Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1590/2021 09.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X4, Səbail Rayon Polis İdarəsi 8-ci Polis bölməsinin sahə inspektoru X5, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis bölməsindən daxil olmuş, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis bölməsindən Səbail Rayon Məhkəməsinə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material daxil olmuşdur. İş materiallarında olan 09 avqust 2021-ci il tarixdə tərtib olunmuş MN seriyalı, ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, xx.xx.1979-cu il tarixdə anadan olmuş, Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov, ö/t 14 ünvanında yaşayan X7 barəsində 09 avqust 2021-ci il tarixdə MN ******* nömrəli protokola baxaraq müəyyən edilmişdir ki, X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə və həbs inzibati tənbeh növünün tətbiqi məhkəmənin səlahiyyətindədir. İş materiallarında olan 09 avqust 2021-ci il tarixdə tərtib olunmuş MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, xx.xx.1979-cu il tarixdə anadan olmuş, Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov, ö/t 14 ünvanında yaşayan X7 18.06.2021-ci il tarixdə X2 döyərək xəsarət yetirmişdir. Nəticədə, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Səbail Rayon Polis İdarəsinin 8-ci Polis bölməsinin sahə inspektoru X8, inzibati protokolun məzmununa uyğun izahat verərək, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X7 özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, həyat yoldaşı X2 aralarında yaranmış mübahisə zamanı şillə ilə vurmuşdur, hazırda isə törətdiyi əməldən peşmandır. Barəsində inzibati qaydada həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 ifadəsində göstərmişdir ki, 18.06.2021-ci il tarixdə yaşadığı evdə olan zaman həyat yoldaşı X7 onu döyərək xəsarət yetirmişdir. O, əvvəllər də onu döymüş, lakin şikayət etməmişdir. Göstərilənləri nəzərə alaraq X4 təqsirli bilinib inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28 iyun 2021-ci il tarixli qərardan görünür ki, X7 barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə-tibbi ekspertizasının 18 iyun 2021-ci il tarixli rəyinə əsasən X1 bədənində müəyyən edilmiş xəsarətlər- sağ alın-təpə-gicgah nahiyəsində tüklərin kəskin seyrəlməsi və dəri toxumasının hiperemiyası(qızarması) fonunda nöqtəvari qansızmalar həmin nahiyyədə olan tüklərin fiziki güc tətbiq etməklə dartılıb-qoparılması zamanı, sağ qaş qövsünün bayır qurtaracağı proyeksiyasının qançırı, alın nahiyyəsinin mərkəzinin, sol qulaq seyvanın ön səthinin, sol yanağın orta 1/3-nin sıyrıqları, döş qəfəsinin ön səthinin sağ yarısında sağ körpücük sümüyünün döş sümüyü proyeksiyasının qançırı küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni, 18.06.2021-ci il tarixdə kənar şəxs tərəfindən baş tüklərinin yolunub qoparılması və qeyd olunan digər nahiyələrə yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilməmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında iş materiallarını araşdıraq belə hesab edir ki, X7 18.06.2021-ci il tarixdə X6 ilə aralarında ailə məişət zəminində baş vermiş münaqişə zamanı sonuncunu döyərək, X3 dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Belə olan halda, X4 hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi var və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunan əməlin inzibati tənbeh olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsə inzibati tənbeh tətbiq edərkən, Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və normalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə uyğun olaraq, X4 peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Göstərilənləri nəzərə alaraq, məhkəmə bərəsində inzibati xəta haqqında ış üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi X4 barəsində Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibatı tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1590/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1590/2021
09.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver