Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1585/2022 01.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X2 qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs (borclu) Şəxs, Səbail Rayon İcra Şöbəsinin səlahiyyətli nümayəndəsi X1, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Səbail Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2348/2020 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbi icra etməyən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. 27 sentyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əlavə onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2348/2020 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Zəngilan Rayon Məhkəməsinin bu iş üzrə 02 iyun 2020-ci il tarixli 2(034)-2020 saylı qətnaməsi qismən ləğv edilmişdir. Tələbkar Zərərçəkmiş şəxs borclu Şəxs qarşı birgə nikah dövründə əldə edilmiş əmlaka 2/3 payda mülkiyyət hüququnu tanıyaraq bölünməsi tələbinə dair iddiası qismən təmin edilməlidir. Borclu Şəxs birgə nikah dövründə əldə olunmuş, buraxılış ili 2008-ci il olan **-KP-*** dövlət qeydiyyat nişanlı “X4 111 CDİ” minik markalı avtomobilin dəyəri olan 26.000 (iyirmi altı min) manat pulun yarısı, yəni 13.000 (on üç min) manat, buraxılış ili 2008-ci il olan 99- RJP-482 dövlət qeydiyyat nişanlı “Saturn Astra” minik markalı avtomobilin dəyəri olan 13.500 (on üç min beş yüz) manat pulun yarısı, yəni 6.250 (altı min iki yüz əlli) manat, buraxılış ili 2010-cu il olan ** RP *** dövlət qeydiyyat nişanlı “Opel Astra” minik markalı avtomobilin dəyəri olan 12700 (on iki min yeddi yüz) manat pulun yarısı, yəni 6350 (altı min üç yüz əlli) manat pul tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi 16 iyun 2021-ci il tarixdə Nəsimi rayon icra şöbəsi tərəfindən Səbail rayon icra şöbəsinin icraatına daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. Elektron icra sistemindən əldə olunmuş məlumatda borcluya məxsus hər hansı əmlak aşkar edilmədiyi məlum olmuşdur. İcra sənədinin icrası ilə bağlı borclu Şəxs sonuncu dəfə 30 iyul 2021-ci il tarixdə şöbədə olarkən izahat alınmış və o sonuncu verdiyi izahatında bugünədək 2000 manat ödəniş etdiyini, icra sənədi üzrə borcu tam şəkildə ödəyə bilmədiyini, yanlız hissə-hissə ayda 200 manat olmaqla və yaxud əmək haqqına yönəltmə edilməsini qeyd etmişdir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən Səbail Rayon İcra Şöbəsinin səlahiyyətli nümayəndəsi Əhmədov Səbuhi borclu Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs (borclu) Şəxs izahatında bugünədək 2200 manat ödəniş etdiyini, hazırda borcun əmək haqqına yönəldiyini, bundan əlavə 200 manat aliment ödədiyini, iş yerindən 500 manat məbləğində aylıq əmək haqqısının olmasının nəzərə alınıb iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş (tələbkar) Zərərçəkmiş şəxs, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. İş materialına əlavə olunan izahatdan görünür ki, Şəxs zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs 2000 manat məbləğində ödəniş etmiş və hissə-hissə ayda 200 manat olmaqla ödəniş etməyi üzərinə öhdəlik kimi götürmüşdür. Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən "xxxx" QSC-yə ünvanlanmış 30 sentyabr 2022-ci il tarixli müraciətdən görünür ki, borclu Şəxs hər ay əmək haqqından 50% məbləğində pulun tutularaq tələbkar Zərərçəkmiş şəxs hesabına köçürülməsinin təmin edilməsi xahiş olunmuşdur. 127833/2021-16-12 saylı bildirişin surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2348/2020 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi borclu Şəxs hazırki iş yeri üzrə icra olunması üçün icraata qəbul edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və tərəfləri dinləyərək belə nəticəyə gəlir ki, Şəxs barəsində olan iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 105 və 115-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1585/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1585/2022
01.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver