Məhkəmə qərarları › İş №3(009)-1589/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1589/2020

08.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1589/2020 08.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin nümayəndəsi X3 iştiraklaı ilə, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1 və 347-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Azərbaycan Respublikası İXMnin 339.1-1 və 347-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Səbail RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi onun mülkiyyətində (istifadəsində) olan “Fiat Doblo minik” markalı, **-AJ-*** Dövlət Reklam qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-1 və 347-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X1 RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə edərək, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-1 və 347-ci maddələrinə əsasən qanuni tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin nümayəndəsi X6 inzibti xət haqqında protokola etiraz edərək göstərmişdir ki, Azərbaycan Respublikası İnzibti Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki işdə isə görünür ki, agentlik qanunla müəyyən edilmiş müdətdə texniki baxışdan keçmədiyinə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göründüyü kimi İXM 339.1-1-ci maddəsinin sürcü barədə məlumat verilməməsinə heç bir aidiyyəti yoxdur. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli, həmin Məcəllənin 339.1-1-ci maddəsinə əsasən isə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin inzibati məsuliyyətə cəlb edilməsi üçün iş materialları Bakı şəhər X7 Dövlət Reklam X10 göndərilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi onun mülkiyyətində (istifadəsində) olan “Fiat Doblo minik” markalı, **-AJ-*** Dövlət Reklam qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyinə görə Azərbayca Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sonradan həmin avtomobili idarə etmiş şəxs barəsində, yəni inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməməinə görə inzibati xət haqqında protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibti Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud Dövlət Reklam qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi qanunvericilik sürcü barədə məlumat dedikdə yalnız yol hərəkəti qaydalarının pozulmasına görə həmin vaxt avtomobili idarə etmiş şəxs barəsində məlumatın verilməsini ehtiva edir. Hazırki işdən isə görünür ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi barəsində qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyinə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yəni həmin inzibati xəta haqqında protokolun (İXM 339.1-1) həmin vaxt avtomobili idarə etmiş sürücüyə aidiyyəti olmamışdır. Başqa sözlə həmin maddə üzrə məsuliyyəti Agentlik daşıyır. Lakin Səbail RPİ-nin DYPŞ tərəfindən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi barəsində Azərbaycan Respublikası İnzibti Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərkən qeyd edilən hallar nəzərə alınmamış və nəticədə əsassız protokol tərtib edilmişdir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası Dövlət Reklam Agentliyininəməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyil. Halbu ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinəəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 5.1-ci bəndinə görə İXM-nin 339.1-1ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyininİnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün iş materialları Bakı şəhər X7 Dövlət X10 göndərilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114-115, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibatixəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyininİnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün iş materialları Bakı şəhər X7 Dövlət X10 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar