Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1589/2021 25.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X3, Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi Cəbrayılov Rəşad Vəkil oğlunun iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Şəxs MMC barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-1495\21 saylı, 30 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs (VÖEN **********) Azərbaycan Respublikasında 99CY578\99ZF324 nömrə nişanlı avtomobildə Türkiyə Respublikasında fəaliyyət göstərən “X8 ve Kalıp San. Tic.Ltd.Şti” şirkətindən OZM**********998 nömrəli 08 iyul 2021-ci il tarixli invoys sənədinin müşayiəti ilə gətirilən malların tərkibində PA- Plastifikatorun kütlə faizi 2% olmaqla, 6%-dən aşağı olmayan mallara aid olmadığından XİF MN üzrə 3920 49 100 0 alt yarım mövqeyində sinifləşdirilməli olan malları 14 iyul 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********8341 sorğu nömrəli “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərkən “tərkibində plastifikatorların miqdarı 6 kütlə %-dən az olmayan” xüsusiyyətə aid 3920 43 100 0 alt yarım mövqeyində sinifləşdirərək ödənilməli olan 16 200,73 manat idxal rüsumu, 2916,13 manat X9, 35,40 manat əməliyyat haqqından ibarət ümumilikdə az miqdarda, 19 152,26 manat gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X5, protokolu müdafiə edərək, Şəxs MMC-nin nümayəndəsinin təqdim etdiyi sübutların əsassız olduğunu, protokolun sübutlar, ekspert rəyi əsasında tərtib olunduğunu bildirərək, Şəxs MMCnin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi Cəbrayılov Rəşad Vəkil oğlu yazılı etiraz təqdim edərək bildirmişdir ki, Şəxs MMC barəsində İXM-nin 505-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş əsassızdır və həmin iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı tərəfindən 30 iyul 2021-ci il tarixdə inzibati xəta haqqında 00100-1495\21 №-li protokol tərtib olunmuşdur. Həmin protokolda qeyd olunur ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bildiririk ki, bu tamamilə əsasızdır. Şəxs MMC tərəfindən inzibati xəta pozuntusu törədilməmişdir. Belə ki, Bakı Baş Gömrük İdarəsində 14.07.2021-ci il tarixdə təqdim edilən **********8341 saylı gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallar, istehsalçı şirkət əlavə məktubla təsdiq edir ki, qeyd olunan məhsul Şəxs MMC-nin sifarişi əsasında hazırlanmışdır və həmin məhsulda plastifikatorun faiz dərəcəsi 6% təşkil edir. Əlavə olaraq 19 avqust 2021-ci il tarixli sorğu ilə şirkətin mail ünvanına mailto:ozemek@ozemekplastik.comElektron ünvan müraciət edilmişdir. Sorğuya cavab olaraq, Gömrük orqanına məxsus laboratoriya malın tərkibi yoxlama imkanına malik olmadığı halda qeyd edir ki, malın kodu düzgün göstərilməmişdir. Halbuki eyni mal əvvəllər də və tərtib olunmuş protokoldan sonra da gətirilmişdir. 14.07.2021-ci il tarixdə təqdim edilən bəyannamədə göstərilmiş kod altında rəsmiləşdirilmişdir. Bununla bağlı sənədləri, o cümlədən istehsalçı şirkətin malın tərkibi barədə məlumatı məhkəməyə təqdim etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabineti xarici iqtisadi fəaliyyətinin səmərəliliyinin artırılması, ölkədə rəqabətə davamlı məhsulların istehsalı, daxili bazarın qorunması və qeyri-neft sektorunun davamlı inkişafında dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədi ilə, Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsümlarının dərəcələri haqqında 17 noyabr 2017-ci il tarixli 500 №-li qərar qəbul etmişdir. 1983-cü il iyunun 14-də Brüseldə Malların təsviri və kodlaşdırılması üzrə harmonikləşdirilmiş sistem haqqında BEYNƏLXALQ KONVENSİYA hazırlanmış və Azərbaycan Respublikası da həmin konvensiyaya qoşularaq 02 may 2000-ci il tarixdə qanun qəbul etmişdir. Dövlətimiz həmin konvensiya ilə üzərinə öhdəlik götürməsinə baxmayaraq, Gömrük orqanı Konvensiyanın tələblərindən irəli gələn öhdəlikləri pozur. İstehsalçı şirkətin istehsal etdiyi malın tərkibinə və təsvirinə uyğun olaraq kod müəyyənləşdirildiyi halda və bəyannaməçi də həmin koda istinadla gömrük bəyannaməsində bunu qeyd etmiş, lakin həmin kod altında gələn mal Nazirlər Kabinetinin qeyd olunan qərarına uyğun olaraq gömrük rüsumundan azad olduğu üçün, şirkətə süni maneələr yaratmağa başlamışlar. Nazirlər Kabineti öz qərarında qeyd edir ki, həmin qərar Azərbaycanda qeyri-neft sektorunun inkişafına kömək məqsədi ilə qəbul olunmuşdur. Gömrük orqanı isə səlahiyyətindən sui istifadə edərək malın kodlaşdırılmasını düzgün həyata keçirmir və uzun müddət malı gömrükdə saxlamaqla şirkətin istehsal prosesini dayandırır. Xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası üzrə kodlar Beynəlxalq koddur və bunu malı istehsal edən şirkət müəyyənləşdirir. Gömrük orqanı gətirilmiş malın nümunəsini götürüb, lakin malın tərkibini müəyyən edə bilmədiyi halda həqiqətə uyğun olmayan rəy vermişdir. Gətirdikləri malın tərkibi nəzərə alınmaqla X6 X2 (bundan sonra- XİF MN) görə sinifləşdirilmə aparılmış və müvafiq olaraq 3920 43 1000 olaraq kodlaşdırılmışdır. Gömrüyün ekspertizası öz rəyində malın qalınlığının 1 mm olduğunu qeyd edir. Plastifikatorların faiz dərəcəsini isə malın tərkibni öyrənməklə müəyyən edə bilir. İstehsalçı şirkət isə rəsmi məktubu ilə bildirir ki, qeyd olunan malda plastifikatorun faiz dərəcəsi 6 faizdir. Mal nümunəsi də Gömrük orqanı tərəfindən götürülüb. Əgər bu sənələr kifayyət etmirsə əlavə ekspetiza keçirlsin, malın tərkibi müəyyənləşdirilsin. Belə olan halda Şəxs MMC-nin hərəkətində hər hansı bir inzibati xəta tərkibi yoxdur və inzibati xəta ilə bağlı məsuliyyətə cəlb oluna bilməz. Odur ki, 00100-1495\21 saylı, 30 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokola əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X1 bildirir ki, iş araşdırılmış obyektiv rəy verilmişdir. Öncədən vizual baxış keçirilmiş, sənədlərin araşdırılması da bura daxildir. Onlarda faiz dərəcəsini müəyyən edən cihaz yoxdur. Şirkətdən sənəd tələb edirlər, bunun əsasında müəyyən edirlər. Şirkət sənəd təqdim etmədikdə rəy verməkdən imtina edirlər. Plastifakator şəffaf, az olan mayedir. Malların tərkibində PA-Plastifikatorun kütlə faizi 2%dir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata Şəxs MMC barəsində tərtib edilmiş protokol üzrə işin icraatına xitam verilməlidir. Belə ki, işin araşdırılması zamanı müyyən olunmuşdur ki, inzibati protokolun tərtib edilməsinə əsas barəsində protokol tərtib edilən şirkətin ölkə ərazisinə gətidiyi malları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə uyğun olaraq 3920 43 100 0 təsnifat kodu altında bəyan etməsidir. Protokol tərtib etmiş orqanın mülahizəsinə əsasən malların tərkibindəki plastifikator maddəsi sənədlərdə göstərildiyi kimi 6 faiz deyil, 2 faizdir. Bu baxımdan protokol tərtib etmiş orqan hesab edir ki, mallar 3920 49 100 0 təsnifat kodu altında bəyan edilməli idi. Lakin iş materiallarına əlavə edilmiş “X8 ve Kalıp San. Tic.Ltd.Şti” şirkətinin 20.08.2021-ci il tarixli məktubundan görünür ki, “X8 ve Kalıp San. Tic.Ltd.Şti” şirkəti Türkiyə Respublikasında fəaliyyət göstərir. Şəxs MMC-nin sifarişi əsasında şirkət tərəfindən istehsal olunmuş 03.07.2019-cu il tarixli müqavilə əsasında Türkiyədən Azərbaycana Şəxs MMC üçün göndərilmişdir. Həmin malın tərkibinfə olan plastifikatorların kütlə faizi 6% (altı) faizdir. Mal bu xüsusiyyətinə uyğun olaraq sinifləşdirilərək 3920 43 1000 kod verilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-nin sifarişi ilə Azərbaycan Respublikasında 99CY578\99ZF324 nömrə nişanlı avtomobildə Türkiyə Respublikasında fəaliyyət göstərən “X8 ve Kalıp San. Tic.Ltd.Şti” şirkətindən OZM**********998 nömrəli 08 iyul 2021-ci il tarixli invoys sənədinin müşayiəti ilə gətirilən malların tərkibində PA-Plastifikatorun kütlə faizi 6% (alqı) faizdir. Mal bu xüsusiyyətinə uyğun sinifləşdirilərək 3920 43 1000 kod verilmişdir. Protokol tərtib etmiş orqanın əsaslandığı digər sənəd isə iş üzrə materiallara əlavə edilmiş ekspert rəyidir. Məhkəmə ekspert rəyini tədiqiq edərək aşağıdakı nəticəyə gəlmişdir: “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən ekspert rəyi özündə istifadə edilən metodlar göstərilməklə tədqiqatın məzmununu əks etdirməlidir. İş üzrə ekspert rəyinin öyrənilməsi zamanı müəyyən edilmişdir ki, ekspert tətqiqatın metodunun mövcud sənədlərin öyrənilməsi kimi göstərmişdir. Məhkəmə baxışı iclasında dindirmə zamanı bunu şifahi olaraq bir daha bildirmiş, malların tərkibində PA- Plastifikatorun kütlə faizinin müəyyən olunması üçün avadanlığın olmamasını göstərmişdir. “X8 ve Kalıp San. Tic.Ltd.Şti” şirkətinin 20.08.2021-ci il tarixli məktubunda malın tərkibində olan plastifikatorların kütlə faizinin 6% (altı) faiz olması təsdiq olunur. Bu baxımdan, ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməsini məhkəmə mümkün hesab etmir. Məhkəmə ekspertiza rəyini, həm də “X8 ve Kalıp San. Tic.Ltd.Şti” şirkətinin 20 avqust 2021-ci il tarixli məktubunu nəzərə alaraq hesab edir ki, idxal olunmuş mallar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə uyğun olaraq 3920 43 100 0 təsnifat kodu altında düzgün bəyan edilmişdir və hüquqi şəxsin hərəkətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505ci maddəsinin tərkib əlamətləri mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui- istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmasına dair heç bir sübut yoxdur. Bu sübutların isə tamamlanması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin nümayəndəsi dəvət edilsə də o, bunun əksi olaraq heç bir dəlil göstərməmişdir. Bu isə özü-özlüyündə inzibati xəta hadisəsinin olması faktını şübhə altına alır. Qeyd edilənlərdən göründüyü kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən əhəmiyyətli olan hallar sübuta yetirilmədən Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində qeyd edilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 105 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1589/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1589/2021
25.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver