)-1584/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1584/2024

16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1584/2024 16.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, X1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 08 iyul 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 08 iyul 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X6 xx.xx.2024-cü il tarixdə saat 20:05 radələrində Səbail rayonu ərazisində yerləşən Şıxov çimərliyindən çıxarkən polis əməkdaşları onu saxlayaraq alkatester cihazı vasitəsi ilə alkoqol istifadə etməyini yoxlamışlar və bildirmişlər ki, o içkilidir. X3 bildirmişdir ki, alkoqol istifadə etməyib, içkili deyildir və onu müayinəyə aparıb içkili olub-olmadığını müəyyən edə bilərlər, lakin polis əməkdaşları onu müayinə aparmayıb və avtomobilini duracağa yerləşdiriblər. X6 qərarla razı deyildir, həmin gün içkili olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 bildirmişdir ki, Şixov istiqamətindən çimərlikdən gələn zaman polis onu saxlamış və sərxoşluğunu yoxlamışdır. Polis əməkdaşı onu saxladığı gün içki içmədiyini, amma bir gün əvvəl, yəni xx.xx.2024 tarixində axşam saatlarında içki qəbul etdiyini bildirmişdir. Alkatester cihazına isə üflədiyi zaman X2 olduğu aşkar olunmuşdur. Özü həkimə getmiş və həkimdə içkili olmadığı göstərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X7 bildirmişdir ki, xidmətdə olan zaman “İdea” çimərliyində nəqliyyatın axınını tənzimləmək məqsədi ilə orda olmuşdurlar. Hacıyev Əlinin idarə etdiyi avtomobil dayandırılmış və sərxoşluğun müəyyən edilməsi məqsədi ilə alkatester cihazı ilə yoxlama aparılmışdır. Hacıyev Əli 3 dəfə yoxlanılaraq sərxoş olduğu müəyyən edilmişdir və bunlar video görüntü ilə qeyidə alınmışdır. Sərxoşluğu yoxlanılan zaman X4 ifadə və etirafları diskdə əks olunmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 08 iyul 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan və xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokoldan görünür ki, X7 xx.xx.2024-cü il tarixdə saat 20:05 radələrində Bakı şəhəri Səbail rayonu ərazisində “Mitsubishi Pajero” minik markalı, 01BN242 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işiq cihazlarından istifadə qaydalarını pozmağa görə, nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü, 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir. X6 protokolla tanış olmuş və imzalamışdır. İş materiallarına əlavə edilmiş diskdən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə saat 20:05 radələrində Səbail rayonu ərazisində “Mitsubishi Pajero” minik markalı, 01BN242 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən içkili vəziyyətdə olmuşdur. Göstərilənlərə əsasən məhkəmə vurğulayır ki, X6 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü, 333.1-ci maddələri ilə inzibati xəta hadisəsinin törədilməsi iş materiallarında olan sübutlar ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, X6 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 08 iyul 2024-cü il tarixli TP ******* saylı qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qərarlardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 133-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 08 iyul 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar