Məhkəmə qərarları › İş №3(009)-1587/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1587/2022

28.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1587/2022 28.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Zərərçəkmiş şəxs2 Babaqadir qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon DYPŞ tərəfindən tərtib olunmuş 11 sentyabr 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Səbail rayonu, X4, Su İdman sarayının yaxınlığında idarə etdiyi Toyota Prius markalı ** DY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildimişdir ki, o, BC katerqoriyalı sürücülük hüququna malikdir.Hazırda Uber taksi şirkətində sürücü işləyir.xx.xx.2022-ci il tarixdə işlədiyi şirkətin balansında olan X2 məxsus etibarnamə ilə idarə etdiyi Toyota Prius markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğu zaman müştərini ünvandan götürüb naviqator vasitəsi ilə qeyd olunan ünvana doğru Səbail rayonu Salyan döngəsi ilə Su İdman sarayı istiqamətində hərəkət etdiyi zaman Bibiheybət yolun kəsişməsində naviqator ona yolu düz keçməyi göstərmiş, yolda heç bir yol nişanı olmadığı üçün yolu düz keçən zaman Bibheybət istiqamətindən gələn Mercedes Sprinter markalı avtomaşın ona doğru gəlmişdir. O əlycəi basmış, işləmdiyi üçün maşını saxlaya bilməyib həmin an Mercedes Spirtner markalı avtomaşın onun idarə etdiyi avtomaşının qabaq sağ yan hissəsi ilə onun qabaq sol yan hissəsinə dəymişdir. Toqquşmadan sonra arxada sərnişin qismində əyləşmiş xanım müştəridən xəsarət alıb almamağını soruşmuşdur. Əvvəl telefonu itdiyini bildirmiş, telefonu tapılıb özünə təhvil verilmişdir. Sonra təcili tibbi yardım çağırıb yoxlanılmasını demişdir. Daha sonra Şəxs bildirmişdir ki, o yola kəsişməsinə yaxınlaşarkən naviqator ona düzünə hərəkət etməyi göstərmişdir. Yol kənarında heç bir yol nişanı olmadığı üçün düzünə hərəkət etmişdir. Yolun hadisə olan istiqamətində yerdə çəkilmiş nişan qaranlıq olduğu üçün görməmiş və səhv istiqamətdə hərəkət etdiyini biləndə artıq ona doğru gələn maşının yoluna çıxdığını bilmişdir. O əyləci bassa da işləməmişdir.Yerdə olan yol nişanlanmasının üstündən 2 metr əks yola keçdikdən sonra toqquşma baş vermişdir. Təhlükəni 2 metr məsafədən hiss etmişdir. Hadisə zamanı ciddi xəsarət almadığı üçün məhkəmə-tibbi ekspertizadan keçməkdən imtina etmişdir. Hadisə zamanı avtomobilində ondan başqa bir qadın müştəri olmuşdur. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 Babaqadir qızı izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22.30 radələrində Bayıldan Yasamal istiqamətində Uber şirkətindən taksi sifariş vermiş və Toyota Prius markalı ** DY *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Şəxs adlı şəxs onu ünvandan götürüb yola düşmüşlər. Sürücü yolda yolun sol tərəfinə dönməyib əks istiqamətə düzünə yola çıxmışdır. Hadisə yerində onun 3000 manat dəyərində mobil telefonu və 500 manat dəyərində qulaqcığı yararsız vəziyyətə düşmüşdür. Sağlamlığına zərər dəymişdir. Bədənində və beynindən travma almışdır. Tələbi ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsidir. Hadisədən sonra hadisə yerinə gəlmiş təcili yardım ona ilkin tibbi yardım göstərmişlər.İş yoldaşlarının köməkliyi ilə Bayılda xəstəxanaya müraciət etmiş və orada ona yardım edilmişdir. Sürücünün məsuliyyətsizliyindən 20 gün işə çıxmamışdır. Avtomobildə ondan başqa heç kim olmamışdır. Ona dəymiş zərər ödənilməmişdiir, şikayətçidir. Araşdırma zamanı izahatı alınmış Zərərçəkmiş şəxs1 bildimişdir ki, o, BC kateqoriyalı sürücülük hüququna malikdir.xx.xx.2022-ci il tarixdə etibarnamə ilə idarə etdiyi Mercedes Sprinter markalı ** XR *** dövlət qeydiyyat nişanlı avtomobillə Səbail rayonu Bibiheybət yolu ilə gələrkən 4cü zolaqla hərəkətdə olarkən Su İdman sarayının qarşısında Toyota Prius markalı avtomobil qarşısına çıxaraq toqquşmuşdur.Nəticədə avtomobilin sağ qanadı Toyota Prius markalı avtomobilin sol tərəfinə dəyərək idarəetməni itirib həmin vaxt sol qol və sol ayağından xəsarət almışdır.Hadisə baş verərkən avtomobildə tək olmuşdur. O təhlükəni 2 metr məsafədən hiss etmişdir. Məsafə az olduğundan təhlükənin qarşısını ala bilməmişdir.O aldığı xəsarətlə bağlı Sahil klinikasına müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-yə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 19 avqust 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Səbail RPİ-nin DYPŞ-si vasitəsi ilə Səbail rayon məhkəməsinə göndərilməsi qərara alınmış, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs2 Babaqadir qızına dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin 2/25613 saylı xx.xx.2022-ci il tarixli tibbi müayinəsi aktından görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti ayıq olmuşdur. Məhkəmə-tibbi ekspertizanın 04 avqust 2022-ci il tarixli 556 saylı rəyindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Məhkəmə-tibbi ekspertizanın 10 avqust 2022-ci il tarixli 569 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Beləliklə də aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, sürücü Şəxs xx.xx.2022-ci il tarixdə sürücü işlədiyi «Uber» taksi şirkətinə məxsus, etibarnamə ilə idarə etdiyi Toyota Prius markalı ** DY *** dövlət qeydiyyat nişanlı avtomobillə Səbail rayonu Salyan döngəsi ilə Su İdman sarayı istiqamətində hərəkət etdiyi zaman Bibiheybət yolun kəsişməsində əks istiqamətli yola çıxaraq ehtiyatsızlıq edib sürücü Zərərçəkmiş şəxs1 etibarnamə ilə idarə etdiyi Mercedes Sprinter markalı ** XR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və toqquşma nəticəsində sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarətinin, Toyota Prius markalı avtomobilin sərnişini olan Zərərçəkmiş şəxs2 Babaqdair qızına yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və nəqliyyat vasitəsini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar